26 FEVRALDA DOĞULANLAR!

26 FEVRALDA DOĞULANLAR!

Səfurə Çərkəzqızı

26 fevralda doğulanlar!

"Qara gündə doğulmuşam”,– deyib dərd eləməyin!

Bu tarixdə öldüyümüz yetər! Bizə ölmək yox, doğulmaq gərəkdir!

Onların yerinə:

Öldürülən 613 soydaşımızın,

Müharibə, güllə, ölüm qorxusunu hələ anlayacaq yaşda olmayan 63 körpənin…

Əsir düşənlərin gözündə bəxti gətirən - öldürülən 106 qadının…

Düşmənin düşmənliyini illər öncə bağışlayıb, unudan 70 ahılın…

Yer üzündən kökü kəsilən 8 ailənin… 

Bir gecənin içərisində qismətinə "yetim” sözü yazılan 155 uşağın…

İşgəncənin, dəhşətin son həddini - iniltisini eşidən, qan rəngini görən 1275 əsirin…

487 şikəstin…

Uşaqlığı, cəncliyi, arzuları ömürlük şikəst olan qızlarımızın, analarımızın…

Bətnindən balası zorla çıxardılan hamilə qadınlarımızın… 

Öldürülən Xocalının... 

Xocalıların yerinə!

Düşmənin soyumuzu kəsmək istəyinə inad… 

DOĞULMALIYIQ!

Özü də həmin gün!

O zaman 26 fevralda doğulanlar! Doğum gününüz mübarək!