Atatürkə mahnı oxumuş müğənni öldü

Atatürkə mahnı oxumuş müğənni öldü

Türkiyənin tanınmış müğənnisi, Dövlət sənətçisi Müzeyyen Senar uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. 

ANS PRESS-in məlumatına görə, bu barədə xəbəri müğənninin qızı Feraye İşıl yayıb. İşıl, anasının sətəlcəm diaqnozu ilə yerləşdirildiyi "Egey” universiteti tibb fakultəsi xəstəxanasında ötən gün səhər vaxtı vəfat etdiyini bildirib. 

1918-ci ildə Osmanlı omeratorıuğunun Bursa şhərində dünyaya gələn Müzeyyen Senar musiqi təhsilinə Anadolu musiqi cəmiyyətində skripkaçı Kamal Niyazi Seyhun bəy və ud ifaçısı Xeyriyyə xanımın nəzarətində başlayıb. 

Qüvvətli səsə malik olan gənc Müzeyyenin şöhrəti yayıldıqca o, hafiz Sadəddin Kaynak, Səlahəddin Pınar, Lemi Atlı, Mustafa Nafiz İrmak kimi dövrünün tanınmış müğənnilərindən də dərs alıb. 

Müzeyyen Senarın musiqi qabiliyyəti Mustafa Klamal Atatürkün də diqqətini cəlb edib və bir çox dəfə onun qarşısında və xüsusi məclislərində də ifa edib. 

1938-ci ildən etibarən Ankara radiosunun ilk efir buraxılışlarında ifa etməyə başlayıb və bu, 1941-ci ilə qədər davam edib. Müzeyyen Senar son səhnə konserti ilə 1983-cü ildə çıxış edib. Bu vaxt artıq onun 65 yaşı vardı. 1998-ci ildə, 70 yaşındaisə müğənniyə Dövlət vsənətçisi adı verilib. 

Edebiyyat.biz