Azərbaycan filmi Venesiya festivalında təqdim olundu - FOTO

Azərbaycan filmi Venesiya festivalında təqdim olundu - FOTO

Venesiya Beynəlxalq Film Festivalı çərçivəsində Sala Darsena kinoteatrında Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının istehsalı olan "Nabat” tammetrajlı bədii filmin təqdimatı keçirilib. Film tamaşaçılar tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.

Kinostudiyadan AzərTAc-a bildirib ki, "Nabat” filminin Venesiya Beynəlxalq Film Festivalının əsas proqramına daxil olan "Horizontlar” proqramı çərçivəsində bu nümayişi ekran əsərinin ilk dünya təqdimatıdır.

Təqdimat mərasimində filmin rejissoru Elçin Musaoğlu, baş rolun ifaçısı Fatimə Motamed Arya, filmin prodüseri Müşfiq Hətəmov iştirak ediblər.

Edebiyyat.biz