2015-ci ilin ən pis filmləri seçildi

2015-ci ilin ən pis filmləri seçildi

Los-Ancelesdə 35-ci "Qızıl moruq” mükafatlandırma mərasimi baş tutub. Sözügedən mükafatlandırma mərasimində 2014-ci il kinematoqrafiyasının "ən pis”lərini müəyyən edilib. 

2014-cü ilin ən pis filmi adına "Miladı xilas etmək” filmi layiq görülüb. Kirk Kemyeron isə bu filmdə ifa etdiyi baş rola görə "ilin ən pis aktyoru”  adına layiq görülüb. "Ən pis köməkçi aktyor” adını Kelsi Qremmer qazanıb. 
Qeyd edək ki, o, "Transformerlər: qırğın epoxası” filmində ifa etdiyi rola görə bu ada layiq görülüb. "İlin ən pis aktrisası” adına isə gözəl xanım Kemeron Dias layiq görülüb. Münsiflər heyəti xanım Diası "Digər qadın” və "Ev videosu” filmlərindəki roluna görə bu ada layiq görüblər. "Ən pis köməkçi aktrisa” Meqan Foks seçilib.  "İlin ən pis rejissoru” isə Maykl Bey olub. 

Kult.az