AMEA sərt mövqe ortaya qoydu - YUĞ məsələsi

AMEA sərt mövqe ortaya qoydu - YUĞ məsələsi

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, Bakı şəhərinin baş planına uyğun olaraq, Yasamal rayonu ərazisində söküntü, abadlıq işləri həyata keçirilir. Aparılan yenidənqurma işlərinin planına uyğun olaraq, həmin ərazidə yerləşən Azərbaycan Dövlət "Yuğ” teatrının binasının da sökülməsi nəzərdə tutulub.

İndiki "Yuğ” teatr binasının əsası 1888-ci ildə qoyulub. İstifadəyə verildiyi ilk dövrdə Hacı Fərəculla hamamı kimi fəaliyyət göstərən bina, hazırda "Yuğ” teatrına ev sahibliyi edir.

Ümumiyyətlə, tarixi bir binanın sökülməsi nə dərəcədə doğrudur?

"Bina abidə kimi "Yuğ”dan əvvəl vardı və "Yuğ”dan sonra da olmalıdır”.

Bunu Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitunun aparıcı elmi işçisi Elşad Hüseynov bildirib.

Onun sözlərinə görə, abidələrin sökülməsi qeyri-mümkün məsəslədir:

"Memarlıq abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının qanunu var. Qanunun 1, 5 və 7-ci maddələri Azərbaycan Milli Elmlər Aakademiyası Memarlıq və İncəsənət İnstitutunun və müfaviq institutların kompitensiyalarını nəzərdə tutur. Abidələrin qorunması dövlət işi olsa da, bu işdə biz dövlət orqanlarına yardımçı qərar qəbul edən bir orqanıq.

Abidələrin sökülməsi qeyri-mümkün məsəslədir. Azərbaycan Respublikasının konstitusiyasında, 77-ci maddədə  qeyd olunub ki, abidələr dövlət tərəfindən qorunur”.

Elşad Hüseynov bildirdi ki, tarixi abidələr özü dağılana kimi bərpa olunmalıdır:

"Bu gün tarixi bir abidə sökülürsə və gələcəkdə onun nə üçün istifədə olunacağı məlum deyilsə, bu, mübahisə doğurur. "Yuğ” tertrının binası həm Milli Elmlər Akademiyası, həm də başqa ictimai təşkilatlar tərəfindən mövqe bildirilməyənə kimi sökülə bilməz. Onun əhəmiyyət və mühafizə statusundan asılı olmayaraq.

Abidələr öz təyinatı üzrə işlədilə bilər. Bildiyimiz kimi, indi "Yuğ” teatrının binası əvvəl hamam binası olub. Tarixi binanın sonradan teatr binası kimi istifadə olunması, onun mühafizə olunduğunu göstərir. Ümumiyyətlə, hamam binası da olsa, həmin bina dağıdıla bilməz. Çünki bizim o dövrdə tikilən hamamlarımız hələ də işləyir və çox yaxş vəziyyətdir”.


atv.az