“Audiovizual sənətlərin müasir informasiya cəmiyyətində rolu” - KONFRANS

“Audiovizual sənətlərin müasir informasiya cəmiyyətində rolu” - KONFRANS


"Audiovizual sənətlərin müasir informasiya cəmiyyətində rolu”

Respublika elmi-praktiki konfransı

AMEA Memarlıq və İncəsənət İnstitutu 4-5 iyun 2014-cü il tarixində "Audiovizual sənətlərin müasir informasiya cəmiyyətində rolu” mövzusunda Respublika elmi-praktiki konfransı keçirəcək. 

Bu gün ölkəmizdə yaranmaqda olan informasiya cəmiyyəti şəraitində xüsusi aktuallıq daşıyan bu konfransın keçirilməsi ölkə Prezidentinin 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da qarşıya qoyulan vəzifələrin həlli yolunda atılan əhəmiyyətli addım kimi dəyərləndirilə bilər.
 
Konfransda Azərbaycanın teatr, kino, televiziya və radio məkanında, həmçinin internet şəbəkəsində, bütövlükdə, inkişafına doğru getdiyimiz informasiya cəmiyyətində mövcud durum və problemlər, onların növlərarası inteqrasiyası, yüksək kommunikasiya texnologiyalararının cəmiyyətə təsiri parametrləri və perspektivləri müzakirə olunacaq.

Konfransın açılışı 4 iyun 2014-cü il tarixində saat 11.00-da AMEA-nın Əsas binasının (2-ci mərtəbə) konfrans zalında olacaq. Ünvan: Bakı, Hüseyn Cavid  prospekti, 115.

Konfransın proqramında "Audiovizual sənətlərin müasir informasiya cəmiyyətində rolu – problemə sosioloji baxış”, "İnformasiya cəmiyyətinin təşkilində milli yaddaşın yeri”, "Postmodernizm informasiya cəmiyyətinin incəsənəti kimi”, "İnformasiya müharibəsi şəraitində audiovizual mədəniyyət və yeni təfəkkür”, "Azərbaycan ədəbiyyatında audiovizual nəqlə meyllər”, "Geyim vizual informasiya sistemi kimi” və s. mövzularda, ümumilikdə 25 məruzə dinləniləcək.