Azər - Hardasan axı?!

Azər - Hardasan axı?!

Ruhum ağlayır!

Cismim isə kədərlidir.

Bir yer istəyirəm örtsün məni qaranlığıynan.

Bir yer istəyirəm ki, kar eləsin məni öz səssizliyiynən.

Özümə qapanıb hirsli-hirsli ağlayardım!

Sonra qəmli-qəmli, günahkarcasına,

Və ən son ümüdlə ağlayardım!

 

Amma...

Kaş vicdanım rahatlaşmayaydı.

Günahlarımın heç biri bağışlanmayaydı!

 

Çünki...

 

Hamıdan pis mənəm!

Pislik özü məncə mənəm!

 

Amma elə gəlir ki, məni aldadıblar!

 

Sənə yalançılardan şikayət edirəm.

Başımı itirmişəm doğruynan yalanın içində.

Səni tanıdığımı və sevdiyimi iddia edirəm içimdə.

 

Mənə iddia etməyi də öyrədiblər!

Budurmu mənə vərilən vədlər?

Gəl dedilər.. Gəldim.. Səni soruşdum?

Lap başdan başlayacıq dedilər.

VəSənnən yox, Sənə tərəfsaydılar.

Sənə tərəf qayıdan yolda mənə bir-iki

Rəvayət danışıb, yarıyolda qoydular.

 

Sənnən küsənləri də sevmirəm və

onlardan da qəlbim sınıb.

İndi başa düşürəm:

Bunu da mənə öyrətdilər.

Amma öncə onları sənnən küsdürdülər

sonra məni onlardan.

Beləcə bəlkə də bilməyərəkdən

amma hamımızın aramızı vurdular.

 

Məni də Sənnən küstürülənlərə və

Mən küsdüklərimə qat!

Sonra hamımızla barış.

Dildə inkar etsək də Səni..

Sənsiz nə bahar, nə yay, nə payız, ne qış

Nə bir yel əsər nə günəş saçar nə yağmaz qar nə də yağış.

 

Yadımdadır tənha idim, lap yetim kimi.

 

Səni tapanda tənhalıqdan qurtuldum.

 

Amma səni sevdiyini söyləyənləri

tanıyandan sonra,

Səni mənə sırıdıqlarının arasında itirdim.

 

Səni möcüzələrlə ucuzlaşdıranların,

Tərəvəzlərin gah içinə gah çölünə sığışdıranların ücbatından

qısqanıb uzaqlaşdım.

Səni təsbeh muncuqlarının sıralarında axtardım..

Səni xalçaların naxışında,

Alimlərin baxışında axtardım.

Tünd rəngli ətirlərin qoxusunda,

Yozulması çətin olan insanların

yuxusundaaxtardım.

Gözümü yumub bərk-bərk sıxıb

qaranlıqda axtardım.

Şərqnən-Qərbin,

milli gerbin ortasında axtardım.

Səni boyadılar fərqli rənglərə,

yaşıl oldun, qırmızı oldun,sonra qara.

Barmaqlarımı yüz dəfə qatladıb dedilər budur çarə.

Səniçevirdilər rəmzlərə,amuletlərə

bağladılar qoluma asdılar yaxama.

Müqəddəs avamlığımı zorladılar

Doladılar barmaqlarına.

Bilirdim bu deyil həqiqət

Axtaranda bəsirət.

 

Gümüş üzük, yarıbahalı daş, Səni

Açılıb sinəyə dəyən zərbələrdə axtardım.

Sənə, qadan alım deyənnən

Uca deyənin səmimiyyətində axtardım.

Yas aşınnan, torpaqda hezm olunan

Məni kimi birisinin qəbir daşında

Sənin adın çəkilərək kəsilən başın,

atamı müsəlmanlar öldürdü deyə ağlaya-ağlaya çarəsiz o yan bu yana qaçan

körpənin göz yaşında axtardım.

 

Külək əsir, qar yağırdı mənsə Səni axtarırdım

Yarpaqlar gözümün önündəcə budaqlardan tökülür...

Cavanlar qocalara, qocalarsa torpağa dönürdü

 

Sənin evlərin gah sökülür

Gah turistlər üçün muzeylərə dönür.

Sənə yazılan məktublara fərqli möhürlər vurulur.

Sən göndərdiyin Məktub yandırılır və Sənin əsdirdiyin küləkSənin sözlərini göylərə sovururdu.

Məzlumların göz yaşları buxarlanıb bəzi ölkələri sunami ile yuyur

Bəzilerini qup-quru qurudurdu.

Lənət dediyim boğaz ARTIQ

bu səbəbdən öldürülənlərin qanını öyüyürdü.

 

Səni söyənləri qiyamətlə qorxudan

bir alimi təhqir edənləri isə kafir elan edənlər.

Peyğəmbərini sevdiyini söyləyib

Öz ailəsi ilə rəftarında, onun sözlərinə xəyanət edenler.

Sözü duyub ağlamayanlarıSəsin avazı ilə ağladanlar

Düşünüb ağlamaqdansa

Ağlamaqda yarışanlar

Sənin təkliyində belə

başqalarının fikirlərinə təqlid edənlər.

Toy məclislərində qara bayraqlar asıb

dil deyib qonaqları ağladanlar

Valideyninin halallığı olmadan gördüyü işdə xeyir tapmayanlar.

Görüşdən qayıdıb özünü

Görüşən adlandıranlar.

Bir neçə ac doyuzdurub sonda imza atanlar

Həccə alver üçün gedib adının qabağına tacir əvəzinə hacı statusu artıranlar

 

Mənasız gəlir mənə bu düşmənçiliklər

Qollarını bağlayanlar, açanlar.

bığını qırxanlar və acığa uzadanlar.

 

Sənin yaratdıqlarını öldürənlər

Və özlərini başqalarına güldürənlər.

Özünə hədəfim nədir sualını verməyənlər

Və yanlış hədəfi təbliğ edənlər.

 

HARDASAN AXI ?!

 

 

 

Sən - Ac qalanda sevincimə səbəb olan, qapıma dəyən barmaqların tıqqıltısı

Anamın utanıb baxışlarını gizlətdiyi və bir gün mənnən balaca qardaşıma qarın dolusu yemək verəcəyinin pıçıltısı

Bir körpənin yastıq altında boğulan hıçqırtısı İllər sonra məndə yaratdı qəlb ağrısı.

Səni ağrılarda acılarda axtardım!

Bunların içində Səni gah tapır gah itirirdim

Özümü gah kəşf edir gah inkar edirdim.

Gah mübarizə aparır gah yorulub intihar edirdim. Gecələr yuxuya gedirdim.

Hər səhər dəyişir daha əvvəlki kimi ola bilmirdim.

 

Sənnən doğru vasitələr istəyirəm

Səni mənə təsvir etmək istəyənlərə

az qala nifrət edirəm.

Mən Sənə aid olan hər şeyi sevdikcə

sankiSənnən uzaqlaşır

Sənə tərəf gəlmək üçün bir yol istəyirəm.

 

•Mən bir yarpağam payız sonu

budaqdan qopmaq istəyirəm

Yerə enib üstümə yağacaq qarın

altında qalıb donmaq istəyirəm.

Quruyub ovxalanıb toz olmaq istəyirəm,

suya qarışıb buxarlanmaq,

buludların gözlerindən yağmaq istəyirəm.

İnsanların avamlığını yumaq istəyirəm.

Onların dilində Sənə təşəkkür olmaq istəyirəm.

Dodaqlarından qopub Sənə gəlmək istəyirəm.

Mən Sənə qarışıb Səndə yox olmaq istəyirəm.

 



Azər