Alim Qasımov Fransa və Türkiyədə konsert verəcək

Alim Qasımov Fransa və Türkiyədə konsert verəcək

Xalq artisti Alim Qasımov Fransa və Türkiyədə konsert proqramı ilə çıxış edəcək.

Kult.Az xəbər verir ki, konsert proqramı folklor musiqisinin dünyada təbliği ilə məşğul olan beynəlxalq fond tərəfindən reallaşdırılacaq.

Xalq artisti sentyabrın 15-də Fransada, 25-də isə Türkiyədə konsert proqramı ilə çıxış edəcək. Xarici səfərlərdə onunla birgə səhnəyə qızı, əməkdar artist Fərqanə Qasımova da çıxacaq.

Sənətçiləri kamançada Rauf İslamov, tarda Zəki Vəliyev, balabanda Rafael İsgəndərov müşayiət edəcəklər.