2015-də rahat yaşamaq üçün bunları mütləq edin - SİYAHI

2015-də rahat yaşamaq üçün bunları mütləq edin - SİYAHI

2015-ci ildə psixoloji baxımdan həyatı daha rahat yaşamaq üçün 7 məsləhət

Bir çoxları Yeni İldə fiziki sağlamlığa riayət etməyi əsas məqsəd kimi qarşılarına qoyurlar. Və biz əksər vaxt insan sağlamlığının digər əsas nüansı olan psixoloji sağlamlığı görməzdən gəlirik. 

ANN.Az Time.com-a istinadən xəbər verir ki, məşhur psixoloq Qay Vinç oxuculara Yeni il üçün psixoloji sağlamlığa riayət etməyin əsas aspektlərini açıb. Sağlamlıqda baş verən problemlər daha alkoqoldan çox istifadə, siqaret çəkmək kimi pis vərdişlərdən irəli gəlir, ancaq tənhalıq və cəmiyyətdən təcrid olunma da  insanın sağlamlığına çox ciddi şəkildə pis təsir göstərə bilər. Araşdırmalar göstərir ki, cəmiyyətdə təcridolunma insan ömrünün qısalığıyla birbaşa əlaqədardır və biz hələ də emosional gigiyenamızı görməzdən gəlirik. "Əgər bizim dental gigiyenamız emosional gigiyenamız qədər zəif olsaydı, dişlərimizin hamısı tökülərdi, yerində boş damaqlarımız görünərdi", - psixoloq Vinç deyir. 

2015-ci ildə öz psixoloji sağlamlığına fiziki sağlamlığın qədər diqqət ayır və daha yaxşı mənəvi möhkəmlik üçün qətiyyətlə çalış. 

Qay Vinç emosional gigiyenamızın qorunması üçün aşağıdakı əsas məsləhətləri verir: 

1. Emosional ağrıya diqqət kəsil. Psixoloji ağrı fiziki ağrıya bənzəyir - əgər sənin daxilindəki ağrı bir neçə gün davam edirsə, sən artıq nəsə etməlisən. Əgər sən rədd olunmusansa, uğursuluğa düçar olmusansa və yaxud pis ovqatın günlərlə davam edirsə, bunu görməzdən gəlmə, nəsə et. 

2. Özünü tənha hiss edəndə hərəkətə keç. Xroniki tənhalıq sənin psixoloji və fiziki sağlamlığına ziyan vurur və erkən ölüm riskini 14 faiz artırır. Buna görə də, özünü yalnız hiss edəndə, ailə üzvlərinlə əlaqə qurmaq, dostlarına qoşulmaq, hətta lazım gələrsə, tanışlıq saytlarına baş çəkmək faydalıdır. Keçmişdə yaxın olduğun adamların siyahısını çıxar (mobil telefonunun ünvan kitabçasından, sosial şəbəkədəki dostlarından, emaildəki kontantlarından yararlan), onların biriylə söhbətləşmək üçün, planlar qurmaq üçün addımlar at. Belə addımlar atmaq hürküdücü və riskli görünə bilər, ancaq sənin üçün vacib olan şey psixoloji təcridolunmadan xilas olmaqdır. 

3. Emosional ağrılarını dayandır. Psixoloji yaralar zamanla daha da pisləşərək, çıxılmaz dalanlar yaratmağa səbəb olur. Uğursuzluqlar çarəsizliyə gətirib çıxara bilər ki, bu da gələcəkdə daha böyük uğursuzluqların baş verməsi üçün zəmin yaradır. Uğursuzluğun kor dairəsindən çıxmaq üçün situasiyaya nəzarət ütmək üçün yollar tap. Bizim düşüncələrimiz heç də düşünməyə öyrəşdiyimiz kimi etibarlı deyillər, buna görə də səni həvəsdən salan düşüncələri bir kənara qoy və hazırlıq, planlaşdırma, cəhd etmək və icra etmək kimi nəzarət edə biləcəyin məfhumlara diqqət kəsil. 

4. Özünəinamını qoru. Sənin özünəinamın emosional immun sisteminə bənzəyir - o sənin möhkəmliyini artırır və səni stres və narahatçılıqdan xilas edir. Yaxşı emosional gigiyena sənin özünəinamını təftiş eləməyə və o aşağı düşəndə qaldırmağa kömək edir. Necə? Müəyyən zamanlarda neqativ daxili dialoqun insana faydası var, amma o, əndazəni aşanda, ondan imtina etmək lazımdı. 

5. Rədd edilmədən sonra da özünə sevgini canlandır. Rədd olunandan sonra insanın özünə tənqidi yanaşması çox yayğındır. Sənin özünə inamın aşağı olanda isə bu, daha çox ağrıdıcı olur. Çox güman sən özünü bərbad hiss edəndə biraz da özünün üstünə gedəcəksən, özünə adlar qoşacaqsan, səhvlərin, qüsurların gözünün qarşısına gələcək və sən özünə biraz da zərbə vuracaqsan. Rədd olunmadan sonra sənin özünə edə biləcəyin ən yaxşı şey, ən yaxşı dostunun belə situasiyaya düşərkən edəcəyin şeydir. Daxili səsinin mərhəmətli, anlayışlı və dəstəkçi olduğuna əmin ol. 

6. Bədbin düşüncələrlə döyüş. Kədərli bir şey baş verəndə, qara-qara düşüncələrə dalmaq normaldır. Ancaq pis səhnəni düşüncəndə təkrar-təkrar canlandırmaq sənə heç nə verməyəcək. Qara-qara düşüncələrdən qurtulmağın ən yaxşı yolu konsentrasiya gərəkdirən məşğuliyyətlərə baş qoşmaqdır, telefondan oyun oynamaq, sürətli qaçış, hətta krosvord həll eləmək də belə situasiyalarda faydalıdır. 

7. Psixoloji yaraların necə təsir göstərdiyindən və onları müalicə yollarından xəbərdar ol. Kəsiklərin və yaraların necə müalicə edildiyini bilirsən, buna görə də rədd olunma, uğursuzluq, tənhalıq, günah və digər çox yayğın emosional yaraların da müalicəsini bilməlisən. Özünün psixoloji sağlamlığını bilməklə, daha yaxşı emosional gigiyenaya sahib olmağa çalışmaqla, sən təkcə özünün psixoloji zədələrini aradan qaldırmayacaqsan, həm də daha keyfiyyətli həyat tərzinə sahib olacaqsan. 

Mənbə: Time jurnalı