Üç gün ərzində 5 tamaşa

Üç gün ərzində 5 tamaşa

Bakıda möhkəm soyuqların düşdüyü qarlı-şaxtalı günlərdə Azərbaycan Dövlət Musiqili Teatrında 5 tamaşa nümayiş olunub.

Maraqlı məqamlardan biri də odur ki, "Qısqanc ürəklər”, "Kimdir müqəssir”, "Qırmızı papaq” və "Mən dəyərəm min cavana” adlı bu tamaşaların nümayişi Bakı üçün çox soyuq günlərə təsadüf etsə də, teatrda əsl bayram əhval-ruhiyyəsi olub.

Teatrın direktor müavini Hüseyn Hüseynov AzərTAc-a bildirib ki, tamaşaçı fəallığı həmişəkindən cüzi fərqlənsə də, bu, aktyorları ruhdan salmayıb. Soyuq hava şəraitinə baxmayaraq tamaşaçıların göstərdiyi bu isti münasibət, qarlı-çovğunlu havada tamaşa izləmək istəkləri aktyorlarda da yüksək əhval-ruhiyyəyə səbəb olub”.

Edebiyyat.com