20-30-cu illərin 10 sovet cizgi filmi

20-30-cu illərin 10 sovet cizgi filmi


ШТАБ”
saytının heyəti sizi avanqard tarixində yer almış sovet animasiyasının az tanınmış, lakin çox maraqlı tarixçəsi ilə tanış edir. Samat Mambetşayev və Coşik Murzaxmetov MKA versiyasına əsasən 20-30-cu illərin – vərdiş edilmi disneysayağı estetikadan fərqli estetika təqdim edən ən parlaq əsərləri toplayıblar.


Samat Mambetşayev, Coşik Murzaxmetov

Sovet ittifaqının artmaqda olan kommunist düşərgəsi şüar və plakatlar vasitəsilə heyrətləndirici dərəcədə fəal təbliğat aparırdı. Təkcə 20-30-cu illərdə vizual təbliğat ustaları tərəfindən 10 mindən çox siyasi plakatlar hazırlanmışdı. Məqsəd – öz sıralarına yeni tərəfdaşlar cəlb etmək və düşməni – qəddar istismarçı, şlyapalı burjua-kommunisti göstərmək idi.

Eyni zamanda Lenin kinonu, kommunist ideologiyanın təbliğatı üçün incəsənət növlərindən ən vacibi hesab edirdi. Hər yerdə kinoteatrlar açılırdı ki, burada qısa metrajlı filmlər, şüar və plakatlar kimi, izləyiciləri partiyaya üzv olmağa, kolxozlarda birləşməyə çağırır, səhiyyə, təhsil, çörək və parlaq gələcək vəd edir, bu zaman həmin şlyapalı burjua-kapitalisti amansız tənqid edirdi.

Sovet animasiya filminin pioneri – rejissor-dokumentalist Dziqa Vertov – öz sənədli və publisistik işlərində animasiyadan istifadə edirdi. 1924-cü ildə onun ilk animasiya filmi olan "Советские игрушки” ("Sovet oyuncaqları” filminin ekrana çıxması ilə sadəcə olaraq yeni janr, yeni incəsənət növü – klassik sovet animasiyası (1924-1934) yaranmadı. Bu dövrdə "ВХУТЕМАС” (Высшие художественно-технические мастерские -Ali Bədii-texniki emalatxanalar) yeni məzunları, gənc rəssamlar Nikolay Xodatayev, Yuri Merkulov və Zenon Komissarenko "Госкино” nəzdində eksperimental multiplikasiya emalatxanaları təşkil etdilər ki, nəticədə buradan "Союзмультфильм” yarandı. Videosıranın hər bir fazasının – kağız fiqur-marionetin hərəkət ardıcıllığı olduğu Sovet tətbiqi animasiyasının texnikası animasiya filmlərinin istehsalını sürətləndirdi və sovet qrafikası rəssamlarının yüksək ustalığını nümayiş etdirdi.

"Sovet Oyuncaqları”("Советские Игрушки”). Animasiya. "Госкино”. 1924-cü il

 

Rejissor: D. Vertov
Animatorlar: А. İvanov, İ. Belyakov

 

"Sovet Oyuncaqları” animasiya filmi karikaturist, sovet siyasi satirası ustası Viktor Deninin siyasi şarjları əsasında yaradılıb. Film SSRİ Yeni İqtisadi Siyasəti (YİS) illərində spekulyantların, yisçilərin, yəni "qeyri-əmək elementlərinin”, özəl sektorun sovet iqtisadiyyatından çıxarılması üçün necə dövlət vergisi ilə öhdələndirildiklərini göstərir. Filmin sonunda "qeyri-əmək elementləri” yeni il ağacının üstünə asılır.




"Lenin Kino-Həqiqəti” ("Ленинская Кино-Правда”). Kinojurnal № 21. "Госкино”. 1925-ci il

Rejissor: D. Vertov

"Burjua düynasının bədxahlığına cavabımız”

Dziqa Vertovun təsis etdiyi "Kinokalar” qrupundan olan Kino-Həqiqətin 21-ci buraxılışı bütövlüklə Leninin ölümünə həsr olunub. Proletariatın rəhbərinin aktiv fəaliyyətinin sənədli video-xülasəsi "Lenin öldü, amma onun işləri yaşayır” vizuallaşdırılmış şüarı ilə tamamlanır.

Animasiyanın 21 N-li buraxılışından fraqment:




21-ci buraxılış:



"Planetlərarası İnqilab” ("Межпланетная революция”). Cizgi filmi. "Гос.Тех.Кино. Межрабпом-Русь” bürosu. 1924-cü il

Ssenari və gerçəkləşdirmə: Z.P.Komissarenko, Y.A.Merkulov, N.P.Xodatayev

"Planetlərarası inqilab. 1929-cu ildə tamamilə inanılan hadisə”.

1920-co ildə SSRİ "Госкино” təbliğat şöbəsi işçilərinin eskizləri əsasında burjua-kapitalistlərin ilk obrazları işlənib-hazırlanır. "Planetlərarası inqilab” təbliğat cizgi filmində qırmızı ordu tərəfindən təqib edilən qaniçənlər-burjuaların hamısı öz əşyaları ilə Marsa uçurlar, lakin planetə çatdıqda kommunist partiyasının mars konqressinin şahidi olurlar.





 

Kooperativə qoşul. Təbliğatçı – kinoplakat. "Петросоюз” nəşri. Çəkiliş kontoru. 1924-cü il

Rejissor məlum deyil.

RKP-nın XIII qurultayının nəticələrinə əsasən SSRİ YİS-nin aparılması zamanı buraxılmış "Kooperasiya haqqında” kinoplakat.

"Kooperativin vəzifəsi, hər şeydən əvvəl, ticarətdən özəl kapitalın sıxışdırılıb çıxarılması və bununla da kəndli təsərrüfatı, sosialist sənayesi arasında möhkəm əlaqənin yaradılmasıdır…”

 




Çin alov içində ("Китай в огне”). Kino-rəsm. "ГосТехКино” bürosunda eksperimental emalatxana — Kino-Moskva. 1925-ci il

Bədii kollektivin: Z.Komissarenko, N.Maksimov, Y.Merkulov, N.Xodatayevin əməyi.

İlk sovet yarım saatlıq animasiya filmi "Çin alov içində” çin xalqının istismarını və gələcək inqilabını təsvir edir. Film, ayrılıqda onun hər bir hissəsini yaratmış animatorlar (stilistika fərqləri nəzərə çarpır) tərəfindən vahid əsər kimi montaj edilib. "Çin alov içində” həmçinin beynəlxalq – Amerikanın, Böyük Britaniyanın, Yaponiya və Çinin kapitalistləri obrazlarının ilkin stereotiplərini ehtiva edir. Qeyd etmək lazımdır ki, bu obrazlar növbəti onilliklərdə yenidən yaradılaraq dayanıqlı hala gəldilər. "Çin alov içində”, vəzifəsi sosializmin şərqdə təbliği və beynəlmiləlçilik uğrunda təbliğatın ilk filmi hesab edilir.



 

"Sayıq olaq” ("Будем зорки”). Təbliğatçı – kinoplakat. "Межрабпом-Русь”. 1927-ci il

Rejissor: N. Xodatayev

"Burjuaziyanı silahla vururduq, indi isə rublla vuracağıq!”

Bu kino-plakat – SSRİ iqtisadi kampaniyasının təbliğatı – dövlətin maliyyə fəaliyyətində, məsələn, dövlət istiqrazlarının əldə edilməsi vasitəsilə əhalinin fəal iştirakını təbliğ edir. Cizgi filmi Böyük Britaniya və SSRİ arasında ticarət-diplomatk böhranı zamanı buraxılmışdır.d-� :a�6 � bkit-text-stroke-width: 0px;background-position:initial initial;background-repeat: initial initial;word-spacing:0px'>İlk sovet yarım saatlıq animasiya filmi "Çin alov içində” çin xalqının istismarını və gələcək inqilabını təsvir edir. Film, ayrılıqda onun hər bir hissəsini yaratmış animatorlar (stilistika fərqləri nəzərə çarpır) tərəfindən vahid əsər kimi montaj edilib. "Çin alov içində” həmçinin beynəlxalq – Amerikanın, Böyük Britaniyanın, Yaponiya və Çinin kapitalistləri obrazlarının ilkin stereotiplərini ehtiva edir. Qeyd etmək lazımdır ki, bu obrazlar növbəti onilliklərdə yenidən yaradılaraq dayanıqlı hala gəldilər. "Çin alov içində”, vəzifəsi sosializmin şərqdə təbliği və beynəlmiləlçilik uğrunda təbliğatın ilk filmi hesab edilir.

 


 


"Samoyedli oğlan” ("Самоедский мальчик”). Cizgi filmi. "Совкино”. 1928-ci il

Ssenaristlər, rejissorlar və rəssamlar: N.Xodatayev, O.Xodatayeva, V.Brumberq, Z.Brumberq.

Rəssam-multiplikator: V.Semenov

Leninqrad işçi fakültəsinə daxil olan oğlan Çu sosializmdə yeni həyata hazırlaşır.

 



 


"Poçt” ("Почта”). Cizgi filmi. "Совкино”. 1929-cu il

Rejissor və rəssam: M.Sexanovskiy

Rəssam, rejissor M.Sexanovskinin ilk işi "Poçt” El Lissitskinin möhtəşəm konstruktivist qrafikasına əsasən çəkilib. Cizgi filmi məktubun sovet yazıçısı Boris Jitkova uzun səyahətindən danışır.



 


"Blek end Uayt” ("Блэк энд Уайт”). Multiplikasion pamflet. "Межрабпомфильм”. 1932-ci il

Rejissor: İ.İvanovo-Vano

Rəssam: A.Amalrik

Kapitalist ərazisində sovet izləyicisi üçün – hollivud kinematoqrafının "brilliant” effekti və qaradərili əhalinin pərdəarxası köləliyinin nəticəsi olaraq ABŞ xüsusilə "xoşagəlməz” idi. 1925-ci ildə Vladimir Mayakovski Amerika üzrə səyahətə çıxır və ABŞ korporasiyalarının şəkər və tütün istehsalına başladığı Kubada paroxodun ilkin dayanacağı ilə o, öz müşahidələrini "Blek end uayt” poemasında təsvir edir. Sonralar 1933-cü ildə Mayakovskinin öz eskizləri əsasında, poema animasiya filmi olaraq vizuallaşdırılmışdır.



"Kiçik orqan” ("Органчик”). Multiplikasion satia. "Союзфильм”. 1933-cü il

Rejissor: N. Xodatayev
Rəqs səhnəsi O.Xodatayevanın rəhbərliyi altında yerinə yetirilib.

Qrafik tərtibat: Q.Yeçeistov, N.Xodatayev, D.Çerkes

Saltıkov-Şedrinin motivləri əsasında iki hissəli multiplikasion satirada Qlupov şəhərinin yüksəksəsli naçalniki Perexvat Zalixvatskinin macəraları təsvir edilib.



 



solfront.org