Aqata Kristinin daha bir romanı Azərbaycan dilində

Aqata Kristinin daha bir romanı Azərbaycan dilində

"Qanun" nəşriyyatı məşhur detektiv yazarı Aqata Kristinin növbəti kitabını nəşr edib.

Aslan Quliyevin tərcümə etdiyi roman "Buludların üzərində ölüm"

Bu roman müəllifin ən maraqlı əsərlərindən biridir. Əsərdə hadisələr təyyarədə baş verir. Varlı sələmçi qadın ölür. İlk baxışdan heç nə bu ölüm faktında qəsdin, qətlin olduğunu göstərmir. Ancaq səriştəli detektiv Erkül Puaro çox tezliklə anlayır ki, bu, bilərəkdən törədilən, ustalıqla düzülüb-qoşulan qətldir. O, araşdırmalara başlayır və sonda hər şeyin heç bir şübhə doğurmayan şəxsin planlaşdırdığını öyrənir. Qətlin motivi isə həmişəki kimi sadə və təbiidir: varlanmaq, sərvət əldə etmək ehtirası.

Oxucular Aqata Kristinin bu əsərini də sevə-sevə ­oxuyacaqlar.

Kult.Az