Abbaslı Aysel - Yuxuda özü olanlar

Abbaslı Aysel - Yuxuda özü olanlar

 

Naşükürük, həm də çox! Qaşığa hazır qoyulan və ağzımıza itələməyə ehtiyac duyulan şeyləri belə dəyərləndirmirik. Bizlər yaşamırıq, tələbatları ödəyirik, hərəkət edirik, bildiyin robotuq, robot.. Qarşıya hazır qoyulan, bircə ağzımıza alıb çeynəməyə yönəldən dəyərlər olmasa, nəsil artmaz, onlar olmasa saç daranmaz, hamama itələnilməz, onlarsız qarşılıqsız sevgini, nəvazişi, yuxusuzluğu, lakin bunların qarşılığında qarşılıqsızlığın nə olduğunu bilmərik.

Qızlar, analar, nənələr - Qadınlar ! Qadınlar isə dünyanın qadağan edilmiş nemətləri olduğundan acgözlüklə yanaşanlar "n" saydadir.

Həyatı olduğu kimi dərk edən hər qıza qadın deyin. Vaxtından əvvəl analıq və nənəlik düşüncəsini formalaşdıranın daxili qocalmır, xeyr. Onlar nə qocalar, nə də qocaldar. Özünü bir yaşlı, bir gənc insan kimi də kökləyir, gah kövrəkləşir, uşaqlaşır, gah saflaşır ruhu, gah da tumar çəkərmiş kimi qəmzələnər. Qızdan qadina, qadindan nənəyə ...

Amma hər qızın ruhunda bu ikisi də ola bilməz. Nənə ikən sanki saat əqrəblərini bəzən gənc qız şıltaqlığına toxundurur. Bəziləri biruzə verir, nazı oynanılır. bəziləri qocalar evinə bir artıq kimi atılır, bir başqaları isə nazını kiməsə çəkdirməyə belə qıymır, o hisslərini özü ilə isti yatağına - qəbrinə aparanlar az deyil ...

Bütünlüklə dünyanın özü də bir zərgərlik dükanıdır. Onun qızıl, gümüş. brilliantlarını alıb satan, oğurlayan, ala bilmək üçün cəhd etməyən də az deyil. Amma hamısının içində acgözlük yatır. Bunun dəyərini bilənində, bilməyənin də gözü arxada getməsin deyə torpaq tökürlər nəfsinə sahib çıxa bilmədiyi gözlərinə, qarnı da doysun, kimdəsə qalmasın, şeytana uymasın deyə qarın nahiyəsinə bıçaq, qayçı kimi alətlər qoyurlar. İnsanlığı qınama, əgər məqsəd qoydusa, nəfs də işə qarışar. Məqsədsiz də yaşamaq ayaqda gəzən meyidə bənzər.

Məqsəd ... Kimsə sırf özü üçün. kimlərisə əzmək üçün, kimisə digərlərinin gözündə ucalmaq, ən məsumları isə əzizlərini sevindirmək, xoş güzəran üçün əl atar ona. Məqsəd həmişə yaxşılıqlar üçün yaramır demək ki ..

İnsanlıq bu dünyanın insanları deyil. Dünyanın insanları ... Bəh, onlar onların televizorudur dünyaya. Həm yaxşı kanala, həm də pis kanala çevirir. Kimisi bilərəkdən, kimisi bilməyərəkdən. Hər birimiz göydələnlərdən ayaqları havada sallaq şəkildə yaşayırıq. Bir gün kəlləmayallaq olacağımızı bilə-bilə mübarizə aparıb. sallanmağa davam edirik.

Bilirsinizmi. niyə heç cür binaya dırmana, xilas ola bilmirik ? Layiq deyili, çünki cəvahiratlar bizə haramdır, oğurluq mal kimi. "O" bilir, kimləri nə zaman çəkir yanına! Arada ölüm qoxusu mənim də burnuma yağışın torpağa qarışmış iyi qədər gəlir ki, mənim də ürəyim quştək qanad çalaraq, ora uçmaq istəyir, amma aparmır, deyəsən, hələ sınaq imtahanlarım çox olacaq. bircə "F" olmasin, "D" - ə razıyam. Hamı ağzına saqqız alıb çeynəyir elə. Yaradan yaxşıları tez əldə edir. Aman ...

Bu fanilikdə o "yaxşılar" üçün kimisi göz yaşı axıdar, kimisi soğan suyundan bəhrələnər, kimisi də donar.

Ən dürüstcə ağlayanı göz yaşını, özünü. sevgisini sübut etdirmək istəyən yox, yuxularından özü olan insandır. Nəfəs alıb - ötürəndə məgər hər şeyi əldə etməyi bacarırıq mı, xeyr. Yuxularda isə artıq - əksik şeylər düşünə bilmirik, ruhumuzu təslim edirik, özümüz oluruq deyə yaşatmağı bacarırıq.

Şərtmi məgər darıxmağı torpağa təhvil verdiyimizdə, qoxusunu burnumuzda duymadıiğimizda, üstünə çığıracaq insanımız olmayanda anlayaq ?!

Yuxularda "O" na qovuşmaq, azı bir dəfə görmək üçün siz deyilmisiniz Allaha əllər açıb yalvaran ? Niyə burda olanda üzbəüz salamı şox görüb, özlüyümüzdən çıxdınız ki. azından yuxularda çox demirəm, beş dəqiqəlik reklamarası kmi özünüz olmağa can atırsınız ?!

 


Abbas
lı Aysel