Aktrisanın öpüşü İranı qarışdırdı - FOTOLAR

Aktrisanın öpüşü İranı qarışdırdı - FOTOLAR



İran aktrisasının 67-ci Kann Film Festivalının sədrini öpməsi Tehrandakı hakimiyyətin xoşuna gəlməyib.
Leyla Hatami festival başlananda, təqdimat mərasimində festivalın sədri, 83 yaşlı Gilles Jacobu öpdüyü yerdə şəkil çəkdirib.

Kult.az oxuzali-na istinadla xəbər verir ki, Hataminin özü festivalın jurisinin üzvüdür.
 
Iranın mədəniyyət nazirinin müavini Hossein Noushabadi mayın 18-də deyib ki, Hataminin festivalda "özünü nalayiq aparması İranın dini əxlaqına ziddir”.
 
Nazir müavini deyir ki, "beynəlxalq səhnəyə İran qadını kimi çıxanlar iranlıların şərəf və ləyaqətinin qeydinə qalmalıdıralr. İndiyə kimi beynəlxalq aləmdə  İran qadının adına ləkə gəlməyib.”

Kult.Az