Ağaəhməd Göyüşov - Müasir yazarlarda Tanrı obrazı (2-ci hissə)

Ağaəhməd Göyüşov - Müasir yazarlarda Tanrı obrazı (2-ci hissə)

Müasir yazarlarda Tanrı obrazı II Hissə...
2)Uğursuzluqlar və bədbəxtliklər mənbəyi. Müasir
bir sıra yazarlarda Tanrı obrazını analiz edərkən
rastlaşılan maraqlı məqamlardan biri də Tanrını
bədbəxtliklərin, uğursuzluqların səbəbi və ya
mənbəyi kimi görməkdir. Bu hissədə də biraz
bunu analiz edək. Bir sıra yazarların bu hissəyə
xüsusi toxunmalarının əsas səbəbi ən çox oxucu
sayını yığmağa xidmət edən əsas hissələrdən
birinin də bu hissə olmasıdır. Niyə? Birincisi
demək olar ki, hər birimizin həyatında uğursuzluq,
kədər, yanlış seçim və bu tip mənfilər var,
yaşamışıq bunları. Və biz inkişafa, sualların
cavablarının tapılmasına meyilli olan bir varlıq
kimi uğursuzluqların da cavabının tapılmasına can
atırıq. O da doğrudur ki, bir çoxumuz yanlış cavab
tapıb, yanlış yönləndirilir və bəzən də buna qane
oluruq... Ən əsası da bilirsiniz nədir? Günahı
başqasında axtarmaq, başqasında görmək... Sizcə
də hər yüzümüzün doxsanında, bəlkə daha
çoxunda belə deyilmi? Eyni zamanda da biz hər
birimiz üsyankarıq... Səbəblərə, səbəbkarlara
üsyan etməyi sevirik. Təbii ki, hər kəsin üsyan
etdiyi səbəb və metod fərqlidir. Bu qərara
gəlməyimizə gündəlik həyatda, sosial şəbəkələrdə
rastlaşdığımız fikirlər, statuslar kifayət etmirmi ?
Uğura gedən yolda hər şey bizlə başlayırsa,
uğursuzluğa düçar olmaq da bizim payımız
yoxdurmu? Yaxşı işlərin, uğurun səbəbi, mənbəyi
kimi özünü, öz əzmini görən yazar nə üçün
uğursuzluq və kədərin səbəbini də özünü, yanlış
qərarlarını və ya başqalarını, etdiklərini görmür?
Bir yaxınımızı avtomobil qəzasında itirmişiksə
Tanrımı günahkardır? Yoxsa biz küləyin əsməsi ilə
bu yerdən, o yerə sürüklənən yarpağıq? Külək də
Tanrı? Bəlkə yüksək gərginlikli naqilər altında
mincür hoqqadan çıxan cütlüyü elektrikin vurması
da Tanrının günahıdır? Onun işidir? Hə,
çəkinməyin bəziləriniz də deyin ki, Tanrı onları
cəzalandırdı... əgər mən harasa tələsirəm və ya
adrenalin yaşamaq və ya başqa səbəblə əlaqədar
yüksək sürətə görə qəzaya düşüb ayaqlarımı
itirirəmsə, yenə də Tanrı günahkardır? Niyə? Mənə
tələsmə demədiyi üçün? Günahlandırılan Tanrının
dediklərini dinləyib də etdikmi ki, yenə də
deməyini istəyirik? Yoxsa Tanrı ayaqlarımı itirdim
deyəmi günahkardır? Bəs hələ də həyatda
olmağıma Tanrı səbəbkar ola bilməzmi? Məsələ
stəkanı yarı dolu, ya da yarı boş görməkdə deyil.
Məsələ hələ də stəkanda suyun olmasındadır və o
sudan səmərəli, gözəl şəkildə istifadədir... Bəlkə,
Tanrı bala uşağı hələ balaca vaxtı şikəst ata
ümidinə qalmasına görə günahkardı? Uşağın nə
günahı vardı? Yaxşı bəs atası düşündümü bu
barədə? Bəlkə, iradəsiz olmaq, seçim şansımızın
olmaması daha çox xoşbəxt edər bizi? Şəxsən
mən otdan, itdən-pişikdən fərqli olaraq doğrunu,
yanlışı anlamaq, seçmək və səhvi ilə düzü ilə
seçdiyimi edə biləcəyim iradəyə malik olduğum
üçün çox xoşbəxtəm... Bəs yanlışlar etmirikmi?
Edirik. Yanlışsız insan olmaz deyirlər . "
Uğursuzluq, gələcəyə yatırılmış ən güclü
kapitaldır.”- deyirəm həmişə. Əlbəttə, bunun necə
istifadəsindən aslıdır hər şey...
Uğur qazanmaqla bağlı araşdırmalara nəzər
saldıqda, yazılan kitabları, məqalələri mütaliə
etdikdə aydın olur ki, uğurun açarı da,
uğursuzluğun əsas səbəbi də bizlərik.. O şəxslər
daha çox uğur qazanır ki, uğursuzluqlarında səbəb
birinci növbədə özlərini görürlər. Təsəvvür edin biri
yazır ki, mən imtahan verdim, amma imtahandan
keçə bilmədim. Üstündən iki gün keçir sosial
şəbəkələr də fəlsəfə xırdalayır, səbəb-nəticə
qanunun açılışın verir,uğurdan, uğursuzluqdan
dastan yazır. Sən bilmirsənmi ki, imtahandan
keçmək üçün oxumaq, hazırlaşmaq lazımdır?
Kənar amillər olmadığı təqdirdə ( yuxusuzluq,
texniki problemlər, həyacan və s.) Az bal yığmısan
və ya kəsilmisənsə demək ki, lazımı qədər
oxumamısan, hazırlaşmamısan... Kənar amil deyə
saydıqlarımızın da bəziləri dolayı və ya bilavasitə
bizdən aslı olanları da olur. Qeyd etdiyimiz kimi
uğuru öz adına yazırsansa, uğursuzluqlar da
sənindir...
Bir də bəzi hadisələr olur ki, onlar əslən bizim
xeyrimizə olsa da biz onları öz ziyanımıza olmuş
kimi görürük, bəxtsizliklə, uğursuzluqla
əlaqələndiririk. Bəzi şəxslər üçün məharətli şəkildə
yalan danışmaq uğur sayılırsa, bunu örnək
götürən insanlara özlərini yalan danışa
bilməməkdə günahlandırırlar. Və bunu pis hal kimi
qəbul edirlər. Və ya oğurluq etməyə hazır bir insan
nə qədər istəyirsə buna nail ola bilmir. Gah
qorxur, gah başqa biri mane olur, gah tələsir
alınmır və s. Hətta özünü o qədər uğursuz sayır
ki, o insan bu haldan belə şikayətlənir. Utanmır
ara -sıra Tanrıya da şikayət edir, niyə qoymadın
mən filan şeyi oğurlayım? Axı ehtiyacım var? və s.
Bəs bir dəfə olsun şikayətləndiyi Tanrı haqqında
düşünübmü? Düşünübmü ki, bəlkə Tanrı oğurluq
etməyimi istəmir?
Bir qız istər oğlan ( və ya bir oğlan istər qız).
Başqasıda olar o qızı istəyən. Bu xəbərimiz
olandır. Xəbərimiz olmayan başqaları da vardır,
bəlkə də. O qız qismət olmayanda isə Tanrı bizi
ələ saldı, bizi istədiyimizdən məhrum etdi və s.
deyə düşünərik. Yaxşı bəs bu düşüncə də tək olan
bizikmi? Bəs digər o şəxs və ya şəxslər də belə
düşünmürmü? Çox vaxt isə tamam başqa biri
gələr və o qız onun olar... Yaxşı siz Tanrı olsaydız
kimə qismət edərdiz o xanımı? Yoxsa üçünü də
arzusuna çatdırıb bir qızı üçün ilə də
evləndirməyini istərdiniz? Bu nə absurt
yanaşmadır? Hələ qız üçün, sevgisi üçün heçnə
etməyib də şikayətlənənlərdən danışmıram...
Bizim istəyimiz hər şeyin bizim istədiyimiz kimi
olması olmamalıdır. Bizim istəyimiz hər şeyin
bizim xeyirimizə olmasıdır. Hələ, hələ iddia edilən
qədər humanist bir insanıqsa, başqalarını da
onların xeyrini də düşünməyi bacarmalıyıq...
Yaxınlarımızdan kimisə itirmək. Axı bu da bədbəxt
hadisədir. İçimiz yanar, içimiz qanar.. Səhhətimizə
fikir vermərik, xəstələnərik, yataqlara düşərik və
ölərik.. Günahkar kimdir? Tanrı? Niyə? İnsan
səhhətinə ziyan olan şeyləri haram etdiyi üçünmü,
yoxsa biz onun dediklərinin əksinə getdiyimiz
üçün? Bəlkə bizdə bizim düzəltdiyimiz robotlar
kimi olmaq istəyirik? Axı robotu belə düzəldən də
son zamanlar onun şüurlu,ağıllı, pisi yaxşıdan
seçə bilmək bacarığına layiq olmasına çalışırıq.
Bəzənsə ətrafımızda birinin yanlış bir hərəkəti
nəticəsində peşmançılığını görəndə belə, ağlı
olardı səhv seçim etməzdi deyirik. Yaxşı halda isə
hərkəs öz verdiyi qərarın nəticəsin çəkər deyirik...
Nə əkərsən, onu da biçərsən... Yaxşı bəs indi niyə
Tanrı günahkar oldu? Atası içki halda rol başında
oturan uşaq Tanrınımı özünə düşmən görməlidir,
ya içkini? Yaxşı bəs bu içkili şəxsin qəza törədərək
öldürdüyü kişinin oğlu? O kimi düşmən görsün?
Tanrını?...
Ardı var....
Müəllif: Ağaəhməd Göyüşov (FƏLLAH)