AMEA Azərbaycan türkləri haqda yeni kitab nəşr etdi

AMEA Azərbaycan türkləri haqda yeni kitab nəşr etdi

AMEA Əlyazmalar İnstitutu daha bir maraqlı nəşrin çapını gerçəkləşdirib. "Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitab "XVIII-XIX” əsr Əfşarlar və Qacarlar dövrünün görkəmli Azərbaycan türkləri” adlanır.

Kitabın müəllifi tarix üzrə elmlər doktoru Tahirə Həsənzadədir.

Professor Şahin Fərzəliyevin elmi redaktorluğu ilə çıxan kitabda Əfşarlar və Qacarlar imperiyalarının yaranmasında iştirak etmiş hərbçi, diplomat, həkim və digər ictimai-siyasi xadimlər barədə məlumat verilir.

Edebiyyat.biz