Aydın Əlizadə - Qohumlardan uzaq olun

Aydın Əlizadə - Qohumlardan uzaq olun


Bir adətlərimizin tərəfdarı olan kəslə söhbətimiz düşdü. Dedi şəhərləşmə nəticəsində insanlar bir-birindən yadlaşırlar, insanlar qohumluq bağlarını qırırlar.

Dedim ona ki, burada nə pis şey var ki? Əksinə, şəhərləşmə nəticəsində insan özünü bir fədr kimi hiss edir. O artıq icmanın, ailənin, cinsin simasız üzvü deyil, tam bağımsız şəxsiyyətinə çevirilir. O artıq özü öz həyatının saibi olur, sərbəst yarada bilər, öz həyatını istədiyi kimi qura bilər.

Həmsöhbətim dedi, bəs işi dara düşəndə nə olsun? Bizim ənənəvi həyatımızda qohumlar həmişə səninlədilər - xeyirdə də şərdə də.

Dedim ona ki, bu da toy psixolojisi kimi bir şeydir. Onilliklərlə gedirsən onun bunun toyuna ki, bir dəfə öz oğlun üçün toy edib pul yığasan. Bu da belədir. Qohumlarla icma həyatı nəticəsində sən onilliklərlə ona-buna qulluq edib, onun-bunun fikrini çəkirsən ki, bir dəfə onlar da sənə kömək etsinlər. Onu da edəndən sonra sənə hələ minnət də edib, daha da çox öz qulluqlarına qoyurlar.

Belə kütlə həyatı keçirmək zindandır. Çağdaş insana azadlıq lazımdır, icma bağları yox. Bu şəraitdə o özünü aça bilər, özünü dərk edər, həyatını ona-buna deyil, özünə həsr edə bilər. İndi başqa adama kömək etmək lazımdır. Ancaq bu kömək müqabilində icmada yaşamaq, azadlığını itirmək bahasına yox.

Ona görə də mümkün qədər ayrıl qohumlarından, özünü dərk et, özün özünün sabibi ol. Qohumla da evlənmə. Nə qədər çox sən özünü icmaya bağlayırsan, o qədər də icma səni bir şəxsiyyət kimi əzəcək. Qohumu alsan qohumlardan ayrılmaq daha da çətinləşir. Qohumlarla bağları zəhiflətməyə doğru getməlisən, möhkəmlətməyə doğru yox.

Çağdaş insan üçün qan qohumluğu heçnədir. Əslinlə qohum mədəniyyətli, istedadlı anlayışları doğru, sənin əqidənə və prinsiplərinə uyğun olan hər bir kəsdir. Qohumluq qanla deyil, mənəviyyatla olmalıdır. Hər bir mənə uyğun gələn adam mənim qohumum kimi bir şəxsdir. Əksinə, o qan qohumu ki, mənim əqidəmə, mədəniyyətimə, dünyagörüşümə uyuşmur, o yaddır, qardaşım olsa belə. Bax budur çağdaş insanın prinsipi.

Buna görə də sən, ay dostum, şəhərdə yaşamağına baxmayaraq, kəndli olaraq qalmısan. Bəlkə sənin nəvələrin nəhayət ki, mənim dediklərimi anlayarlar.




Aydın Əlizadə