“ Yumruğ

“ Yumruğ " un 30 + 1 adlı kitabının imza günü



13 gənc bir araya gəldik və kitab yazdıq. Bundan öncə " Yumruq " adlı ədəbi birlik yarandı. Məni birliyə İlkin Tomar dəvət etdi. Tanışlığımız facebook dan başladı. Mənə mesaj yazdığı gün gərgin və sərxoş idim. Ona qarşı nəzakətsizlik göstərdim. Amma nəcib insan olan İlkin Tomar qəzəbləndi. Halımı anladı. Kitab ərsəyə gəlməsində Xan Rəsuloğlu, İsmayıl Rizvanoğlu və Seymur Sunun xüsusi əməyi oldu. Avqustun 9 – u saat 16: 00 – da " 30 + 1 ” kitabının təqdimatına bütün oxucular dəvətlidir. Kitabin maddi dəyəri 5 azn təşkil edir.

"30+1" kitabı 13 fərqli düşüncə sahibinin birlikdə ərsəyə gətirdikləri şeirlər və hekayələrədən ibarətdir. Avqust ayının 9-da oxucularla görüşə gələcək kitabda 13 gənc, fərqli yazar və şairin maraqlı, sentimental, senzurasız, azad fikirli, həmçinin araşdırma tipli yazıları olacaq. Kitabda əsərləri çap olunan gənc yazarlar :

1.İlkin Tomar

2.Nicat Həşimzadə

3.İsmayıl Rizvanoğlu

4.Murad Ramazanov

5.Şvartsman

6.Xan Abdulla

7.Yusif Hansen

8.Ağaəhməd Göyüşov

9.Seymur Su

10.Kamran Süleyman

11.Paşa Hikmət

12.Ziya Balayev

13.Elvin Nihan

"30+1" yəni, 30 yazı bizdən 1- i isə siz oxuculardan... Və bununla da kitab tamamlanmış olacaq...

 


Nicat Həşimzadə