Azərbaycan festivalda təmsil olundu

Azərbaycan festivalda təmsil olundu

Azərbaycan Bolqarıstanın Varna şəhərində gerçəkləşən 23-cü Discovery İnternational Pop Music festivalında təmsil olunub. 

"Qafqazinfo”ya bu barədə "Addim yaradıcı gənclər assosiyasiyası"nın sədri Hüseyn Cavadzadə məlumat verib. 10 gün müddətində davam edən festivalda ölkəmizi gənc müğənni Kəmalə Qaramollayeva "Ən yaxşı qadın səsi" və "Ən yaxşı folklor hit" nominasinda qalib olub. Qeyd edək ki festival çərçivəsində Kəmalə birinci  gün  Beyonsun repertuarından "Listen”, ikinci gün  isə bəstəsi Rəhim Rəhimliyə aid "Aman" adlı mahnını ifa edib. 

Müğənninin canlı ifası avropalı prodüserlerin marağına səbəb olub və ona Avropada müxtəlif birgə layihələr və əməkdaşlıqla bağlı təklif edilib. Festivala həyat yoldaşı ilə yollanan Kəmaləyə uğurlu çıxışına görə həyat yoldaşı kiçik it bağışlayıb.

Qeyd edək ki festivalın baş mükafatını və "Addim Yaradıcı Gənclər Assosiyası"nın xüsussi prizini belarusiyalı Georgiy Kaldun (Eurovision təmsilçisi Dmitriy Kaldunun qardaşı) qazanıb. Azərbaycanı festivalda münsif kürsüsündə prodüser Hüseyn Cavadzadə təmsil edib.