Azərbaycan gəncləri özlərinə TV yaradıb

Azərbaycan gəncləri özlərinə TV yaradıb

Tezliyi, studiyası və əməkdaşları olmayan bu AN TV sürətlə populyarlaşır

Videokameralı mobil telefonu olan və özünü telejurnalizmdə sınamaq istəyən istənilən azərbaycanlı potensialı, istedadı və arzusunu gerçəkləşdirə bilər.
Dünyada ilk dəfə olaraq sırf mobil televiziya kimi fəaliyyət göstərən AN TV-nin efirində istənilən məkanda yaşayan azərbaycanlının çəkdiyi reportaж asanlıqla peyda ola bilər."Liberty" radiostansiyasının verdiyi məlumata görə, AN TV 2007-ci ilin 24 aprelində işə başlayıb. Bu televiziyanın yaradılma ideyası Avropada təhsil alan azərbaycanlı tələbələrin Avropa Parlamentində keçirilən forumunda səslənib və elə orada da dünyanın ilk mobil televiziyasının yaradılmasına qərar verilib.
AN TV adi telekanallardan fərqli olaraq yayımlanma tezliyi, proqram və verilişlərin hazırlandığı studiya və ofis, nə də ştatlı əməkdaşlara malik deyil.
İnternetdə yayılmanan AN TV-nin veriliş və reportajlarını izləmək üçün "YouToube" servisindən istifadə etmək gərəkir.
Televiziyanın yaradıcısı Emin Abdullayevin dediyinə görə, AN TV-nin adı zaman anlamını verən "an" kəlməsindən qaynaqlanır. "Yəni, biz hər an həyatımızdakı maraqlı anları, hadisələri, fikirləri AN TV vasitəsilə hamıya çatdırmağa çalışırıq. Ənənəvi telekanallarda bürokratiya, sərt ierarxiya, materialın razılaşdırılmasına sərf edilən uzun zaman ünsürləri var, ortaya çeşidli məhdudiyyətlər çıxır. Ancaq AN TV belə məhdudiyyətlərdən xali olduğuna görə, hazırda xalqın televiziyasına dönməkdədi, xalqın səsini efirə verir. Müəlliflərimiz də peşəkar жurnalistlər yox, adi insanlardı", - E.Abdullayev bildirib.
AN TV-dəki populyar "Pilləkan" tok-şousu, "Yol, "Meşə", "Xalq-talk" proqramlarının hər biri cəmi 5-6 dəqiqə davam etsə də, onları seyr edənlər artır. AN TV mənsublarının dediklərinə görə, bubun səbəbi insanların klassik teleproqramlara və verilişlərə 1-2 saat vaxt sərf edib baxmağa imkanları getdikcə azalır. Yeni mobil televiziyanın qurucuları hesab edir ki, istənilən mövzunu qısa vaxt ərzində canlandırıb, ondan dolğun bəhs etmək və tamaşaçıya çatdırmaq mümkündür.