Çarlz Bukovskidən iblisanə AFORİZMLƏR

Çarlz Bukovskidən iblisanə AFORİZMLƏR

O, dahidir.

O, heç vaxt hansısa qanun-qaydalar çərçivəsində ömür sürməyib. O, təsəvvür olunduğundan daha çox içki vurğunudur. O, öyrədildiyi kimi yaşamağı sadəcə, bacarmayıb. O, adətən oxunması qəbul edildiyi formada da yaradıcılıqla məşğul olmayıb. O, romanlarını çırıl-çılpaq, həyat bizi necə əhatə edibsə, necə varıqsa, elə o cür də qələmə alıb.

ANN.Az dahi yazıçı Çarlz Bukovskinin həyat, qadınlar, yaradıcılıq istedadı, insanlar, məhəbbət və özü haqqında dediyi bəzi aforizmləri təqdim edir: 



HƏYAT haqqında

- Nə qədər ki, ölməmisən, bacardığın qədər yaşa - ondan sonrası çox çətindir.

- Mən dünyanın daha yaxşıya doğru dəyişəcəyinə inanmıram, amma inanıram ki, dünyanı bundan da pis hala salmamaq mümkündür.

- Əgər dünyanın xilası haqqında düşünürsənsə, onda ən əvvəl hər bir adamın ayrı-ayrılıqda xilasına nail olmağa çalışmalısan. Hamının xilas edilməsi fikri - bu ya romantizmdir, ya da siyasət.


QADINLAR haqqında


- Qadınlar o qədər müxtəlifdirlər ki - yaxşı, pis, möcüzəvi və dəhşətli. Amma bütün bunlara baxmayaraq, onların varlığından çox məmnunam.

- Bu varlıqlara necə bel bağlayasan ki, hər ay qanaxması olur, amma canlarını kimsəyə tapşırmırlar.


İSTEDAD VƏ YAZIÇILIQ haqqında

- Yazıçılar - dünyadakı ən ümidsiz insanlardır. Əgər bir gün onlarda ümid qığılcımı yaranarsa, onlar yazmaqdan əl çəkmiş olarlar.

- "25 dahi" siyahısına istənilən adam düşə bilər, amma "50"liyə düşmək üçün nəsə eləməlisən.

- Şöhrətpərəstlik nadir hallarda istedada yardımçı olur. Uğur - bu, artıq başqa məsələ... İstedad daim onun arxasınca sürünür.

- Sadə məsələlər barəsində intellektual səviyyədə danışmaq çox çətindir. Amma yaradıcılıq odur ki, müşkül şeyləri bacardığın qədər sadə təsvir edəsən.


İNSANLAR haqqında

- Bəzi insanlarım həyatı çox cansıxıcıdır, çünki onlar dəlilik səviyyəsinə qalxa bilmirlər.   

- Mənə özü üçün yaşayan elə bir adam göstərin ki, mətbəxində həmişə səliqə-səhman hökm sürsün. Onda 8 haldan 9-u üçün deyəcəyəm ki, belələrinin xasiyyəti dözülməzdir.

- Hər halda, insanlar sevə bilər - əgər onu özünə o qədər də yaxın bilmirsənsə...

- Əgər sən kimisə aldatmağa nail olmusansa, bu o demək deyil ki, qarşındakı axmaqdır. Sadəcə bunu bilsən yaxşı olar ki, sənə layiq olduğundan daha çox etibar ediblər.

- Gözəllik - boş şeydir. Əslində bəxtinin onda gətirdiyini heç özün də başa düşmürsən ki, əgər göyçək deyilsənsə və insanlar səni bəyənirsə, onda nəsə başqa məsələ var.


MƏHƏBBƏT haqqında

- Məhəbbət gitara çalanlar, katoliklər və şahmat manyakları üçündür.  

- Məşğul olmağa nəysə tapılmırsa, onda seks möhtəşəm bir şeyə çevrilir.


ÖZÜ haqqında

- Tənhalıq məni elə sarıb ki, onsuz susuz və qidasız bir varlığa çevrilirəm. Onun yoxluğundan çox üzülürəm. Bu tənhalığımla çox öyünmürəm, amma ondan çox asılıyam.

- Qarşılıqlı sevgi istəyirəm. Amma eyni zamanda öz çatışmazlığımı da çox yaxşı bilirəm

- Evliyəm, amma qadınsızam. Mənim xanımım - mənim şəxsi həyatımdır.

- Adətən özümü pis hiss edirəm. Fəqət nə vaxt yaxşıyamsa, deməli, iblisanə yaxşıyam.


Hazırladı NURAY
ANN.Az