Aqustin Kussani. Bir funt ət (PYES)

Aqustin Kussani. Bir funt ət (PYES)

Aqustin Kussani (1924-1987) Argentina dramaturqudur. 1952-ci ildə yazdğı "Bir funt ət" pyesi ona şöhrət qzaandırıb. Məhəmməd Salurun tərcüməsində həmin pyesi azərbaycan dilində oxucularımıza təqdim edirik. 
 
İnsandan bir funt – adam əti!-
Öküz, qoç, yaxud keçi qədər
Elə də dəyərli və faydalı deyil.

U.ŞEKSPİR, "Venesiya taciri”


 
İŞTİRAKÇI ŞƏXSLƏR:
 


Elias Belyuver                                                                 
Müdafiəçi
İttihamçı
Tomas Şeylok Qarsia
Hakim
Tibb təmsilçisi
Rantye
Diyircəkli qələmlərin satışı üzrə makler
Pensiyaçı
Bonifasio Mendes
Birinci Alvares
İkinci Alvares
Cənab Quttiyeres
Həkim
Professor
Doktor Lyakabanne
Xuan K.Dominqes
Gözətçi
Cənab
Xanım
Qız
Camaatdan birinci
Camaatdan ikinci
Camaatdan üçüncü
Şəxs
Fotoqraf
Birinci məhkəmə icraçısı
İkinci məhkəmə icraçısı


Birinci sanitar
İkinci sanitar
Üçüncü sanitar
Birinci polis
İkinci polis
Birinci borcverən
İkinci borcverən
Üçüncü borcverən
Dördüncü borcverən
Beşinci borcverən
Xanım Belyuver
Müəllimə
Evdar qadın
Qəzet müxbiri (qadın)


Birinci sanitar qadın
İkinci sanitar qadın
Xanım Belyuverin iki rəfiqəsi
Birinci sərnişin
İkinci sərnişin
Üçüncü sərnişin
Dördüncü sərnişin
Beşinci sərnişin

 
İri bir məhkəmə iclası zalı. Hakim stolunun yanında böyük kreslo-taxt. Bir tərəfdə "Andlı iclasçılar” yazılı baryerli loja. Lojada altı stul var. Hər iki tərəfdə ittiham və müdafiə üçün stulları ilə iki balaca stol. Bir tərəfdə məzhəkə, ikincisində faciə maskası həkk olunmuşdur.Ön planda məhkəmədə iştirak edən tamaşaçılar üçün yəhər formasında yerləşmiş kiçik stullar. Sağ və solda arxa dekorlar, çoxsaylı çıxışlar. Görkəmli yerdə ədalət  məhkəməsi ilahəsinin heykəli. Başlanğıcda səhnə adamsızdır. Gün işığı. Arxa dekorun hər hansı küncündən gözətçi peyda olur və dişləri aralığından fitləyə-fitləyə döşəməni süpürür. O, qoltuğunda lələkdən düzəldilmiş süpürgə tutub və döşəməni süpürməni lələk süpürgəni stol, stul, loja və s.-ə yüngül toxundurmaqla növbələşdirir. Oynaqlayır. Boş hakim taxtı qarşısında dərin təzim-reverans edir. Bütün zibili bir yerə yığır və ona bir qədər nifrətlə baxır.

Gözətçi (qoca, arsız, komik). Baxın görün burda hər gün nə qədər  toz yığılır (süpürür)-bütöv dağlar. Nizam gözlənilməsə, toz qısa müddətdə stulları, müdafiəçinin stolunu, andlıların lojasını örtər. (Dayanır, qorxaq, ehtiramlı tonla) Hətta həzrətlərin kabinetində (Tamaşaçılara "sirr açır”) Bəzən fikirləşirəm ki, mənim işimin məhkəmə müdiriyyəti üçün böyük əhəmiyyəti var. (Ədalət məhkəməsi ilahəsinin heykəlindən tozu silir) Kötək əvəzinə qılıncdan istifadə edən kor ədalət məhkəməsi ilahəsi. (Sükut) Həqiqətdə ona qılınc gərək deyil. Süpürgə ona daha çox yaraşardı! (Süpürməkdə davam edir.)

Uzaq  girişlərin birindən tibbin nümayəndəsi görünür. Kök, daz, pensnedə. Alim-pedant görünüşü.  O, əlində şlyapa yaxınlaşır, gözətçini sezmədən maraqla baxır.  

(Süpürməni davam etdirərək donquldanır) Ədalət məhkəməsinin süpürgəsi olsaydı!
Tibb nümayəndəsi. (ucadan) Bu evdə heç kəs yoxdur? (Ovuclarını şappıldadır). Ey, adamlar!
Gözətçi. Bax, bura keçin, senyor (Ön planı ona göstərir).
Tibb nümayəndəsi (irəli çıxır).Aha! Hər halda kimsə var. (Teleqramı çıxarır və göstərir). Mən bu teleqramla bu gün səhər səkkiz üçün çağrılmışam. (Fasilə, oxuyur) Məni andlı kimi çağırırlar.
Gözətçi. Cənab andlıdır?.. Yaxşı... (Çiyinlərini qısır). Hələ tezdir. Hələ heç kəs gəlməyib.
Tibb nümayəndəsi.(İşarət barmağı ilə zəng kimi gözətçinin döşünə basaraq sözləri döyəcləyir). İş də burasındadır, dostum. Vətəndaşı səhər səkkizə çağırırlar. Rəsmi teleqramla! Siz məni anlayırsınız? Rəsmi! Amma? Necə düşünürsünüz, indi saat neçədir? (Cib saatına baxır.) Doqquza on beş dəqiqə işləyib! Artıq on beş dəqiqədir vaxtı boşuna keçirirəm, bütün saray boyu veyllənirəm,əgər kimisə görmüşəmsə, lənətə gəlim. (Fasilə. Bir neçə addım atır.) Bu, ciddi məsələdir. Olduqca ciddi. Amma buna baxmayaraq...
Gözətçi (süpürməkdə davam edir, dodaqaltı). Çünki qılınc məhv edir, təmizləmir. Süpürgə isə!..
Tibb nümayəndəsi (dönərək). Siz nəsə dediniz?
Gözətçi. Yox, heç nə!! Mən öz-özümlə danışırdım.
Tibb nümayəndəsi. Siz öz-özünüzlə danışmağa öyrəşmisiniz?
Gözətçi. Hərdən. Adətən öyrəşirsən. Burda hamı öz-özü ilə danışır. (Nizamnaməni yaddaşına əsasən təntənə ilə deyirmiş kimi) Tribunal toplananda dialoqlara icazə verilmir. Hakimin sözünü kəsmək olmaz. Müdafiəçinin nitqini qırmaq olmaz. Andlı danışanda hamı susmalıdır.
Tibb nümayəndəsi. Burada hamının monoloqu var! Həm də kifayət qədər uzun... (Alim görkəmi ilə). Adam təkbaşına danışarsa, bu paranoyanın simptomudur (olduqca tez-tez), o Mas və Bolun fəal-effektiv dəyişmələrinin mücərrəd dairəsinə daxil olur. Paranoikin fərdiliyi öz-özü ilə sistemləşdirilmiş söhbətdir. Söhbət qeydə alındığı zaman müalicənin tövsiyə olunduğu ehtiraslı sublimasiya repressiyalarına yol açan orqan-zədə etnologiyasından  gedir...
Gözətçi (böyük qorxu ilə). Cənabın təbib olduğu aşkardır. Düzdür? 
Tibb nümayəndəsi. Tibb nümayəndəsi! Təbib demək olar. Mən təbibin müşaviri, məsləhətçisi, müavini, əməkdaşı və sağ əliyəm.
Tindən məktəb müəlliməsi çıxır.

Müəllimə (klassik, hündür, arıq, quru, lornetli qarımış qız). Sabahınız xeyir,cənablar!
Gözətçi. Sabahınız xeyir, xanım!
Müəllimə. Lütfən, xanım qız!
Tibb nümayəndəsi (baş əyir). Xanım qız  bu günkü işdə andlı iclasçıdır?
Müəllimə. Elədir ki var, cənab. Mən bu rəsmi teleqramı almışam.(Kağızı çantasından çıxarır). Siz, əlbəttə, səhər dərslərini buraxmalı olduğumu başa düşürsünüz. Amma, rəsmi teleqramla çağrılaraq!... (Fasilə) Cənab... məhkəmə məmurudur?
Tibb nümayəndəsi. Xeyr. Mən də sizin kimi andlıyam. Biz həmkarıq... Mən də bütün işlərimi buraxmalı oldum. Amma, aşkar görünür, biz tələsmişik.
Müəllimə. Yox, onlar ləngiməz. Andlılar kristal vicdanlı, sağlam məna ilə dolu adamlardır. Onları dəqiq və nəcib adamlar içərisindən seçirlər.

Müxtəlif qapılardan daxil olurlar: diyircəkli qələm sahəsi üzrə makler, pensiyaçı, evdar qadın və rantye. Onlar təntənə ilə, avtomatik addımlarla yaxınlaşır, bir arada toplanır və xorla deyirlər.

Dördü də (xorla). Biz, bax, bu rəsmi teleqramları almışıq (Onları bir-birinə göstərirlər). Rəsmi! Biz andlıyıq! 

Müəllimə və tibb nümayəndəsinə yanaşırlar. Gözətçi ötəri süpürərək gedir.

Tibb nümayəndəsi. Sabahınız xeyir, cənablar. Bizim andlılar məhkəməsini təşkil etməyimiz məlumdur. (Saata baxır). Mənə belə gəlir, biz dəqiqlik nümunəsiyik.
Müəllimə. Həqiqətən, mən məktəbdə birinci dərsi keçə bilərdim. Təəssüf! Bu vaxt itkisindən şagirdlər necə də geri qalırlar. Mən, ümumiyyətlə, heç vaxt dərs buraxmıram, amma belə hallarda...
Rantye (Tamaşaçılara doğru hərəkət edərək, heyranlıqla). Ələlxüsus da teleqram alınıb!
Pensiyaçı (o da tamaşaçılara doğru istiqamətlənir, gözləri qorxu ilə doludur). Rəsmi!
Makler. Hər şeydən əlavə, iştirak vacibdir.
Evdar qadın. Həm də bizi seçiblər...
Rantye. Müsbət şəxslər içərisindən...

Hamısı (xorla). Biz -andlılar məhkəməsiyik, biz -andlılar məhkəməsiyik. Biz ədalətli, qüsursuz, səyli, qərəzsiz andlılar məhkəməsiyik.
Müəllimə (özünü dərsdəki kimi  aparır). Andlılar məhkəməsini təşkil edən şəxslərin əsas keyfiyyəti dayanıqlılıqdır. Heç bir şişirtmə yoxdur. Hər şeyi soyuqqanlı ölçüb-biçmək və qızıl ortanı, yəni  sağlam məna və ədaləti tapmaq zəruridir (Əlini qaldırır). Uşaqlar, buna görə də...
Tibb nümayəndəsi. Qızıl orta mənim doktrinamdır (Cibindən vizit kartını çıxarır və müəlliməyə uzadır). Xanım qız, sizin sözləriniz böyük müdrikliyə malikdir. Siz qızıl aralıqdan danışdınız. Mən gələcəkdə sizinlə dostluq etmək imkanına malik olmağı  xoşbəxtlik sayardım. 
Müəllimə (kartoçkanı götürüb). Təşəkkür edirəm, cənab (Oxuyur). Qotardo Peres-"tibb t.”. Cənab həkimdir?

Tibb təmsilçisi. Yox, Xanım qız, "tibb t.”-yəni tibb təmsilçisi, həkimin məsləhətçisi, konsultantı, dostu və sağ əli.
Makler. Elədirsə, biz həmkarıq. Mən, diyircəkli qələmlərin yayılması üzrə maklerəm. Texnikada çevriliş etmiş kəşf. Biz maklerlər...
Tibb təmsilçisi (böyük nifrətlə). Sizin ifadə etdiyinizə görə düşünmək olar ki, biz necəsə həmkarıq... Baxmayaraq ki, mənimki, əlbəttə, universitet peşəsidir.
Makler. Oh, mən makler olmağımdan məğruram. Yaxşı satıcı olmaq çox çətindir (Sürətlə danışır). Yaxşı satıcı təhsilli və cazibədar, zəhlətökən olmamaqla, məqsədyönlü olmalıdır. Onun təbəssümü şirin olmalıdır, amma ürəkbulandırıcı yox. Süni deyil, zərif olmalıdır. Xoşagələn olmalıdır, nəinki yorucu. Şirindilli, amma gəvəzə yox. Geyim forması mülki olmalıdır, amma idman qiyafəsi olmamaqla. (Fasilə. Cibindən kitabçanı çıxarır və nümayiş etdirir.) Bax, bu, əla ticarət maklerinin davranış normalarıdır.

Rantye (həyəcanlı).Bu cür biliklə siz uzağa gedəcəksiniz. (Alqışlayır) Bu, kapitaldır.
Evdar qadın (ah çəkir. Əndamlı, kobud, yoğun barmaqlı). Belə satıcı adama hər şeyi sırıyar. 
Müəllimə. Əlbəttə. Amma mənə belə gəlir ki, (tibb t.-nə gülümsünərək) tibb təmsilçisi –bu nə isə başqa bir... demək olar, peşədir... yəni qızıl aralıqdır. O qədər də həkim deyil və tibbdə o qədər xam da deyil. Qızıl aralıq. Tarazlıq-mənim üstünlük verdiyim şeydir. 
Tibb təmsilçisi. Xanım qız, mən təkrar edirəm: sizinlə olmaq böyük zövq verir. (Ucadan ah çəkir)
Evdar qadın. Ah, bütün bunlar necə gözəldir.
Makler. Siz maklerliklə  məşğul olursunuz?
Evdar qadın (qorxu ilə). Necə? Məşğul oluram? Nəylə?
Makler. Xanım, mən soruşuram ki, siz işləyirsinizmi?
Evdar qadın. Mənim işim yalnız evdədir.
Rantye (mənalı). Evin xanımı. Heç vaxt "ev işi” deməyin. Bu qulluqçunun işidir. Xanım-həmişə evin xanımıdır.
Müəllimə (acıma ilə). Sizin andlılar məhkəməsində birinci dəfə iştirak etdiyinizi düşünürəm, xanım.
Evdar qadın. Bir dəfə radio ilə məhkəməli hekayəyə qulaq asmışam. Belə alınır:oğlanı məhkum etməli idilər (ah çəkir), amma xoşbəxtlikdən qızın atası təbib-kleopatr idi və o elə etdi ki, oğlan dəli çıxsın...
Tibb təmsilçısi (qorxmuş). Təbib? Hansı,xanım?
Evdar qadın (pərt) Təbib-kleopatr. Belə deyil?
Tibb təmsilçisi. Psixiatr, senyora. Təbib -psi-xi-atr. (Hiddətlə ona baxır.)
Rantye. Bu günkü iş barədə nə isə öyrənmək fikri heç kəsin ağlına gəlməyib?
Makler. Bu, qadağan olunub. Biz Məhkəmə haqqında Əsasnaməni yaxşı öyrənmişik. (Digər kitabçanı çıxarır). Bax, bu, nümunəvi andlı üçün rəhbərlikdir. Burda bizim yalnız məhkəmə zamanı mahiyyətə varmağımıza icazə verildiyi deyilir...(Səhifəni axtarır)

Birinci məhkəmə icraçısı daxil olur.

Pensiyaçı. Budur, məhkəmə icraçısı gəlir. (Maklerə.) Biz ona necə müraciət etməliyik? İltifatlı cənab? Əlahəzrət? Doktor?

Birinci məhkəmə icraçısı. Siz hələ yerləşməmisiniz? İndicə camaatı içəri buraxacaqlar, cənablar isə axşam yığıncağındaymışlar kimi söhbətə qurşanmışlar. (Ucadan.) Bura öz borcunu yerinə yetirməkdən ötrü gəlirlər. Siz ləngimədən müvafiq yerləri tutmalısınız. Mərhəmətli cənab prosesi elan edəcək və təxirə salmadan məhkəmə iclasını açacaq.

Müəllimə (kənara). Necə də zərif dildir! (məhkəmə icraçısına) Bizim yerləri göstərəcək dərəcədə nəvazişli olun, cənab məhkəmə icraçısı.
Birinci məhkəmə icraçısı. Elan qədərincə rahat oxunur, xanım qız. (Lövhədə asılmış elanı göstərir) Bax, orada. İndi isə...(Komanda verir) Hazırlaşın!

Andlılar bir-birinin ardınca sıraya düzülürlər.

Öz yerinizə! Addımla... marş!

Andlılar öz yerlərini tuturlar. Məhkəmə icraçısı alebardasını taqqıldadaraq, onların ardınca gedir- bir-iki, bir-iki.

Müəllimə. Biz düz etdikmi, cənab məhkəmə icraçısı?

Andlılar öz aralarında sakitcə danışaraq yerlərinə əyləşirlər.

Birinci məhkəmə icraçısı. (Ona cavab verməyərək çıxışlardan birinə doğru iki addım atır və vəhşicəsinə bağırır). Ey sən, Manuel!!!

İkinci icraçının səsi: "Nə var?” 
 
Qoyunlar hazırdı?

İkinci icraçının səsi: "Hə!”

Aç,qoy soxulsunlar!

İkinci məhkəmə icraçısı daxil olur, onun ardınca camaat gəlir. Səsli və tələsik. Camaat xanım, cənab, qız və daha bir neçə adamdan ibarətdir.

Müəllimə (Qızın görünməsi ilə lornetini ona istiqamətləndirir). Burda uşaqların olmasına icazə verirlər? Cinayətkarlara bu cür bilavasitə yaxınlıqda?
Makler. Qansız işlərdə bəli. (Kitabçanı dartışdırır.) Buna kifayət qədər izn verilir və bu, əxlaqidir. 
Müəllimə. Tərbiyə olunanların cinayətkarlarla istənilən təmasından qaçmasını diqqətlə izləmək lazımdır. Bu barədə hakimiyyətə xahiş göndərəcəyəm. 
Cənab. (xanıma və qıza) Burda, qabaqda oturun. Bu ən yaxşı yerdir, burdan hər şey görünür.
Xanım. (çevrilərək) Bu gün nə olacaq?
Qız. Atacan, bu əyləncəli olacaq?
Cənab. Bu günkü məsələ elə də maraqlı deyil. Bir borclu barədə sadə iş. (Qıza.) Belə adlanır-"fırıldaqçılıq haqda proses”

Otururlar.

Rantye (bir qədər hiddətlə andlılara) Eşitdiniz, söhbət ondan gedir ki... 
Makler. Mən heç nə eşitmədim. Bu, yasaq edilib. (kitabçanı göstərir.)
Andlılar (qulaqlarını tutaraq xorla). Qadağandır, qadağandır! Dinləməyəcəyik, dinləməyəcəyik!
Qız (atasına). Onlar niyə qulaqlarını örtüblər, atacan?
Cənab. Çünki Yunanıstanda ədalət məhkəməsi ilahəsi kar olub.
Camaatdan biri. Uzunqulaq! Kar yox, kor!
Cənab (pərt). Hə, doğrudur!
Camaatdan ikincisi. Bu gün maraqlı heç nə olmayacağını düşünürəm. 
Camaatdan üçüncüsü. Nə, tamam maraqsızdır?
Camaatdan ikincisi. Maraqlı? Nə danışırsınız! Bütün bu borclu və fırıldaqçılar darıxdırıcı adamlardır. Yoxsulluq, pis tərbiyə nümunəsi, doğmaların pis tərbiyəsi... (Çiyinlərini çəkir.) Həmişə eyni şey.
Camaatdan üçüncüsü. Daim cəmiyyət və tərbiyədən danışırlar. Amma bütün bunlar daha sadədir. Dələduz və oğrular əsasən vicdansız fırıldaqçılar, ədəbli adamların pullarını mənimsəmək həvəskarları dəstəsidir.
Camaatdan ikincisi. Bətnləri yastılayan Rikarditonun maraqlı işini xatırlayırsınızmı? İlahi! Uşağa bax! On dörddən artıq qohumunu öldürmüşdü!
Camaatdan üçüncüsü.Mən hamısını qaçırdım! Bu barədə yalnız qəzetdən oxuya bildim. Bütün cəsədlərin fotoqrafiyaları vardı. Olduqca cəlbedici idi!
Camaatdan dördüncüsü. Ölü qızın yaxınlığındakı küçüyün fotoqrafiyasını xatırlayırsınızmı? Qəzetdə qatilin iti öldürməyə iradəsi çatmadığını yazmışdılar.
Camaatdan ikincisi. Bəs Kabaltodan olan vampiri xatırlayırsınızmı?
Cənab (cəld dönərək). Mən sizə yalvarıram... burda uşaqlar var...
Camaatdan ikincisi (əllərini ovuşduraraq). Bax bu iş idi...
Camaatdan dördüncüsü. Bu günsə bekara məsələdir.
Xanım. (Cənaba). Onu bu gün asmayacaqlarına əminsən? Düz burada, camaatın qabağında?
Cənab. Burda?Arxayın ol! Burda heç kəsi asmırlar.
Qız. Atacan! Atacan!Mən asılmışı görmək istəyirəm!
Camaatdan ikincisi. Axı niyə başlamırlar?

Səs-küy eşidilir. Camaat arasında narazılıq.

Camaatdan üçüncüsü. Artıq doqquza on beş dəqiqə qalıb!

Camaat ayaqlarını yerə döyməyə başlayır. Hər iki icraçı tələsik çıxır.

Tibb təmsilçisi (andlılara). Biz məhkəmə andlıları olmaqla, hakimliyi təmsil edərək sakitlik və hörmətə çağırmalıyıq. 
Müəllimə (məhəccəri amansızcasına döyür). Sakit, uşaqlar!
Andlılar xoru. Sakit! Susun! Əlahəzrətə hörmət edin, iltifatlı olun!
Camaatın xoru. Eşitmək istəyirik! Görmək istəyirik! Bilmək istəyirik! (Ayaqlarını yerə döyəcləyirlər.) Çıxın daha! Çıxın artıq!
Rantye (qeyzlənib).Teatrda olduğumuzu düşünmək olar.

Bir nəfər daxil olur.

Bir nəfər  (istənilən şəxsə). Burada mühakimə edəcəklər?
Cənab. Bəli, cənab. Budur məhkəmə. Andlılar burdadır. Budur camaat. Təəssüf, bugünkü iş elə də maraqlı deyil.
Bir nəfər. Amma mühakimə edəcəklər?
Cənab. Bəli.
Bir nəfər. Bu həmişə maraqlıdır. (O birilərindən uzaq oturur.)

Birinci məhkəmə icraçısının səsi (pərdə arxasından). "Zalda nizam! Hamı qalxsın!” Boks matçında boksçunu elan etdikləri kimi elan edir: "Əlahəzrət! Məhkəmə gəlir!”

Hamı qalxır. Hakim tələsik, elastik addımlarla daxil olur. Sifətdən qartala, ya da keşiş-anaxoretə oxşayır. Kürsüyə yaxınlaşaraq ehtiyatla cibindən parik çıxarır. Qabaqcadan pudralayaraq başına keçirir.Masanın yeşiyindən tərəzi və çəkic götürərək yuxarı qoyur. Əyləşir. Çəkici masaya taqqıldadır.

Hakim. Zalda nizam!
Birinci məhkəmə icraçısı. Zalda nizam!
İkinci məhkəmə icraçısı (öz yerindən). Zalda nizam!
Teatr biletçisi (tamaşa zalının dərinliyindən). Zalda nizam!
Hakim. Möhtərəm andlılar məhkəməsini təşkil edən cənablar və iştirak edən camaat öz yerini tuta bilər.

Müxbir qadın və fotoqraf daxil olurlar.


Müxbir qadın (fotoqrafa). Vaxtında gəlmişik, Xristofor. İndicə əyləşiblər. Tribunalın ümumi şəklini çək.
Birinci məhkəmə icraçısı (onu saxlayaraq). Bir dəqiqə. Siz kimsiz? Burda şəkil çəkmək olmaz.
Müxbir qadın (vəsiqəsini çıxarır). Mən məhkəmə qəzeti "İllüstrasiyalı yeniliklər”in müxbiriyəm.
Cənab (xanıma) Müxbir! Çevril, bizim şəkil qəzetlərdə çıxacaq.
Birinci məhkəmə icraçısı (pis əhval-ruhiyyədə) Yaxşı. Bir-iki şəkil çəkin, amma iclası pozmayın. Hakimi profildən çəkməyin, o bunu sevmir.

Hakim coşquyla parikini pudralayır.

Müxbir qadın. (fotoqrafa). Xristofor!
Fotoqraf (Əlində blits və fotoaparat hər hansı hündür yerə qalxır) Diqqət! "İllüstrasiyalı” üçün bir poza! Lütfən sakit!

Hamı qəfildən dayanmış lal kinofilmi xatırladan müəyyən pozalarda donur-əllər havada, quru təbəssümlər, süni vəziyyətdə olan fiqurlar.
Lal səhnə. Bir saniyəlik-qığılcım.

"İllüstrasiyalı” üçün! Çox sağ olun! (Enir)

Müxbir qadın küncdə oturur və həyəcanla yazır. Fotoqraf şlyapanı ənsəsinə itələyərək siqaret çəkir və yavaşcadan müxbir qadınla danışır.

Hakim (Şəklin çəkilməsindən dərhal sonra çəkici taqqıldadır). Xahiş edirəm, zalda mütləq sükuta əməl edin. Vurulmuş ziyana görə əvəz münasibətilə tacir Tomas Şeylok Qarsia tərəfindən Elias Belyuverə qarşı qaldırılmış işə kütləvi iclasda baxılacaq.
Qız. Atacan, asmağa nə vaxt başlayacaqlar.
Camaatın xoru (ucadan). Tomas Şeylok Qarsia Elias Belyuverə qarşı.
Hakim (icraçıya). İttihamçı, iddiaçı və müdafiəçini dəvət edin.

İttihamçı, onun ardınca Tomas Şeylok Qarsia daxil olurlar. Hər ikisi ittiham masası arxasına əyləşir. Müdafiəçi daxil olur və o da öz yerini tutur.

Əmr verin, müttəhim Elias Belyuver daxil edilsin.
İcraçılar (pərdəyə tərəf gedir və qışqırırlar). Elias Belyuver! Elias Belyuver! 

Pərdə arxasındakı əks-səda getdikcə uzaqlaşan səsləri təkrar edir: "Belyuver! Elyuver! Lyuver! Lias! Lyuver! Uver! Uver!” Səslər yox olur. İcraçılar uzaq küncdən çıxır və ardlarınca  içərisində Elias Belyuver  olan təkərli böyük kilsə qəfəsini dartırlar. Qəfəsi ittihamçı və müdafiə masaları arasında yerləşdirirlər. Çıxış anından sirk musiqisi, marş eşidilir. Camaat və andlılar arasında böyük canlanma. Evdar qadın və pensiyaçı yaxşı görməkdən ötrü dikəlirlər.

Camaatın səsi. Müttəhim gəldi!
-Budur, cani!
-O aldadıb, o fırıldaq edib!

Qız stuldan qalxır və peçenye bağlaması ilə qəfəsə yaxınlaşır. Artıq olduqca yaxın dayanaraq peçenyenin birini götürür və Belyuverin qəfəsinə tullayır. Atası qalxır və qızın əlindən tutaraq kəskin şəkildə yerinə doğru dartır.

Hakim (çəkici havada hədə ilə qolaylayır). Zalda nizam! Zalda nizam! İttiham üçün söz cənab ittihamçıya təqdim edilir.

Müxbir qadın saatına baxır, fotoqrafa işarə edir və onlar tələsik çıxırlar. Toqa geyinmiş ittihamçı qalxır və irəli addım atır.

Tomas Şeylok Qarsia. Mənəvi faktorları qeyd etməyi unutmayın. Onun vicdansız adam olduğunu deyin. Onu fakt qarşısında qoyun. (Xorun tonunda və ritmində.) Unutmayın ki, o məni aldadıb, soyub, ələ salıb və ziyan vurub.
Camaatın xoru (futbol meydanındakı səsi xatırladan boğuq səda). Onu soyub, kələkləyib, lağa qoyub!
Tomas Şeylok Qarsia (Ondan uzaqlaşmağa çalışan ittihamçının ardınca gedir). Əsasən bu xarabalıq qabasının ... əxlaqsız tipin mənəviyyata və şanlı adətlərə vurduğu zərəri qeyd etmək lazımdır.
İttihamçı. Yaxşı, cənab Qarsia (İrəli addım atır.) Cənab hakim, cənab andlı iclasçılar...
Tomas Şeylok Qarsia. Hə, bu prosesin doğuracağı xərc və qonorarları da unutmayın.
İttihamçı (səbrsiz). Çox hörmətli andlılar, camaat arasındakı cənablar.
Tomas Şeylok Qarsia. Sizin bunu yaxşı ifadə edəcəyinizə ümid edirəm.
Hakim. Sakit, cənab.
İttihamçı. Cənab hakim, hörmətli andlılar, camaat arasındakı cənablar.
Tomas Şeylok Qarsia. (irəli çıxır). Mən... (Başladığına təəssüf edir. Hamı ona baxır. Öz yerinə qayıdır)
İttihamçı. Mən qısa eləyəcəm. Bütün bu tarixçəni iki kəlmə ilə danışmaq olar. Bu yaxınlarda, gecə hansısa naməlum şəxs vicdanlı tacir Tomas Şeylok Qarsianın yanına gəlmiş və mənim iltifatlı müştərimdən on üç gün sonra qaytarmağı vəd edərək dörd min iki yüz üş peso və on dörd sentavo borc almışdır. (Fasilə) Əlbəttə, həmin on üç gün keçmiş və bu subyekt bir sentavo da qaytarmamışdır. Gördüyünüz kimi, bütün bunlar sadəcə cinayətkar manevr olmuşdur. Borcu aldıqdan sonra bu hörmətsiz fərd işə getməyi tərk etmiş, özünü arxayınca və fərəhlə həyasızlıq hüdudu olan özgə pullarının xərclənməsinə həsr etmişdir. (Andlılar lojası baryerinə yanaşır) Bu adamın adı  Elias Belyuverdir. (Dirsəkləri ilə baryerə söykənir, ərklə andlılara müraciət edir.) Sizin hamınızın, əlbəttə, ehtiyat pulunuz var-olduqca çox şeyi qurban verərək səbrlə bir kənara yığdığınız kiçik məbləğlər. Siz hamınız ədəbli və əməkçi adamlarsınız. Bütün bu ehtiyatı tənha qocalıqdan qorxaraq qoruyursunuz. Siz indi gəncsiniz.

Müəllimə saçlarını tumarlayır.

Amma sabah bu ehtiyat məbləğ qiymətli olacaq. O, kömək və təminat olacaq.(Fasilə, sonra camaata, andlılara, hakimə və nəhayət, Belyuverin olduğu qəfəsə). İndi təsəvvür edin, günlərin bir günündə hansısa vicdansız subyekt, hansısa senyor Heç kim başqalarının hesabına yaşamaq məqsədilə meydana çıxır və təsəvvür edin, bu bədheybət zirəkliklə və məkrlə, sizin nəcib ürəyinizdən sui-istifadə edərək sizin qoruduğunuz məbləği alır, oğurlayır, qəsb edir.

Fasilə, camaatın xoru eşidilir.

Camaatın xoru. Oğurlayıb, fırıldaq edib, kəf gəlib.
İttihamçı. (qəfəsi göstərir) Bu adam Elias Belyuverdir. Öz  müvəffəqiyyətsizliklərinizi, xəstə oğula, ölən anaya malik olmanın nə qədər kədərli olduğunu, qışda soyuğa, yayda istiyə, gündüz aclığa, gecə yuxusuzluğa dözməyi və dərdi yüngülləşdirməkdən ötrü bir sentavoya da malik olmamağı və bütün bunların cənab Elias Belyuverin sizi soymasına görə olduğunu düşünün. (Fasilə) Yox. Bu, adam deyil, cəmiyyətin xərçəngidir. Düşməndir. Onu asmaq, toza çevirmək zəruridir. Hətta iz qalmamasından ötrü onun əməlləri barədəki xatiratı da məhv etmək lazımdır. Belə adam adam deyil. Bu, dəhşətlərin təcəssümü, məcmuyudur. Bu, lənətdir.

Camaat arasında böyük həyəcan. Bəziləri yumruqla hədələyərək qalxmışlar. Qışqırıqlar, səs-küy.

Camaatın xoru. Onu öldürməli! Yandırmalı, linç etməli, məhv eləməli! O soyub, kəf gəlib, fırıldaq edib. 
İttihamçı (çətin nəfəs alır və əllərini ovuşduraraq tərini silir). Cənablar! Sizin hiddətiniz tamamilə anlaşılır, amma ən pisi irəlidədir. Müştərimə vurulan bütün ziyana baxmayaraq, qanun bu cinayətə görə heç bir cəza nəzərdə tutmur. Heç bir. Mütləq mənada heç bir. Sadəcə proforma üçün mənim müştərim, vicdanlı tacir don Tomas Şeylok Qarsia Elias Belyuveri borcun ödənməməsi halında borc verənin xeyrinə ətindən bir funt kəsməyə razı edən qəbzi imzalamağa məcbur edib.
Camaat və andlılar (xorla) Bir funt ət?!
İttihamçı. Siz anlayırsınız. Onun ətinin bir funtu. Elias Belyuverin ətinin. Hətta bazarda dəyərləndirilən inək əti, ya da olduqca dadlı və xoş olan bir funt donuz əti, yaxud zərif və yumşaq yemək olan toyuq əti yox. Heç də yox! Yalnız Elias Belyuverin müştərimin bahasına dörd min iki yüz üç peso ödədiyi arıq, sısqa bir funt ətini.
Camaatın xoru. Dörd min iki yüz üç peso!
Tomas Şelyok Qarsia. Və on dörd sentavo.
İttihamçı. İndi siz, əlbəttə, bunun ziyanın yeganə mümkün ödənişi olduğunu başa düşürsünüz. Müştərim özü üçün heç nə tələb etmir. O, Belyuverin nəcib məqsəd naminə-mənəviyyatın yüksəldilməsi adına mühakimə olunmasını istəyir. Bu yalnız ədalətin təntənəsi istəyidir. Ədalət xatirinə ədalət! Bütün bunlara görə, bəşəriyyət və insanın gələcəyi naminə mən sizi səsləyirəm: Belyuveri məhkum edin!
   
Hamı alqışlayır. İttihamçı öz yerinə qayıdır. Tomas Şeylok Qarsia onu salamlayır, camaat səs-küy salır.

Qız (qışqıraraq və əl çalaraq). Onu asacaqlar, atacan, asacaqlar!
Tibb təmsilçisi. Bu protektomiya in anima nobilyanın maraqlı təcrübəsi ola bilər.Biz bir dəfə bu mövzunu doktor Levassurla preventiv cərrahiyyə ilə əlaqədar müzakirə etmişik.
Müəllimə. Hökmün tərbiyəvi effekti barədə onun danışdıqları məni olduqca maraqlandırdı.Mən öz şagirdlərimə "Ədalət ən yaxşı müəllimdir!” mövzusunda inşa verəcəyəm.
Rantye. Onun qənaət edilmiş pul barədə dedikləri olduqca yerində idi. (Pensiyaçıya) Düz deyilmi?
Pensiyaçı. Mənim üçün? Bilmirəm, mən pensiyaçıyam.
Hakim. İttiham dinlənildi, müdafiənin sözü var.
Müdafiəçi ( irəli çıxır, toqqasını qaydaya salır). Cənab hakim, cənab andlılar, iştirak edən camaat...
Rantye (tibb təmsilçisinə) İttihamçı isə bizi möhtərəm adlandırdı.
Müdafiəçi. Cənablar! Biz böyük yanlışlıqda qala bilərik.İttiham olunana münasibətdə ədalətsizlikdən qaçmaqdan ötrü mən burada Elias Belyuverin bu tribunala doğru hansı bədbəxtlikdən gəldiyini sizə göstərəcəyəm.Mən onun tam günahsızlığını və təmiz inamını sübut edəcəyəm.Amma əvvəlcə bəzi şeyləri əsaslandırmaq istəyirəm.

Müdafiəçinin işarəsilə birinci məhkəmə icraçısı qəfəsə yaxınlaşır və barmaqlığı qaldırır.Oradan gözlərini qırpan, zaldakı hakim atmosferdən yarımkor Belyuver çıxır. İkinci məhkəmə icraçısı Belyuveri sərgidəki buga kimi məhkəmə qarşısında dolandırır.

Cənab andlılar Elias Belyuverin insani varlıq olduğuna əmin olmadıqca mən davam etmək  istəmirəm. (Andlılara) O hətta ikibaşlı əjdaha və vəhşi heyvan deyil.

Belyuver ittiham skamyasına yerləşir.

Eləcə də onun ətini inək, yaxud toyuğun əti ilə  müqaisə etmək olmaz. Bu, bazar deyil, cənablar! Bu, ədliyyə tribunalıdır! (Ətrafa baxır)
Camaat arasında səs-küy.

 İttiham nitqində həqiqət olan yeganə şey Elias Belyuverin borcu ödəməyəcəyi halda öz ətindən bir funt verəcəyini imzalamasıdır.
Qız.Atacığım! Niyə bir, ya iki kiloqram deyil, bir funt ət olmalıdır? Funtun ağırlığı nə qədərdir? 
Müəllimə.Funt ingilis çəki ölçüsüdür.O dördyüz əlli qrama müvafiqdir.
Qız.Onda niyə qramlardan deyil, funtlardan danışılır?
Bir nəfər.Ay qız, çünki söhbət ətdən gedir, söhbət ətdən gedəndə isə həmişə ingilis ölçülərilə çəkirlər.
Hakim.Sakit!
Müdafiəçi. İttihamçının ifadə etdiyi qalan hər şey isə saxtadır.Mən həqiqətdə baş vermiş hadisələri məhkəmənin mülahizəsinə təqdim edirəm. (Hakimə) Verilən işin faktiki əsaslarının bərpası və təsviri üçün tribunalın məhkəmə icraçıları tərəfindən yardımına icazənizi xahiş edirəm.
Hakim (nəzərə çarpan qanunpərəst, hərfgüdən tonu ilə) Qaldırılmış xahişlə əlaqədar olaraq və həqiqəti müəyyən etməyə çalışaraq, cənab vəkilin göstəriş verdiyi hər şeyi ciddi və dəqiq yerinə yetirməyi məhkəmə icraçılarına əmr edirəm. (cəkicini təmtəraqla döyəcləyir) .
Müdafiəçi. Beləliklə, Elias Belyuver şəhər kənarında sadə, kasıb evdə yaşamışdır.

Məhkəmə icraçıları küncə ikinəfərlik çarpayı, arakəsmə, dolabça, stul qoyurlar. Künc bütünlüklə qaranlıqdadır. Xanım Belyuver daxil olur, uzun köynək və ləçəkdə yatağa uzanır.

Müttəhim orada öz arvadı ilə birlikdə yaşamışdır.

Belyuver yatağa yaxınlaşır, pencəyini çıxarır, uzun köynək geyinir və uzanır.

İttihamın təsdiqinə baxmayaraq, Elias Belyuver əməksevər şəxs olmuşdur. Həmin vaxt o, on səkkiz ildən artıq işlədiyi kontora vaxtında yetişməkdən ötrü hava işıqlaşan kimi yerindən qalxmalı olurdu.

Gecə masasında zəngli saat səslənir, müdafiəçi onu göstərir.

Diqqətinizi yönəldin.

Xanım Belyuver gecə lampasını yandırır, çarpayıya oturur və saatı söndürür.

Xanım Belyuver. Elias, Elias, oyan. Artıq altının yarısıdır.

Belyuver yataqda çevrilir və anlaşılmayan nə isə mızıldayır.

Qalx! Saatın on beş dəqiqə qabağa qaçdığını düşünürsən? Mən dünən sənin səhər yataqda bir qədər uzanmaqdan ötrü onu on beş dəqiqə dala qaytardığını gördüm. Sən yaxşı yerləşmisən, amma mən əqrəbləri geri qaytarmışam. Belə kələklər yaxşı heç nəyə çatdırmaz. Sən ertədən qalxmamaq və sahibkar  qarşısındakı öz borcunu yerinə yetirməmək  üçün hər şey edirsən (Fasilə) Mənə de görüm-sən hər gün on dəqiqə tez gəlsəydin, yəqin, maaşını artırardılar?
Belyuver çarpayıya oturur və başını qaşıyır.
Sənin hər ay aldığın beş yüz pesoya abırlı yaşamağın mümkün olduğunu düşünürsən?
Belyuver yataqdan qalxır və arakəsmənin arxasına keçir.
 Sənin yaşında ən azı firma müdiri olmalıydın. Sən artıq on səkkiz il bir yerdə işləyirsən və nəyə nail olmusan? Sən öz işini mühasib kimi başlamısan və belə qalmaqda davam edirsən. Heç olmasa xanım Rinardollinin asılılıqdan azad olmuş və öz şəxsi işini açmış əri kimi etsəydin. Yaxud xanım Zoppi, sən xanım Zoppini xatırlayırsan?. Bu, yarım fincan düyü borc almağa gələn qadındı, beləliklə: bu günlərdə o, bütöv kvartal ölçüdə avtomobildə, sürücü və bütün yerdə qalanlarla birlikdə gəlmişdi. O əyləşmiş və telefonla sürücüyə göstərişlər verirdi. Telefonlu avtomobil. Belə bir heyvan! Anlamaq olmur. Bəs biz? Bizim nəyimiz var?
Səs gəlir, boşqab yerə düşür.

Ehtiyatla!. Ehmal ol, suyu döşəməyə tökmə, sonradan belimi əyməli və yeri silməli olacağam. Belə səs-küy qaldırma, sonra sahibə gələcək və şikayətlənəcək.

Arakəsmənin arxasından Belyuverin sifəti peyda olur, onun boynunda dəsmal görünür.

O diş fırçasını ağzında saxlayaraq ayırd olunmayan nə isə deyir.
 Bircə bu çatmırdı-mənə cavab qaytarmaq. Yaxşısı budur, tələs və artıq get.
Belyuver gedə-gedə pencəyini geyərək, onun yanından keçir.
Sən qadına bənzəyirsən. Tualetə işdən cox vaxt sərf edirsən. Bəlkə orda yeni əməkdaş qadın zühur edib?. Hər şey bununla bitir. Burada özünü öldürürsən, bütün həyatını xidmət edirsən, o isə ilk tuş gələn yaxşı daranmış avara qadına ilişir.
Belyuver ümidsizlik jesti göstərir, arvadına tərəf əyilir, öpmək istəyir, şlyapasını qoyur.
Avtobusa geciksən, məni günahlandıracaqsan.
Belyuver səhnəni ötüb keçir, çıxır.
Qapını yaxşı bağla (İşığı söndürür və yenə yatmağa uzanır. Qaranlıqda öz yerində qalır).
 Müdafiəçi. Belyuver öz işindən olduqca uzaqda yaşayırdı. Birinci avtobus dayanacağına qədər bir neçə məhəllə keçməli idi.
Belyuver daxil olur, hakimin masası yanından keçir, gözlərində qorxu var. İttiham və müdafiə masalarının, andlılar lojası yanından keçir, bir qapıdan girir, digərindən çıxır, pərdə arxasına girir, o biri tərəfdən çıxır.
Əlbəttə, bu, Elias Belyuverin fərdi dramıdır. Amma bu erkən saatda işə gecikmək qorxusu altında müxtəlif tərəflərə qaçan əksər hürkmüş qulluqçu üçün tale anı başlanır.
Beş şəxs və Belyuver, eyni kostyum və şlyapada, tələsik qalxıb-enərək hakim masasının  və camaatın ön və arxasından keçərək müxtəlif qapı və məkanlardan çıxırlar. 
(Davam edir) Bu, hürkmüşlər karvanıdır. Onlar öz səadət, şərəf, iş və ev rahatlığını qumara qoymuşlar. Ram olmayan saatlar! Onlar hamısı hansısa avtobusun dəqiqliyindən asılıdır və düşmüş ürəkləri ilə onu gözləyərək uzun növbələrdə dayanırlar.
Bütün piyadalar növbə yaratdıqları küncə toplanırlar.
Belyuver onlar arasındadır, hamısı bir-birinə oxşayır.
Sərnişinlər (əyilirlər, avtobusun gəlməsinə göz qoyurlar)-Budur, gəlir!
-Yox, gəlmir!
-Hə, gəlir!
-Xeyr, gəlmir!
Birinci sərnişin. Barı gecikməsəydim!
Sərnişinlər xoru. Gecikməyəydim!
İkinci sərnişin. Bəraət fikirləşmək lazımdır!
Sərnişinlərin səsi. Bəraət!
-Bəraət!
-Bu, lazımdır!
İkinci sərnişin. Deyərik, qaynana xəstələnib!
Birinci sərnişin. Oğul kənddən gəlib!
Üçüncü sərnişin. Arvadlarımız doğmalıdır!
Dördüncü sərnişin. Həkimin yanına getmək lazım idi!
Beşinci sərnişin. Bizi polisə çağırmışdılar!
Birinci sərnişin. Bəs avtobusun gecikdiyini desək?
İkinci sərnişin.Heç vaxt! Heç bir halda!
Üçüncü sərnişin. Buna heç bir sahibkar inanmır!
İkinci sərnişin. Sahibkarlar heç vaxt heç nəyə inanmırlar!
Sərnişinlər (xorla, qorxu içində) Sahibkarlar! Sahibkarlar! Sahibkarlar!
Birinci sərnişin (zəndlə baxaraq) Avtobus! (Qorxu içində qaçır)
İkinci sərnişin. Doğrudur, avtobus! Orda, küncdə! (Qaçır)
Birinci sərnişin. Amma dayanacaq burdadır!
İkinci sərnişin. Yox-yox.. Bu gündən dayanacaq ordadır.Yeni göstərişdir.

Hamı qorxuya bürünərək qaçır.

Müdafiəçi. Xüsusi heç nə yoxdur, deyilmi? Hər gün Belyuverin başına gələnlərin hamısı onlardan istənilənində baş verir. Geçikmə həyəcanı bütün yol boyu davam edir. Onlar qəzet oxumaq və pəncərədən baxmaqla boşuna olaraq fikirlərindən yayınmağa çalışırlar. (Fasilə) Bundan əlavə, avtobusda qəzet oxumaq, yaxud pəncərədən baxmaq olduqca çətindir.

Sərnişinlər qrupu daxil olur, qoşa-qoşa dayanmışlar, bir-birinə sıxılmışlar, onlardan hər biri tutacaqdan yapışmış kimi əllərini yuxarı qaldırmış vəziyyətdə saxlamışlar, hamısı dağınıq halda səndələyir və tədricən irəli hərəkət edirlər. Hər birinin sərbəst əlndə oxuduqları qəzet var: Belyuver həmin pozada ortadadır.

Sərnişinlər xoru. Gecikirik! Ləngiyirik!
Birinci sərnişin. Boliviyaya tikiş maşınları ixrac etməyə icazə verirlər.
İkinci sərnişin. Gözəllik kraliçası kimi xanım Azkuenaqa Larrea Pueyrrodunu seçmişlər.
Üçüncü sərnişin. Avstraliyada əlli min yard heliotrop əkmişlər.
İkinci sərnişin. Saat altı iki dəqiqədir!
Sərnişinlər xoru. Lənət olsun! Gecikirik! Sahibkarlar! Sahibkarlar! Sahibkarlar! Lənətə gəlsinlər!
 
Belyuver adətən gedə-gedə tullandıqları kimi, qapıya yaxınlaşaraq atılır. Sərnişinlər gedir. Məhkəmə icraçıları səhnənin əks küncündə hündür kontor masası, müvafiq stul, kontor asılqanı quraşdırırlar. Masa üzərində iri kitab-qovluq var. Belyuver qalstukunu düzəldərək masaya yaxınlaşan anda məhkəmə icraçıları uzaqlaşırlar. O, masanın yeşiyindən boz iş pencəyi çıxarır, onu geyinir, özününkünü asılqandan asır və işləmyə başlayır.

Müdafiəçi. Belyuver don Bonifasio Mendesin iri topdansatış mağazalarında mühasib kimi xidmət etmişdir.

Don Bonifasio Mendes daxil olur.

Don Bonifasio (sakitcə Belyuverin lap kürəyinə yaxınlaşır) Yenə gecikdin, Belyuver! 

Qorxmuş Belyuver çevrilir

Yox! Yox! Işi dayandırmayın! Mənim sizə deməli olduğumu  elə belə də, işdən ayrılmadan eşidərsiniz.Sizin yalnlz bir neçə dəqiqə gecikdiyinizi bilirəm.Əlbəttə, günahkarın avtobus olduğunu demək istəyirsiniz.Tamamilə mümkündür.Amma siz bunun bu marşrutla hərəkət edən yeganə avtobus olmadığını inkar etməzsiniz.Əlbəttə,  ona çatmaqdan ötrü küçə ilə qaçmalı olmusunuz.Amma artıq bunda avtobus günahkar deyil.Burda günah daha çox sizdədir.Hər şey, bununla nə isə əldə etdiyinizi fikirləşdiyiniz, heç bir əhəmiyyəti olmayan daha bir neçə dəqiqəni yataqda olmaq istəyinizə görədir.Həqiqətdə isə  qazanmır, əsasən sahibinizin hörmətini itirirsiniz. Belyuver, yataq dəhşətli düşməndir! Faciəli qüsurdur! Belə anda özündən soruşursan: yatmalı, yoxsa yatmamalı? (Fasilə) Bilirsiz bu necə adlanır?

Belyuver dönüb ona baxır

Bu naz-qəmzə adlanır! Onun üzündən çox adam müflis olub.Mənə baxın! 

Belyuver yenə də işinə başlayır.

Mən zövq-səfaya qapılsaydım, heç kim olardım. Mənim bütün varidatım, məndə olan hər şey, mülkiyyət, pul- bütün bunlar sadə  faktla, məhz həmişə zəruri olandan on dəqiqə qabaq  yerimdən qalxmağımla izah olunur.Bax, var-dövlət belə toplanır.Bütün qulluqçular on dəqiqə əvvəl yataqlarından dursaydılar, tezliklə sahibkar olacaqlarına əminəm.Siz canlı nümunəsiniz-on səkkiz ildir ki, aya beş yüz peso alırsınız və maaş artmır.Bu donluğun ac-yalavac mövcudluq maaşı olduğunu inkar etməyəcəksiniz.

Belyuver təəccüblə sahibkara baxır

Buna görə yalnız nəşənizə borclusunuz (Getməyə hazırlaşır).Olsun, yaxşısı budur, danışmağı bitirək və işləyək. (Gedir)

Belyuver işinə davam edir.Xanım Belyuver yataqdan qalxır və arakəsmə arxasına keçir.Oradan təsərrüfat səbəti ilə çıxır, çıxışa qədər səhnə ilə gedir və ona oxşayan iki xanımla dayanır.Uzun, canlı söhbətin jestikulyasiya və mimikası. Birinci planda, o biri qapıdan tələsik çıxırlar.

Muxbur qadın. İşlər necə gedir?
Cənab. Müdafiənin izahatıdır.
Muxbir qadın.Burda telefon varmı?

Telefon səhnədən kənarda, tamaşa zalına çox yaxın yerləşir. Muxbir qadın ora qaçır.

(Qeyd kitabçasını çıxarır.Nömrəni yığır) Allo! Allo! Redaksiya!.. Hə, bu mənəm! (Yaxındakına.) Nə baş verir?

O qadının qulağına pıçıldayır

Allo! Hə, proses davam edir, hansısa...(dinləyir) Elias Belyuver, bir funt ətini kəsdiyi müdafiəsiz uşaq Tomasito Qarsiyaya silahlı hücum etmişdir...Hə, mənə iki sütun saxla.Salamat qal!
Fotoqraf. (hər hansı yüksək yerə qalxır və oradan aparatı çaqqıldadır.) Ss... Lütfən sakit! 

Donmuş pozalarda lal səhnə təkrar olunur, qığılcım.

Minnətdaram! (aşağı enir və muxbir qadınla birlikdə gedir)
Müdafiəçi.Səhər iş hər hansı dəyişikliksiz keçmişdir.Günorta, nahar vaxtı nə isə yeməkdən ötrü Belyuverin bir neçə dəqiqəsi olmuşdur.

Belyuver saata baxır, hündür stuldan enir, pencəyini dəyişir və çıxır.

Amma onun dəqiqələri çox deyildi.

Belyuver daxil olur, paltarını dəyişir və işləməyə oturur.

İndi o axşama qədər, istirahətsiz işləyir.

Don Bonifasio daxil olur.

Don Bonifasio. Sizi yenə də işdən ayırdığıma təəssüf edirəm

Belyuver qanrılır.

Yox-yox, işi dayandırmayın. (Olduqca tez-tez danışır). Məni dinləmənizə və cavab verməmənizə üstünlük verirəm. Malların Mendes, Qarsia Limitad firmasına göndərilməsini siz Mendes, Sançes və Qarsia Limitad firması kimi haqq-hesab etmisiniz və bundan başqa, Fernandes, Peres və Peres hesabına qoymuşsunuz. Siz Zulexio Qonzales və oğlu və kompaniya firmasınınkından fərqlənən Zulexio Qonzales və kompaniya firmasının orderlərinə münasibətdə daha diqqətli olmalısınız. Mən Mendes, Alvares və Dominqes fakturasının yekununda bir səhv və digərini Skersobelski və Koqendə tapmışam. Bunun nə qədər ciddi olduğunu başa düşürsünüzmü? Sizin bu diqqətsizlik nəyin nəticəsidir?
Tamaşaçıların xoru. Naz-qəmzənin !!!
Don Bonifasio. Belə, əgər bunu bilirsinizsə, düzəlməyə çalışın. (Gedir)
Müdafiəçi (yorğun istehzalı səslə) Gün isə uzun idi! Bütün iş, demək olar, eyni adlı müxtəlif firmaların müxtəlif rəngli orderlərinin böyük yığınları ilə aparılırdı. Birinci partiya hələ qurtarmamış artıq ikincisi gəlirdi.

Don Bonifasio orderlərin yeni qalağı ilə daxil olur, onları masanın üstünə qoyur, mimika və jestlərlə danışmağı əks etdirir.

Möhtərəm məhkəmə belə vəziyyətin artıq on səkkiz ildir davam etdiyini diqqətə almağa lütf edər!

Zəngin səsi eşidilir.Xanım Belyuver rəfiqələrini öpür və  evə  qaçır.Arakəsmə arxasına keçir.Rəfiqələr gedir. Belyuver qalxır, pencək və şlyapasını geyir.

Don Bonifasio. (ondan arxada dayanıb) Belyuver, siz vaxtınızı boşuna sərf etmirsiniz. Zəng səslənməyə macal tapmayıb, amma siz artıq işdən əkilirsiniz: taunmuş kimi qaçırsınız. Əlbəttə, çoxdandır sizi acından ölməyə qoymayan sahibinizin çiçəklənməsi sizi maraqlandırmır. Sizin minnətdarlığınız belədir! Mənim yaxşı məsləhətlərimdən istifadə etmək əvəzinə siz zövq-səfanın bütün məlum formalarına qapılırsınız.

Don Bonifasio tərəfindən izlənən Belyuver aradan çıxır.

Müdafiəçi. İrəlidə Belyuverin hələ uzun evə qayıtma yolu var. Bu zaman o, axşam qəzetinin son yeniliklərini gözdən keçirməyə güclə çatdırır.

Sərnişinlər qrupu avtobusa daxil olur. Hər şey birinci səfərdə olduğu kimi baş verir, yalnız hamı üzü digər tərəfə dayanıb. Hamı yorulub və üzgündür, qəzet oxuyurlar, Belyuver mərkəzdədir.

Sərnişinlər xoru. Qayıtmaq! Qayıtmaq! Yatmaqdan ötrü evə qayıtmalı! Yatmaq! Sabah işləməkdən ötrü!
Birinci sərnişin (oxuyur) Bir şəxs digərini iki xəncər zərbəsi ilə öldürmüşdür.
İkinci sərnişin. Dəmir yolunda bədbəxt hadisə-səkkiz adam ölüb.
Ücüncü sərnişin. Məşhur  çilili cibgir həbs edilib.
Dördüncü sərnişin. Avtobus çevrilib.
Birinci sərnişin. Yun anbarında yanğın.
Beşinci sərnişin. İki fırıldaqçı şərabı su ilə durultmuşdur.

Zalda səs-küy

Sərnişinlər xoru. Bədbəxt hadisələr,oğurluqlar, qətllər, xəncər zərbələri. Qayıtmalı! Qayıtmalı!. Yanğınlar, ölülər. Evə! Evə! Yatmaq, yatmaq! Qayıtmalı! 

Sərnişinlər qrupu gedir. Belyuver səhnədə qalır, asta yeriyir , taqətdən düşüb.Otağı daxil olur.Pencək və şlyapanı çarpayıya tullayır.
Xanım Belyuver (arakəsmənin arxasından boylanır). Hə, bu sənsən! Şeyləri yatağın üstünə atma. Mətbəxdə soyuq tərəvəz var.Bütün günü sənə xidmət etməkdən ötrü belimi əydikdən sonra sənə  şam yeməyi hazırlamalı olmayacağıma ümid edirəm.Mən artıq yemişəm.İstəyirsənsə, uzan, amma yatağı əzmə.

Belyuver botinlərini kənara tullayır, gecə köynəyini geyir və uzanır.

Mən bu gün senyora Brinçioti ilə danışdım.Bilirsən, o mənə nə nağıl etdi? Peruppattoların yayda Los-Lyaqosa gedəcəklərini.Təsəvvür edirsənmi! Los-Lyaqosa!Bu lütlər! Yeri gəlmişkən, bilirsən Kartiletta ifritə kiçik Senattinin yanında məndən nə soruşdu? Biz yayı Peçutiçio və Mastrosaitatuono kimi dağlarda gəzəcəyikmi? Mən sənin işinin çox olduğunu və buna görə də gedə bilməyəcəyimizi deməli oldum. (Gülür) Eşidirsən? İş çoxdur! Tanışlar qarşısında qızarmamaqdan ötrü daha hansı səfeh şeylər uydurmaq lazım gəlmir.

Belyuver işığı söndürür

Elias!  Elias! Sən yalnız yatmağı bacarırsan.Bu, qorxunc çatışmazlıqdır.Bilirsən, o necə adlanır? 
Camaat və məhkəmə.Əzilib-büzülmə!
Qız.Atacan!Atacan! Əzilib-büzülmə nə deməkdir?

Xanım Belyuver gecə köynəyində əri ilə yanaşı uzanır.

Müdafiəçi. 18 il! 6570 oxşar gün! Bütün bunlara baxmayaraq Elias Belyuverin dramı indi-indi başlanır! Bir dəfə səhər...

Zəngli saat səslənir

Həmişəki adi səhərdir.

Gecə lampası yanır

Həmin zəngli saatdır.

Xanım Belyuver yataqda oturaraq saatı söndürür.

Həminki yerindənqalxma.

Belyuver arakəsmə arxasına atılır.

Heç vaxt heç kəsin öyrəşə bilmədiyi gündəlik eşələnmə.

Belyuver irəli çıxır, pencək və şlyapasını geyir.Xanım Belyuverin enerjili mimikası.Belyuver onu öpür və çıxır.Xanım Belyuver işığı söndürür və yuxulayır.

Amma, görünür, həmin gün taleyin istəyi ilə əvvəlkindən başqa cür keçməli idi.Belyuver getməyə hazırlaşan anda böyründə qəribə sancı hiss etdi.

Belyuver bir neçə addım atır  və birdən böyründən yapışaraq əyilir.

Həmin dəfə bu onun işə getməsinə mane olmayan ağrı idi.

Belyuver gedir.

Sahibi don Bonifasonun daimi təlqinlərinə baxmayaraq, Belyuverin nümunəvi qulluqçu olduğu sübut olunur.

Belyuver düz öz masasına doğru istiqamətlənir və işləməyə əyləşir.Dərhal don Bonifasio orderlər qalağı ilə peyda olur.Əvvəlki günün mimik səhnəsi baş verir.

Gördüyümüz kimi, səhər həmişəki kimi keçdi. Amma yox...

Belyuver işi dayandırır, əyilir, masadan çəkilir və don Bonifasionun təəccübünə baxmayaraq, kantoru tərk edir.

Ağrı o qədər kəskin idi ki, Belyuver dərhal həkimə getməyi qərara aldı.

Belyuver səndələyərək gedir, böyründən yapışıb. Çıxışın yanındakı xəyali qapını döyür.Birinci sanitar qadın görünür.

Birinci sanitar qadın. Kartoçka alın. Sizdən qırx peso. (kartoçkanı ona uzadır.)

Belyuver pulu ödəyir.

Bura, cənab...

Belyuver addım atır.Həkim onun qarşısına çıxır.

Həkim. Ağrıdır? (başqa yerinə toxunur.) Ağrıdır?

Belyuver ağrıdan qıvrılır.

Aha! Bəs bura?

Belyuver yenə də ağrıdan qıc olur.

Tibb nümayəndəsi. Aortanın perkussiyası! Kliniki mükəmməlliyin sübutu.Papin metodu adlanır.
Həkim.Aha! Deməli, siz mühasibsiniz!

Belyuver başını yelləyir.

Yox-yox, mənə heç nə deməyin! Siz uzun illər ərzində vaxtınızı mühasibat kitablarını qotik şriftlərlə dolduraraq keçirmisiniz.Bu sizin əsəblərinizi, vegetativ-tonik və simpatik sisteminizi pozub.Qotik şrift toxumalarınızın enerjisini tükədib və həmin səbəbdən buranızda ağrı var.Bu, olduqca ciddidir! Əgər bundan sonra qotik şrift cızsanız, on beş gündən artıq yaşamayacaqsınız.Sizə aydındırmı? (Belyuverin əlini sıxır)

Belyuver bir an özünü itirmiş oturur, sonra qalxır və yaxındakı qapıdan öz yazı masasına yanaşır.

Müdafiəçi. Sual yüngül görünür,amma..
Don Bonifasio (Belyuverlə daxil olur, onu qucaqlayır və çiynini şappıldadır.) Bircə bu çatışmırdı! Biz, insanlar bir-birimizə kömək etməliyik. Hesabınızı bundan götürün. Elə bu çatmırdı! (Fasilə) İnanın, mən dərindən təəssüflənirəm. Bizim firma üçün işlədiyiniz bu on səkkiz ildə sizin daim qotik cızmanıza o qədər öyrəşmişəm ki, bunun həmişəlik olduğuna əmin idim. Amma (çiynini şappıldadır) Sağlamlıq hər şeydən qabaqdadır, Belyuver. Bədbəxtçılıkdən, müəyyənləşmiş iş normalarımızı dəyişə bilmərik. Qotik şrift də bizim nümayəndəlik və ticarət kitablarının səlıqəliliyi üçün rəmzidir. Mən heç vaxt sizin haqq-hesabınızı verməzdim, Belyuver. Ancaq əgər həkiminiz bu işi tərk etməyi tövsiyə edirsə, mən buna qarşı çıxa bilən adamlardan deyiləm. (Ciblərini axtarır). Bundan əlavə, mən bunu əməyinizə görə firmamızın minnətdarlığı ilə qeyd etmək istərdim. (Zərf çıxarır və Belyuverə təqdim edir) O, əlbəttə, bu, pul deyil! Mən evimizin dostunu təhqir etməyə cürət etməzdim. Bu sizin ixtisasınız üzrə istənilən müəssisədə iş tapmağınızdan ötrü tövsiyə məktubudur. İndi isə, əzizim Belyuver, sizə olan münasibətimi bir daha sübut etmək istəyirəm. Oğula münasibəti (Uzadılmış əlini Belyuverin çiyninə qoyur). Bax belə. Allah sənə xeyir-dua versin, oğlum. 

Belyuver qaçır. Don Bonifasio gedir.

Camaat, məhkəmə. (Xorla) Amin!
Evdar qadın. Necə də təsirlidir! Lap kinodakı kimi. (Göz yaşını silir).
Rantye. Kapital və əmək arasında tam harmoniyanın  qəbalə sübutu (Pensiyaçıya). Sizə elə gəlmir?
Pensiyaçı. Mən...Mən bilmirəm... Mən pensiyaçıyam...
Müdafiəçi. Nə olur-olsun, amma Belyuver dərhal iş axtarmalı oldu.

Xanım Belyuver əllərini belinə vuraraq ortaya çıxır.

Xanım Belyuver (hiddətlə) Mümkündürmü? Mənim yaşda müdafiəsiz qadının bu qədər dözməsi mümkünmü?
Müdafiəçi (xanıma) Xanım, lütfən (otağı ona göstərir).

Xanım Belyuver otağa daxil olur və arakəsmə arxasında yox olur.

Cənab andlılar, xanım Belyuverin dediklərinin hamısını eşitdinizmi? Bir neçə günlük axtarışdan sonra ittiham olunan yeni iş tapdı. Əvvəlkinə oxşayan iş, amma bu dəfə Alvares qardaşlarının firmasında.

Belyuver daxil olur, onun qarşısına Alvares qardaşları çıxırlar, hər ikisi don Bonifasioya çox oxşayırlar.

Birinci Alvares. Belə! Biz cənab Mendesin tövsiyə məktubunu oxuduq, oradan sizin qotik şriftlə yaza bilmədiyinizi və buna görə də əvvəlki işdən imtina etdiyinizi öyrəndik. Biz sizin qoca sahibkarınızdan daha  liberalıq və heç bir müəyyən şrifti tələb etmirik, siz kursiv versaliyaları, ingilis, kalliqrafik, ümumiyyətlə, istədiyiniz şriftlə yaza bilərsiniz.
İkinci Alvares. Siz, əlbəttə, yaşınızı və möhkəm olmayan sağlamlığınızı nəzərə alaraq...  ayda dörd yüz bir peso qazanacaqsınız.

Belyuver üz-gözünü büzüşdürür, sonra boz pencəyini çıxarır və paltarını dəyişmək istəyir.

Birinci  Alvares. Allah xatirinə! Siz nə etməyə hazırlaşırsınız? Evimizdəki həmahənglik səbəbindən qulluqçular arasında tünd kostyumların geyilməsi qaydası var. Bu, firmanın inzibati heyətinə ciddiyyət və tələbkarlıq verir. 

Alvares qardaşları gedir. Belyuver öz qara kostyumunda stula əyləşir və işləməyə başlayır.

Camaatdan birinci. Belə maaşla qara kostyum məntiqidir.
Pensiyaçı (sadəlövhlüklə). Cənab əmək haqqının az olduğunu hesab edir?
Camaatdan ikinci (acıdilliliklə). Bəs sizə necə gəlir?
Pensiyaçi. Mən... Mən bilmirəm... Mən pensiyaçıyam....
Müdafiəçi. Alvares qardaşlarının yanında üç iş ayı hər hansı dəyişikliksiz keçdi. Hər bir gün əvvəlkinə daha çox oxşar olmağa başladı.

Birinci və ikinci Alvareslər daxil olurlar, özləri ilə hesabların bütöv bir qalağını gətirirlər.

Birinci Alvares. Belyuver, bütün bu hesabları gəlir kitabına köçürün və lütfən, etdiyinizə diqqətli olun. Peres, Ximenes və Fernandes firmaları Rodriqes, Rodriqes və Rodriqes adına qaimə aldıqlarından şikayətçidirlər. Bütün bunlar bizim maraqlara böyük ziyan vura bilər. Əgər bizə kömək etsəniz, irəli gedərsiniz.
İkinci Alvares. Ola bilsin, burda bizim səhvimiz var-biz xidmətə təşəbbüsü aşıb-daşan  gənc əvəzinə qocalmış adam götürmüşük. Mən anlaya bilmirəm, bu yaşınızda dörd yüz səkkiz pesoluq miskin, yalavac maaşından necə asılı ola biləcəyinizi anlaya bilmirəm!
Birinci Alvares. Artırdığımızı nəzərə almaqla. Əvvəl bundan az qazanırdınız.
İkinci Alvares. Yeddi peso! Ancaq hər halda bu, ac-yalavac mövcudluqdur. Məsələ burasındadır ki, sizin şəxsi təşəbbüsünüz yoxdur. Bu isə var-dövlətə açardır. Bizə baxın, əgər təşəbbüs olmasaydı, bir pesomuz da olmazdı. Yalnız bunun sayəsində həyatda hər şeyə nail olmuşuq. Bizə heç  kəs kömək etməyib. Biz bütün bunları özümüz, şəxsi təşəbbüsün köməyilə etmişik və bu sizdə çatmayan şeydir.
Belyuver.(gözlənilmədən işi tullayır,böyründən yapışır və qışqırır). A-a-a-yyy!!! (Stuldan düşür və qorxu ilə sahiblərə baxır.)
Birinci Alvares. Sizə nə olub?
İkinci Alvares. Niyə işi buraxdınız?

Belyuver ağrıdan qovrulur.

Birinci Alvares. Deyəsən, o, xəstədir.
İkinci Alvares. Yaxşı. Əgər xəstədirsə, öz həkiminizin yanına gedin. Biz sizə izn veririk. Biz olduqca liberal ağalarıq.

Belyuver ləngər vuraraq uzaqlaşır.

Birinci Alvares. Necə düşünürsən, bütün günə görə ondan pul çıxmalımı?
İkinci Alvares. Şübhəsiz. O aylıq ödəməli qulluqçudur. Mülki  məcəllənin iyirmi dördüncü maddəsi...

Gedirlər. Belyuver böyründən yapışaraq, səhnədə gəzişir. Səhnəni kəsib keçir və ədalət heykəlinə söykənir. Ağrı tutması güclənir, Belyuver yavaş-yavaş irəli sürünür.

Müdafiəçi. Çarx fırlanmağa başlayanda onu saxlaya biləcək qüvvə yoxdur. İttiham olunan artıq qotik şriftə qayıtmadı. Artıq bir neçə iş ayı keçdi və birdən... indi o, tanınmış professor-mütəxəssisin yanına getdi.

Ön planda ikinci sanitar qadın Belyuveri qarşılayır.

İkinci sanitar qadın (kartoçkanı ona uzadır). Lütf göstərin, iki yüz peso.

Belyuver ödəyir.

Cənab, bax, bura.
Gözdən itirlər, Belyuver və professor daxil olurlar.

Professor. Niyə tünd paltar geyirsiniz? Qaliterapiya barədə heç vaxt heç nə eşitməmisiniz? Tünd paltar günəş şüalarını ləğv edir və zaman keçdikcə orqanizmi zəiflədir.
Tibb nümayəndəsi. Biz professor Zakkoni ilə birlikdə bir dəfə bu mövzunu müzakirə etmişik. Mənə elə gəlir ki,..

İkinci sanitar qadın görünür.

İkinci sanitar qadın (tibb nümayəndəsinə). Sakit, cənab! Professorun qəbulu var.
Professor. Sizin bütün naxoşluğunuz tünd paltardandır. Mən adətən sarını tövsiyə edirəm. Amma, ümumiyyətlə, istənilən parlaq paltar sizi dərhal sağaldar. Ancaq əgər, hər halda, tünddə israr edirsinizsə, onda... (Üz-gözünü qırışdırır. Belyuverin çiyninə vura-vura onunla uzaqlaşır.)

Belyuver yazı masasının yanından çıxışa gedir. Çıxır.

Müdafiəçi. Bütün yerdə qalanını təsəvvür etmək asandır. Alvares qardaşları, liberallıqla lovğalanırlar. Ehtimal etmək olar ki,.. amma yox!..
Birinci Alvares (Belyuverlə daxil olur). Yox! 
İkinci Alvares (daxil olur).Yox!
Müdafiəçi. Yox.

Alvares qardaşları Belyuveri  çıxışa doğru  müşayiət edirlər, hamı gedir. Belyuver görünür, öz yazı masasına doğru gedir. Cənab Quttiyeres ona doğru gedir.

Quttiyeres. Bir-iki kəlmə, cənab Belyuver, siz qotik şriftlə yazmayacaqsınız, tünd paltar geyməyəcəksiniz.Amma yaşınızı və sağlamlıq durumunuzu nəzərə alaraq, sizə ayda yalnız iki yüz səkkiz peso verə bilərəm. Oturun və işləyin.

Cənab Quttiyeres gedir. Belyuver masa arxasına əyləşir. İşləməyə başlayır, amma cənab Quttiyeres qayıdır.

Quttiyeres. Tamamilə unutdum. Firmamızda olduqca xoş adət var.  Biz çeynəməli rezin hazırlayırıq. Məhsulumuzun istifadəsinin inkişafına  yardım edərək, qulluqçularımızın onun daimi istifadəsinə çalışırıq. (Cibindən paket çıxarır.) Tamamilə pulsuzdur, lütfən. (Paketi qoyur və tələsik gedir.)
Müdafiəçi.(yaxınlaşaraq). Cənab hakim, cənab andlılar, hörmətli camaat! İndi sübut işin ən dramatik anına yaxınlaşır. Yeni maaşın alınması ilə müttəhimin vəziyyəti mürəkkəbləşdi. Cənab Quttiyeresin həqiqətdə elə əvvəlki sahiblər kimi ağır və narahat olması  artıq ona təsir etmir. Qənaətdən ötrü avtobusla getməyə son qoyması və günorta yeməməsi də Belyuveri təsirləndirmir. Amma qaçılmaz məsrəflər  var və maaşı onları heç cür ödəmədiyindən, borclar başlanır. Quttiyeresin yanında birinci iş ayından sonra hansısa susqun,  qaşqabaqlı adamlar Belyuverin yolunu kəsməyə başladılar.

Zəngin səsi eşidilir. Belyuver stuldan qalxır və çeynəməli rezini çeynəyə-çeynəyə səhnə boyu  hərəkət edir. Bir şəxs ona qarşı gəlir. Üz-üzə dayanırlar. Mimik səhnə. Belyuver bu şəxsdən qopur və gedir. Şəxs onu təqib edir.

Müttəhim artıq avtobusla getmir, bunun özünəməxsus narahatlığı var. Borcverənlər daim onu əhatəyə alır və izləyirlər.

Digər bir şəxs peyda olur və birinci ilə yanaşı gedir. Onlar Belyuveri izləyirlər. Artıq üç nəfərdirlər. o biri qapıdan daha iki nəfər çıxır və bütün qrup Belyuverin ardınca cumur. Belyuver tələsir. Amma təqibçilər qrupu ona çatır və əhatəyə alır. Onlar hesab kağızlarına oxşar kağızları göstərir və jestikulyasiya edirlər. Belyuver onlardan azad olur və sürətlə addımlayır. Hamısı onun ardınca gedir.

Borcverənlər xoru. Ödəyin! Ödəyin! Bunlar girov kağızlarıdır! Siz bizə pul borclusunuz, pullar bizimdir, sizin deyil!  Ödəyin! Ödəyin! Bu hesabları ödəyin!
Birinci borcverən. Biz daha gözləyə bilmərik! 
Borcverənlər xoru. Pullarımızı ödəyin!
İkinci borcverən. Biz sizə daha borc verə bilmərik! 
Borcverənlər xoru. Pullarımızı ödəyin! 
Üçüncü borcverən. Məndə sizin mülkiyyəti siyahıya alma icazəsi var! 
İkinci borcverən. Həbs qoyulmalı! 
Birinci borcverən. Hərracda satmalı! 
Borcverənlər xoru. Ödəyin! Ödəyin! Borclarımızı ödəyin!

Belyuver dəhşət içərisində öz mənzilinə daxil olur. Bağlayır və onların girməməsindən ötrü xəyali qapını tutub saxlayır. Çətin nəfəs alır, tərini silir. Yaxınlaşır və yatağa əyləşir... Xanım Belyuver arakəsmənin arxasından görünür. Xor sakitləşir, borcverənlər ödənilməmiş hesab kağızlarını bir-birinə göstərərək jestikulyasiya edirlər.

Xanım Belyuver. Elias! Nəhayət gəldin! Bu belə davam edə bilməz! Mən gecə-gündüz gəlib-gedən və mənə hesab təqdim edən borcverən və tacirlərdən boğazacan toxam. Axır ki, sənin kişi, yoxsa cındır olduğunu öyrənmək olarmı? Bu yaşımızda Amazakanne, yaxud Monterussaro və Belyusklar kimi bolluq içində üzməli olduğumuz halda, belə aşağılanmağa dözməli olduğumuz mümkündürmü! Xanım Meyzeleyeviç hər gün radio ilə bunu, onu dinləmədiyimi soruşur. Mən də vaxtımın olmadığını, dedikcə məşğul olduğumu cavab verməli oluram. Elə bilirsən, bizim radioqəbuledicini girov qoyduğumuzu bilmir! İndi səndən soruşuram. Nə vaxta qədər belə vəziyyətə dözəcəyik? Sən nə istəyirsən! Mənim sədəqə istəməyimi? Mən keçərkən qonşular dönür və istehza ilə mənə baxırlar. Başa düşürsən? Onlar mənə gülürlər! Qulluqçu kimi sənə xidmət edərək, bu qədər əzab çəkmək və bel əyməklə, axırda onların məni təhqir etməsi və gülməsi üçünmü? 

Belyuver başını aşağı dikərək əyləşir.

Sən maaşa əlavə xahiş etdinmi? Sən sahibkardan avans dilədinmi? Sən Mozzopların yanına getdinmi? Sənə kredit açdılarmı? Sən qəzetdə axtardınmı? Sən gəzdin, istədin, etdin, axtardınmı? Sən heç nə barədə düşünmürsən! Məgər gedəcəksən? Sənin ki, heç bir təşəbbüsün yoxdur! Sən zövq-səfaya dalmısan! Budur sənin halın! 
Borcverənlər xoru. (Belyuverin evinin ətrafında növbəyə duraraq yenə qapıya hücum edirlər). Pullarımızı ödəyin, ödəyin! Həbs qoyacağıq, siyahıya alacağıq, hərracda satacağıq, müsadirə edəcəyik, ləğv edəcəyik! Pullarımızı ödəyin! 

Xuan K. Dominqes görünür. Hündür, qara sifətli, qara portfel tutub, qapını döyür.

Birinci borcverən. Bu, həbs qoymağa gedir. O bizi qabaqladı! Necə də ticarət qeyri-loyallığıdır! 
Xanım Belyuver. Budur, daha bir borcverən pul almağa gəlmişdir. Mən indi onu içəri buraxaram. Yalan və üzrlərim kifayət edər. İndi sən döz, ola bilsin, reaksiya bildirərsən. (qapını döyənə.) Girin, cənab, ərim evdədir. 

Xuan K.Dominqes daxil olur.

Xuan K.Dominqes (Şlyapasını çıxarmadan və portfelini yerə qoymadan). Cənab Elias Belyuver!

Belyuver başını qaldırır və ona baxır.

Mən Xuan Karlos Dominqesəm, maklerəm. Siz məni tanımırsız, amma mən sizi tanıyıram. Mən sizin barənizdəki söhbəti çoxdan, bir ticarət müəssisəsində eşitmişəm, o vaxtdan sizin izinizə düşmüşəm. pul çətinlikləriniz olduğunu bilirəm. Səfərimin məqsədi sizə pul təklif etməkdir. (Gülümsünür) Daha doğrusu, bu, ehtiyacı olan adamlara pul vermək vərdişi olan olduqca  xeyirxah, alicənab tacirin şərtləridir. O, belə deyək... Sizə necə deyim... borc verəndir, əlbəttə sələmçi deyil! Daha çox filantrop kimi birisidir. Hə, dəqiq filantropdur. (Vizit kartını təqdim edir) Budur onun adı və ünvanı: Tomas Şeylok Qarsia. Siz onu görəndə... mənim göndərdiyimi unutmayın. O mənə... verəcək. Yəni demək istəyirəm ki, onun yanına göndərdiyim ehtiyaclılara görə müəyyən komission  məbləğ alıram... Siz bilirsiz...

Belyuver qalxır,  olduqca ciddidir, qıclaşmış kimi sıxılmış yumruqlarla boğmağa hazır vəziyyətdə  Dominqesə yaxınlaşır. Dominqes dalı-dalı gedir və əkilir. Belyuver boşluğa baxır. 

Müdafiəçi. Bu, ləyaqətin, borcverəni, sələmçini rədd etməyin son jesti idi.  Çünki, o bu kaftarın doymadığını və belə asılılığın yalnız fəlakətə gətirəcəyini bilirdi. Ancaq o bununla özünə kömək etmədi.
Borcverənlər xoru (ulayaraq). Belyuver, ödəyin, ödəyin!
Müdafiəçi. Elias Belyuver artıq məhkum edilib.

Belyuver yenidən əyləşir və gərginliklə döşəməyə baxır.

Borcverənlər xoru. Belyuver bizə borcludur! Belyuver bizə borcludur! 
Birinci borcverən. Biz bu barədə hamıya deyəcəyik!
Borcverənlər xoru. Belyuver bizə borcludur! 
İkinci borcverən. Biz qəzetlərdə dərc edəcəyik!
Borcverənlər xoru. Belyuver bizə borcludur! 
Üçüncü borcverən. Bu barədə onun iş yerində biləcəklər!
Borcverənlər xoru. Belyuver bizə borcludur! Belyuver bizə borcludur! 
Xanım Belyuver. Görürsən, indi hətta tanış olmayanlar hər şeyi biləcək! İndi sənin yanına yalnız bu gələn kimi, "qarğa”lar gələcək! Əgər səndə, bir damcı da olsa, şəxsi ləyaqət varsa...
Borcverənlər xoru. Ödəyin! Bizim pulları ödəyin!Ödəyin! Bizim pulları ödəyin! Belyuver bizə borcludur! 
Xanım Belyuver. Bu günlərdə xanım Brizzopapatelli mənə dedi ki...
Belyuver (indiyə qədər hər şeyi tərpənmədən dinləməklə, sanki yayla itələnərək birdən qalxır və çığırır.) Yetər!!!
Borcverənlər xoru. Ödəyin! Bizim pulları ödəyin!

Belyuver şlyapasını götürür, küçəyə çıxır və qışqıraraq pərdə arxasına qaçır. Borcverənlər təəccüblə bir-birinə baxırlar, pıçıldaşırlar və Belyuverin ardınca çatmağa qoşurlar. Onlar qışqırır, miyoldayır, sonra isə Belyuverin yox olduğu yerdə qeyb olaraq hürürlər. Bu zaman məhkəmə icraçıları kiçik yazı masası, iki stul və qapı çərçivəsi quraşdırırlar. Bir tərəfdən əzgin, ağır nəfəs alan, şlyapası ənsəyə itələnmiş Belyuver peyda olur. O, hərəkətdə ikən yaxalığın düyməsini açır, səndələyir. Müdafiəçi Tomas Şelyok Qarsiaya işarə edir və o təzəcə qoyulmuş masada yer alır. Şelyok öz yerini tutan kimi Belyuver qapıya yaxınlaşır və üç dəfə taqqıldadır.

Tomas Şeylok Qarsia. Gir, oğlum.

Belyuver daxil olur.

İçəri keç, oğlum. Əyləş, yəqin, çox yorulmusan.

Belyuver masaya təmas edir, amma əyləşmir.

Mən hər şeyi bilirəm, mənim agentlərim çoxdan sənin izinlə dolanırlar. Bilirdim ki, yanıma gələcəksən. Müqəddəs ataya olduğu kimi mənə etiraf et, vicdanını yüngülləşdir. Sən mənim yanıma sakitləşmə üçün gəlmisən və onsuz getməyəcəksən. Sən pul borclusan. Çoxlu pul.

Belyuver diz çökür. Qarsia əlini onun çiyninə qoyur.

Oğurlamısanmı, oğlum?

Belyuver inkarla başını bulayır.

Dulu, yetimi, qocanı incidərək xeyir götürmüsənmi?

Belyuver rəddlə başını tərpədir.

Allaha, yaxud yaxınlarına qarşı günah əməllər törətməkdən ötrü, heç olmasa, bir dəfə özgə pulundan yararlanmısanmı? 

Belyuver inkarla başını yelləyir.

Öz istehlakın üçün vicdanlı tacirlərin mal, yaxud dövlətindən tam dəyərini ödəmədən istifadə etmisənmi?

Belyuver başını aşağı salır.

(ona tərəf əyilir) Sən vicdanlı tacirlərin aktiv kapitalını təşkil edən malları mənimsəmiş və istifadə etmisən.  Onlar hər şeyi sənə artıqlaması ilə vermişlər, sən isə xeyrə şərlə cavab vermisən. Sən donuz kimi hərəkət etmisən. Sən bədəməl və soyğunçusan! Mənə sənin tövbən lazımdır! Toparlan və etiraf et, göz yaşı tök, təmizlən!
Belyuver  döşəməyə demək olar, uzanaraq, hönkürür.

 İndi qalx. Sənin göz yaşların səmimidir və onlar sənin günahını yuyar. Qalx! İndi sən mənim qardaşımsan. Sən bağışlanmısan.

Belyuver qalxır.

Tomas Şeylok Qarsia. Gəl sakitcə söhbət edək.(Stulu ona göstərir)

Belyuver əyləşir. Qarsia da bunu edir.

Hə, indi söylə, sənə necə faydalı ola bilərəm?

Belyuver susqunluqla ona baxır.

Sən altı yüz peso borclusan. Bu, böyük puldur. Sən mənə heç bir təminat -həbs qoyma mümkün olan maaş, kompensasiya – verə bilməzsən. Sən mənə hər ay əlli peso gətirə bilərsənmi? 

Belyuver əlini uzadır.

Tələsmə, oğlum. Faizlər və daha nələr barədəsə danışmaq lazımdır. Amma bunun heç bir əhəmiyyəti yoxdur, mən sənin tövbə və hisslərinə inanmaq istəyirəm. Heç bir təminat olmadığından, sən böyük məbləğli sənədi imzalamalı olacaqsan. Əlbəttə, sadə formallıqdır. (Çek kitabçasını çıxarır) Səkkiz yüz pesoluq adi sənəd.

Belyuver talon kitabçasını qapır və Qarsia gülümsəyərək ona avtoqələm təqdim edir. Belyuver tələsik imzalayır.

 (cib kisəsindən pul çıxarır və sayır) Yüz... İkiyüz... Üçyüz... Dördyüz... Beşyüz... Beş yüz əlli... (ona verir) Oğlum, mən sənə beş yüz əlli peso verirəm. Birinci əlli peso ödəməni tuturam.

Belyuver pulları götürür və getmək istəyir.

Sakit, sakit! (Gülümsəyir) Mənimlə birlikdə çay içmək istəyirsənmi?

Belyuver təəccüblə ona baxır, şlyapasını götürür və qapıya doğru gedir.

Otuz gündən sonra gəlməyi və əlli peso gətirməyi unutma.

Belyuver bir qədər karıxmış halda gedir. O tədricən özünə gəlir. Bütün bu vaxt ərzində ilk dəfə gülümsəyir, asta-asta bütün səhnədən çıxışa keçir və yox olur.

Müdafiəçi. Beləliklə, o, borcu aldı. Yalnız beş yüz əlli peso. Onun ilk əvvəl nə etdiyini özünüz təsəvvür edə bilərsiniz. Bundan əlavə bütün şahidlər bunu təsdiq edir.

Borcverənlər ortaya gəlir, bir-birini itələyərək qaçırlar.

Borcverənlər xoru. Biz aldıq! Biz aldıq! Pullarımızı aldıq! Ura! Ura! 

Qışqırır, şadlıq edirlər.

Aldıq, ura! Xilas olduq! 

"Ura” qışqırıqları ilə andlılar məhkəməsi, camaat qarşısından keçirlər. Müxbir qadın və fotoqraf görünür.

Müxbir qadın. Bundan yaxşı ola bilməz. Vaxtında gəlmişik! Tez, Xristofor!

Fotoqraf harasa qalxaraq düyməni şaqqıldadır. Hamı pozada donur, qığılcım.

Fotoqraf."İllüstrasiyalı” üçün! Çox sağ olun!
Müxbir qadın. (telefona qaçır) Allo! Allo!.. Bəli, bu mənəm. Məni idman səhifəsi ilə calaşdır! Hə-hə, idman!.. Deyəsən cinayətkarın bir futbol komandasında şərikləri olub. Mən idman redaksiyası ilə məsləhətləşməliyəm. Girişdə dəhşətli qalmaqal var. Sonra zəng edərəm.(Tez gedir) 
Müdafiəçi.İndi Belyuverin başqa çıxış yolu yoxdur. O, qənaət etməli və xərcləri ixtisara salmalıdır, çox az yeməli, işıq yandırmamalı, qənd, duz işlətməməlidir. Səkkiz yüz pesonu ayda əlli peso haqq verməklə ödəyənə qədər belə olacaq.

Belyuver zahir olur.

Amma birinci ay bir göz qırpımında keçdi.

Səhnədə işıq sönür və ani olaraq yanır.

Belyuver yalnız otuz beş peso apara bildi. 

Belyuver Tomas Şeylok Qarsiyanın yanına daxil olur, o, masa arxasında əyləşib.

Tomas Şeylok Qarsiya. Keç, oğlum. Sən mənə əllini gətirdinmi? (Əllərini ovuşdurur.) 

Belyuver pul dəstəsini ona uzadır.

Çatmır, oğul.

Belyuver başını aşağı salır.

Burda yalnız otuz beş peso var.

Fasilə.

Ancaq... Nəhayətdə... Bunu düzəltmək mümkündür. (Talonlar kitabçasını  çıxarır.) Mənim üçün yeni sənəd imzalayarsan.

Belyuver imzalayır.

Narahat olma, bu sadəcə əlavə təminatdır. Mən sənə ata kimi yanaşıram. Növbəti ayda əlli peso və bu ay üçün çatmayan on beş pesonu gətirərsən. Unutma!
Qız. Atacan, atacan, filantrop nədir?

Belyuver çıxır və bir neçə metr addımlayır.

Müdafiəçi. Amma ikinci ay da göz açıb-yumunca uçub getdi.

İşıq yenə göz vurur. Belyuver dayanır, dönür və o, yeni pul dəsti ilə yenə də Şeylokun yanındadır.

Tomas Şeylok Qarsiya.  Keçən aydan on beş və indi çatmayan beş peso iyirmi peso təşkil edir. Sən min beş yüz pesoya imza atmalısan. (Çeki verir.) Yeganə çıxış yolu növbəti ayda mənə əlli peso və daha iyirmisini gətirməkdir. (Göstərir.) Xaç işarəsi olan yeri imzala.
Müdafiəçi. Aylar tez keçdi.

İşıq yenə sönüb-yanır. Belyuver yenə Şeylokun yanındadır. Məbləği verir və gücsüzlük jesti göstərir.

Tomas Şeylok Qarsiya. Onda iki min pesoya imza at!

Belyuver əyləşir  və imzalamağa başlayır. Yenə işıq göz vurur.

İki min beş yüz!

İşıq yenidən sönüb-yanır. Belyuver qol çəkir.

Tomas Şeylok Qarsiya. Üç min iki yüz.

Yenə işıq sayrışır.

Dörd min. 

Yenidən işıq.

Dörd min otuz peso, on dörd sentavo və bitdi!

Belyuver sonuncu dəfə imza atır və Tomas Şeylok Qarsiya qalxır.

Tomas Şeylok Qarsiya.("sən”dən "siz”ə keçir) Mənə cavab qaytarmayın, mən dedim: qurtardı! Mən sizə bir qədər etibar etdim, amma siz məsuluyyətsizsiniz. Siz mənə dörd min on üç peso və on dörd sentavo borclusunuz, amma sizin hətta öz qəbriniz üçün bir ovuc yer almağa heç nəyiniz yoxdur. Mənə təminat,zəmanət lazımdır. Ziyanların ödənməsi barədə razılaşmaq lazımdır. (Ona yaxınlaşaraq.) Kasıblıq və ümidsizlikdə olduğun vaxtları xatırlayırsan? Məgər mən sənə oğlum kimi yanaşmadım? 
Evdar qadın (dərindən ah çəkir). Ah, bütün bunlar  necə də təsirlidir! 

Belyuver başını aşağı salır.

Tomas Şeylok Qarsiya. Məgər mən anlayışlı, səbrli, dostyana, sakitləşdirici, səxavətli, dincləşdirici və geniş qəlbli deyildim?

Belyuver başını aşağı salaraq oturub.

Bütün bunlar nədən ötrü idi? Sizdə zərrə qədər düzlük və səmimilik yoxdur. (Yenə çek kitabçasını çıxarır, hirsli və təkəbbürlüdür.)

Şimşək səsi eşidilir, uzaqda ildırım çaxır, fırtına qopur. Belyuver imza atır.

Burda imza at! Yaz! "Əgər bu günkü tarixdən etibarən otuz gün sonra mən Tomas Şeylok Qarsiyaya onun göstərişi ilə dörd min iki yüz on üç peso və on dörd sentavo ödəməsəm, borcverənimin xeyrinə sinəmdən, ürəyimə yaxın yerdən bir funt ət kəsiləcək. Müqavilə məhkəmə müdaxiləsini nəzərdə tutur.”

Belyuver imzalayır.

Bax, belə. Oğlum, ümid edirəm, bunun sadə formallıq olduğunu başa düşürsən və sən elə də narahat olmamalısan. Ayın axırında yanıma gəlməyi və nə bacarsan, gətirməyi unutma...

Belyuverin qələmi düşür və o əyilərək gedir.

Müdafiəçi. Beləliklə, hər şey edilib. Əgər otuz gün sonra o, əlli peso gətirməsə... Borc isə indi o qədər böyükdür ki, tam hesablaşmaqdan ötrü onun heç vaxt imkanı olmayacaq. Həqiqətdə Belyuver yalnız beş yüz əlli peso alıb. Bütün qalanlar-faizlər, müamiləçilik, talançılıqdır. Kapitalizasiya, anatosizm, cinayət, necə istəyirsiz adlandırın. Belyuver isə həmin beş yüz əlli pesonu aylıq haqlarla çoxdan ödəyib. Ancaq onun imzası dəhşətli sənədin aşağısındadır. O, sələmçinin xeyrinə daimi işə məhkum edilib.

Belyuver daxil olur, o öz iş yerinə doğru istiqamətlənir.

Budur, burada bədbəxtlik, təsadüf, tale-hamısı onun üstünə qalaqlanır. Qotik şrifti xatırlayırsınızmı? Qara paltarı? Böyürdəki xəstə sancmaları? O, sənədi imzaladıqdan və işə bərpa olunduqdan sonra...

Belyuver ağrıdan əyilir. Yıxılır, qalxır, yenə əyilir, gedir.

Bəli, bu köhnə ağrıdır. O bu dəfə ağrının firmanın  reklamı üçün pulsuz istifadə etdiyi çeynəməli  rezindən baş verdiyini öyrənməkdən ötrü həkimə  getməməli idi. Ona xidmət edən həkim bizim yaxın şahidimizdir.
Məhkəmə icraçısı. Doktor Rikardo  Lyakabanne! 

Doktor Lyakabanne daxil olur və andlıların qarşısında dayanır.

Müdafiəçi. Siz həqiqəti, yalnız həqiqəti söyləməyə və başqa heç nə deməməyə and içirsiniz?
Doktor Lyakabanne (əlini qaldırır). And içirəm.(əyləşir.)
Müdafiəçi. Siz meyidə... yəni müttəhimə baxmısınız?
Doktor Lyakabanne. Bəli. O, fəqərə sütununun slinqolarinqonosatafilinin  paratetatinizasiyası ilə esternokleydomik toudeo  yüksəkliyində pektoralizasiyasından ibarətdir.
Tibb nümayəndəsi. Tamamilə aydındır!
Müdafiəçi. Bu xəstəliyin səbəbləri nədir? 
Doktor Lyakabanne (pedantlıqla). Bir neçə və müxtəlif  səbəblər var! O, qotik şriftdən hədsiz istifadədən doğa bilər, bu halda kalliqralozis və kəskin qrafosalgiya  adlanır. Digər hallarda o öz başlanğıcını tünd  paltar daşımaqdan, yaxud niqeroteksofobiyadan götürə bilər. Bir çox hallarda mədəyə çeynəməli rezin daxil edilməsi ilə aşkara çıxır və Madaqaskar qızdırması adlanır. Bütün hallarda, dərhal müdaxilə olunmazsa, öldürücüdür.
Müdafiəçi. Bəs verilən halda?
Doktor Lyakabanne. Mən işləməyi ciddi şəkildə qadağan etmişəm.

Belyuver görünür, öz otağına qədər xəyal kimi gedir. Şlyapanı çıxarmadan daxil olur, çarpayıya əyləşir.

Ən əsası-tam sakitlik şərtilə heç bir qayğı olmamalıdır.
Müdafiəçi. Son sual, doktor. Vizitə görə nə qədər alırsınız?
Doktor Lyakabanne (rahatlıqla). İkiyüz peso.
Müdafiəçi. Çox sağ olun. Bu, kifayətdir.

Doktor Lyakabanne qalxır və təntənə ilə gedir, tibb nümayəndəsi durur və ona dərin təzim edir.

Budur (andlıların yanında gəzişərək), biz tarixçənin sonuna yaxınlaşdıq. Belyuver artıq  işləyə bilməz, ailənin qayğısını çəkə bilməz. O hətta arvadının səsini eşitmir.

Xanım Belyuver görünür. Mimik səhnə- o, ərini nəyə görəsə ciddi və monoton şəkildə günahlandırır. Xanım Belyuver təqvimi vərəqləyərək, itirdiyi günləri ərinə göstərir, boş təsərrüfat səbətini  və boş pulqabını nümayiş etdirir. Boşuna, Belyuver artıq yaşamır. O gözləyir. Öz taleyinin qanlı açılışını  gözləyir. 
Xanım Belyuver əllərini arxasına qoyaraq dairə boyu hərəkət edir.

Günlər keçir. İş kənara atılıb.

Cənab Quttyeres görünür və yazı masası ətrafında dolanır.

O ayın axırında sələmçinin yanına da getməyib.

Tomas Şeylok Qarsiya qalxır və əllərini arxasına  qoymaqla çevrə boyu hərəkət edir.

Hər şey belə davam edir... Bir dəfə...

Tomas Şeylok Qarsiya. İttihamçıya yaxınlaşır. İttihamçı məhkəmə icraçısının yanına  gedir və onun qulağına pıçıldayır. Məhkəmə icraçısı yoldaşını tapır və hər ikisi gedir.
Onların əvəzinə iki polis daxil olur və Belyuverin evinə doğru istiqamət alırlar.Xanım Belyuver arakəsmə arxasında yox olur, cənab Quttiyeres gedir.

İkinci polis (qapını döyür). Cənab Elias Belyuver!

Belyuver cavab verir. Birinci və ikinci polis daxil olurlar.

Elias Belyuver! Qanun naminə saxlanılırsınız!

Onu götürür və qapı ardına aparırlar. İki  məhkəmə icraçısı içərisində Belyuver olan qəfəslə birlikdə görünürlər. Qəfəsin əvvəlcə  olduğu yerə yaxınlaşırlar. Belyuveri çıxarır və müttəhimlər kürsüsünə əyləşdirirlər.

Müdafiəçi. Bax, beləcə bu prosesə gəlib çatdıq. Nəcib insanın, vicdanlı əməkçinin taleyi təhlükədədir, o, zalımın  (Göstərir)-Tomas Şeylok Qarsiyanın əlindədir. Andlılar məhkəməsi başqa qərar çıxara bilməz, o mənim müdafiəm altında olana bəraət verməlidir. Bax, mən bu barədə xahiş edirəm! Başqa heç nə!

Səs-küy. Camaat içərisində bir çəpik. Müdafiəçi əyləşir. Hamı həyəcandadır.

Hakim. Sükut!
Məhkəmə icraçısı. Sakitlik!
Hakim. Sübutlar gətirildi. Cənab andlılar müşavirəyə çəkilməyə lütf etdilər və yalnız  Elias Belyuverin günahlı, ya günahsız olması barədə sualı həll edəndə qayıdacaqlar.

Çəkic zərbəsi. Andlılar qalxır və lojanı tərk edirlər. Bir-birinin ardınca əzəmətlə gedirlər, mimik diskussiyanın getdiyi pərdə yanında dayanırlar. Camaat dağılışır. Məhkəmə icraçıları gəzişirlər.

İttihamçı (yaxınlaşır və müdafiəçinin əlindən yapışır). Sizi təbrik edirəm, doktor. Həqiqətən, təəccüb doğurmağa qadir sübutdur.
Müdafiəçi (elə bil, onu sınayaraq, demək olar, sirli). Kolleqa, gedək kofe içək.
İttihamçı (eləcə).  Həvəslə, doktor.

Əl-ələ tutuşaraq gedirlər.Xidmətçi masa və iki stul qoyur. Əyləşirlər.

Müdafiəçi. Bura bax, iki kofe ver, həm də tündündən.
İttihamçı. Artıq sizə dediyim kimi, kolleqa, təqdim olunmuş sübutlar çox xoşuma gəldi. Hər şey olduqca gözəl hazırlanıb.
Müdafiəçi. Yox, iş uduzulub. Bu sənəd qəbir lövhəsidir.
İttihamçı. Amma təəssüf. Sizin müştəri çox xoşuma gəlir, doktor. O mənə yaxşı adam kimi görünür. 
Müdafiəçi. Siz mənə gülürsüz? O, vicdansız adamdır. Məgər görmürsüz ki, o, don Şeyloku soyub? Sizin müştəri isə həqiqətən nəcabətlidir.  Sonda Belyuver məhkum olunarsa, mən şad olaram.
İttihamçı. Dostum  doktor, bu kədərlidir. Sizin müştəri xoşuma gəlir. Axı Şeylok Qarsianın bu pula heç bir ehtiyacı yoxdur.

Qulluqçu kofe verir. Müdafiəçi pul qabını çıxarır.

Amma nə etməyə hazırlaşırsınız?(pul çıxarır) Bura gəl, oğlan, bura gəl!
Müdafiəçi. İcazə verin! Elə bu çatmırdı. (Təkid edir və qulluqçu alır.) And içirəm ki, Belyuveri istəyim əleyhinə müdafiə edirəm. Əgər bu məndən asılı olsaydı, onu öldürərdim.
İttihamçı. Həmişə belə olur. Mən onu günahlandırıram və eyni zamanda onun bəraət almasını istəyirəm. Ancaq nə etmək olar, müştərilərə xidmət etmək lazım gəlir.
Müdafiəçi. Aydındır, dostum həmkar. Biz texniki ifaçılarıq. Servantes yaxşı demişdir: öz ehtirasını özgə mübahisəsinə sərf etməməli.
İttihamçı. Yeri gəlmişkən. Dünən sizi bir qızla tribunala girən gördüm.
Müdafiəçi. Yeni katibəmdir. Nə isə xüsusi qızdır, deyilmi, dostum.

Çıxışa gedirlər.

İttihamçı. Bəs əvvəlki, hündürboylu?

Səslər yavaşıyır.

Müdafiəçi.Biz onu azad etdik,dostum. Təsəvvür elə, hər gün işdən getməzdən əvvəl...
Məhkəmə icraçısı. Məhkəmə gəlir! Hər kəs öz yerinə!

Hərə öz yerini tutur. Andlılar bir-birinin ardınca lojaya gəlirlər.

Hakim. Hər bir andlının nüfuzlu fikri dinləniləcək. Xanım  Matilda  Arqanyaras, orta məktəb müəlliməsi, sizin fikriniz?
Müəllimə. (lornetini düzəldir. Məktəbdə olduğu kimi, ayaq üstə oxuyur). Mənim, gənc nəslin tərbiyəçisinin borcu bəli, günahkardır deməkdir. Elias Belyuver naz-qəmzədə, bikarçılıqda, təşəbbüsün və qənaət vərdişlərinin kifayətsizliyində günahkardır. O bütün bu keyfiyyətlərə malik olsaydı, bu gün müttəhimlər kürsüsündə əyləşməzdi. Bu  hökm gənclər və tərbiyə olunanlar  üçün nümunə kimi xidmət edər.  İndi məni dinləyən uşaqlar, cənab Belyuver kimi pis adamın  nümunəsinə əməl etməyin. Zövq-səfaya  və işsizliyə qurşanan  kəs necə də bədbəxtdir. 
Hakim. Cənab Getardo Peres! Tibbin nümayəndəsi, sizin fikriniz.
Tibbin nümayəndəsi. Cənab hakim! Mən belə anlayıram – Elias Belyuver günahkardır. Onun fatal səhvi tibbə etina etməməsindədir. Belyuver adamların yalnız xəstəlik və ağrı hiss edəndə tibbə müraciət edənlər kateqoriyasına aiddir. Yaxşı ustalar həkimə xəstəliyə qədər getməyi öyrədirlər. Bu səhv ardınca yerdə qalanlarını gətirmişdir. Belyuveri məhkum  etmək ən yaxşı və sağlam bəşəriyyət uğrunda  ədliyyəni elmin xidmətinə verməkdir, bununla preventiv tibbin terapevtikin ardınca irəliləməsinə imkan  yaratmaqdır. Buna görə də mənim bu məsələ üzrə diaqnozum- günahkardır.
Hakim. Mario Kasalya: diyircəkli qələmlərin yayılması üzrə makler! Sizin mülahizəniz?
Makler (gülümsəyir). Mütləq günahkardır, cənab hakim! Bütün detallar sahibkarlarının klassik pis xidmətçisini göstərir. İş isə burasındadır ki, hələ diyircəkli qələmlərin mübahisəsiz üstünlüyündən danışmadan,  müttəhimin cəlb olunduğu qotik şrift onun nəinki diyircəkli qələmləri, hətta hörmətli köhnəlmiş özüyazan  qələmi tanımayan mürtəce ruhunu göstərir. On səkkiz il pero və arxaik  mürəkkəbqabıdan  istifadə etmək!  Bu onu həbsxanaya əyləşdirməyə kifayət edən səbəbdir!  "Yaxşı xidmətçi üçün nizamnamə”nin  bütün  normalarına qarşı çıxış  edən tünd rəngli geyimdən isə heç danışmağa dəyməz. Amma  bütün bu məsələdə ən ciddi olanı öz istifadə etdiyi məhsulu  istehlakçıya sırımaq  cəhdidir. Kobud səhvdir – çeynəməli rezin satıcı onu çeynədiyinə görə alınmayacaq. Bu – iyrənc və ikrahlıdır. Əsl satıcı gülümsəməli, yaltaqlanmalı, tərifləməli, təlqin etməlidir, amma  heç vaxt istifadə etməməlidir! Budur, onu günahkar saymaqdan ötrü  kifayət edən üç səbəb.
Hakim. Cənab İsidoro Layva-i-obis! Rantye.
Rantye. Sözsüz. Günahkardır. Belyuver sənədi imzalaya və  imzalamaya bilərdi. Əgər imzalayıbsa, deməli, öz taleyini könüllü seçib. Mülki məcəllənin on bir min doxsan yeddinci maddəsi bizim mədəniyyətin əsasını  təşkil edən  müqavilələrin bağlanması azadlığını təmin edir. İnsan  azad doğulub. Buna görə də, azadlıq naminə Belyuveri məhkum etmək lazımdır.
Hakim. Krisitomos Tiboli, pensiyaçı.
Pensiyaçı. Günahkardır. Mən pensiyaçıyam.(Əyləşir)
Hakim. Siz  öz fikrinizi əsaslandırmalısınız, cənab.
Pensiyaçı. Bu, olduqca sadədir. O, günahkardır. Əgər bu belə olmasaydı, ona qarşı iş qaldırılmazdı. Məhkəmə olduqca hörmətli müəssisədir. Bu  müəssisə teleqramlara pul xərcləmiş, adamları dəvət etmiş, xeyli vaxt itirmiş, çox sayda şahidi çıxışa sövq etmişdir. Bu qədər xərc və qayğıdan  sonra ittiham olunanı günahsız etiraf etmək məhkəmə üzərində istehza  olardı. (Oturur.)
Hakim. Xanım Kuliya Çaves! Evdar qadın!
Evdar qadın. Siz hələ soruşursunuz? Günahkardır! Bu rəzil adamın öz arvadı ilə necə davranmasına baxmaq kifayətdir. (hiddətlə oturur) 
Hakim (təntənə ilə).  Elias Belyuver! Qalxın!

Belyuver qalxır.

Məhkəməyə yaxınlaşın! 

Belyuver yaxınlaşır.

Yekdil fikirlə siz günahkar elan olunursunuz, buna görə də borc verəniniz Tomas Şeylok Qarsiyaya  tribunal sanitarlarının sizdən kəsəcəyi bir funt  ət borclusunuz. (Çəkiclə  üç dəfə zərbə vurur.)  Sanitarlar daxil olsun.

Üç sanitar qanla ləkələnmiş çirkli önlüklərdə daxil olurlar. Hamısında qəssablardakı  kimi iri bıçaqlar var. Belyuver dala çəkilir, amma hər üçü onu tutur və məhkəmə lojası arxasına aparırlar.

Qız. Atacan, atacan, onu asacaqlar.

Dəhşətli qışqırıq eşidilir. Sanitarlar qəzet kağızına bükülmüş bağlama ilə  qayıdırlar. Bağlamanı dəbdəbə ilə onu tərəziyə qoyan hakimə verirlər.

Hakim (qışqırır). Düz bir funt ət! (Şeylok Qarsiaya) Cənab Tomas Şeylok Qarsia! Qanunun bütün qaydalarına əməl edərək, mən sənəddə göstərilənə uyğun olaraq, don Elias Belyuverin ürəyinə yaxın yerindən kəsilmiş bir funt ətini sizə təqdim edirəm. Bu aktla hökm yerinə yetirilmiş sayılır və müttəhim dərhal azadlıq əldə edir. 

Məhkəmə iclasçıları gəlib keçirlər. Belyuveri iki yandan yaxalayaraq çıxışa aparırlar. Hakim bağlamanı Tomas Şeylok Qarsiaya uzadır.

Müdafiəçi. Bir dəqiqə, mərhəmətli cənab. Mən işə düzəliş etmək istəyirəm. Venetsiyada, hakim Persio zamanındakı keçmiş anoloji işə uyğun olaraq, əgər borcverən əvvəlcədən danışılmamışsa, borclunun qanına deyil, ətinə sahibdir. Buna görə də əgər bu proses səbəbindən,  heç olmasa, bir damla qan tökülmüşsə, cənab Tomas Şeylok Qarsia zədə, qətlə cəhd şəklində ifadə olunmuş cinayətə görə cavab verəcək və müştərimə vurulmuş ziyan və zərəri ödəyəcək. Buna görə dərhal  iddiaçının mülkiyyətinə həbs qoyulmasını xahiş edirəm.
Tomas Şeylok Qarsia (qorxunc vahimədə). Bu, mümkündürmü?
İttihamçı. Hər şey hakimin nə deməsindən asılıdır. Amma mənə belə gəlir ki, bəli.
Hakim. Proses müdafiəçinin formulə etdiyi düzəlişi vaxtlı-vaxtında və işə aid hesab edirəm.

Çəkic zərbəsi

Sanitarlar!
Tomas Şeylok Qarsia. O halda mən etiraz edirəm, imtina edirəm, bağışlayıram. Mən heç nə istəmirəm. qoy özünün lənətə gəlmiş ətini götürsün. Qoy onu əvvəlki yerinə qoysun. Mən onun bədbəxtliyinə kədərlənirəm. Axı bu, insani varlıqdır. Onun bütün xərclərini ödəməyə hazıram.  Mən onu oğlum kimi sevirəm.
Hakim. Qətnaməni yerinə yetirin. Sanitarlar!

Sanitarlar yaxınlaşır.

Bağlamanı açın!

Sanitarlar, məhkəmə icraçıları, ittihamçı, müdafiəçi, Tomas Şeylok Qarsia və camaatdan  kimlərsə bağlamanın yerləşdiyi ərazini əhatəyə alırlar.

Müəllimə. Mənim halım xarabdır! Mən qan görə bilmirəm. Necə də dəhşətlidir.
Tibb nümayəndəsi. Bayılma halı. Bu, qorxulu deyil. Mən burda, yanınızda olacağam.

Ət bağlamasını əhatə edənlərin hamısından təəccüb qışqırığı səslənir.

Hamı.O-o-oooo!!!!
Hakim. Tomas Şeylok Qarsia! Cənab sanitarların təsdiq etdiyi tədqiqatın nəticələri belədir: müttəhim Elias Belyuverin  bədənində qan yoxdur, belə ki, heç yerdə bir damla belə qan aşkar edilmədi. Deməli, həmin bir funt ət sizə məxsusdur və bu cür sizə təqdim edirəm. (Bağlamanı verir.)

Tomas Şeylok Qarsia bayılaraq yıxılır. Sanitarlar onu havaya çıxarır. Hakim  çəkici taqqıldadır.

Məhkəmə araşdırması bitdi. (Qalxır)
Məhkəmə iclasçıları. Hamı qalxsın. Cənab hakim zalı tərk edir!

Hamı qalxır. Müxbir qadın və fotoqraf daxil olurlar. Yalnız bir nəfər öz yerində qalır. Sanki mürgüləyir.

Müxbir qadın (camaatdan ikincisinə). Artıq bitib?
Camaatdan ikincisi. Bəli, xanım. İndicə onu məhkum etdilər.
Müxbir qadın. Bağışlayın. (Telefona doğru qaçır, nömrəni  yığır və gözləyir.)
Birinci məhkəmə icraçısı. Lütfən buranı tərk edin.

Andlılar qalxır və camaat onları alqışlamağa başlayır. Andlılar təzim edir və camaatı salamlayır. Sonra lojadan çıxırlar. Amma alqışlar o dərəcədə inadlıdır ki, onlar yenidən  baş əyməli olurlar.  Kişilər hər iki qadın andlının əlindən yapışaraq onları qabaqlayırlar. Teatr səhnəsində olduğu kimi təzim edirlər. kimsə "Bravo!” qışqırır. 

Müxbir qadın. Allo! Redaksiya!.. Bəli, bu mənəm! Onu məhkum etdilər. Deyəsən, hər şey qadına görə baş verib. Hansısa Naza, yaxud, Qamza,  dəqiq bilmirəm... Siz Qamza yazın. Belə daha gözəldir... Bəli, fotoqrafiyalar  qədərincədir. (Danışığı davam etdirir.)

Camaat yavaş-yavaş çıxışa gedir. Andlılar bir-birini təbrik edir. Hakimin ardınca eyni qapıdan çıxan ittihamçı və müdafiəçi  təbrik mübadiləsi edirlər. Yalnız bir nəfər qalır. O, başını tutaraq əyləşib. Hamı gedir. Məhkəmə icraçıları bu şəxsə yaxınlaşırlar.

(Danışığını bitirir, dəstəyi asır və səhnənin ortasına gedir. Məhkəmə icraçısına) Sonra baş verənlərin hamısını yazar və mənə göndərərsiniz,hə?
Birinci məhkəmə icraçısı. Arxayın olun. Amma unutmayın, hakim profildən çəkilməyi sevmir. (Fotoqrafa.) Eşitdiniz?
Fotoqraf. Narahat olmayın. Aparat doldurulmayıb.Qəzet keçən həftənin fotoqrafiyaları ilə çıxacaq. Amma adamlar qəzet üçün  çəkilməyi elə sevirlər və sonra buna görə onu elə alırlar ki.
Birinci məhkəmə icraçısı. Yaxşı. İndi gedin. Binanı boşaltmaq lazımdır. (Onları müşayiət edir.)

Adam oturmaqda davam edir. İcraçı ətrafa baxır və onu görür.

Cənab, binanı boşaltmaq lazımdır. Siz eşidirsiz? 
Adam. Siz Belyuverə nə olduğunu mənə deyə bilərsinizmi?
Birinci məhkəmə icraçısı. Necə nə olduğunu? Məgər siz iştirak etmirdiniz?
Adam. Hə, amma mən Belyuverə sonra nə olacağını soruşuram. Ona kim iş verəcək? O hara gedəcək? Heç kəs heç nə izah etmədi.
Birinci məhkəmə icraçısı. Müttəhim azadlıqdadır və onun gələcək taleyinin məhkəməyə dəxli yoxdur. Məhkəmə adamların şəxsi həyatına qarışmır. Onlar sərbəstdir və öz hərəkətlərinə görə cavabdehdirlər. 

Fasilə

Lütfən gedin, burda qalmaq olmaz.
Adam (qalxaraq). Deyin... Belyuverin qanının olmamasının niyəsini öyrənmək də məhkəmə üçün maraqsızdır?

İkinci icraçı yaxınlaşır və birincinin yanında dayanır.

İkinci məhkəmə iclasçısı. Gedin, cənab! Biz burada diskussiya üçün deyilik.

Hər iki icraçı onun pencəyinin bortundan yapışır.

Adam. Onda mən Belyuverin qanının olmamasının səbəbini sizə söyləyirəm. 

Adamı tamaşaçı zalına itələyirlər.

Onun qanını oğurlamışlar! Onu limon kimi sıxmışlar! (Parterə enir) Onun qanını naz-qəmzəsi, tünd rəngli paltarlı iş, sahibkarlar, qotik şrift, çeynəməli rezinlə həkim oğurlamışlar.

Adamı tamaşaçılar arasında itələyirlər.

Burada, vəkil və andlılar arasında onu bitincə sıxdılar. (İcraçıların əlindən qopur və camaata müraciət edir.) Qan isə müqəddəsdir və heç bir sahibkara, məhkəməyə, sələmçiyə məxsus deyil. Axı  bunlar azadlıqda gəzən qaniçənlərdir. Ehtiyatlı! Şəhər vampirlərlə doludur! Bunu bitirmək gərəkdir!

Adamı kobudcasına itələyirlər.

Onlar azadlıqdadır!

Adamı aparırlar.

Bunlar qaniçənlərdir! Bunlar vampirlərdir! Qaniçənlərdir! 

Səs uzaqda yox olur. Bu vaxt zalda işıq kəskin artır  və ədalət heykəli gurultu ilə dağılır.


P Ə R D Ə

 
Tərcümə: Məhəmməd Salur