Azərbaycan Miasirdəki kinofestivala dəvət aldı
KİNO
- 17.10.2018
- 0 Şərh
- 722 Baxış
Misir Azərbaycanı gələn il martın 3-9-da keçiriləcək III Şarm əş-Şeyx Beynəlxalq Kino Festivalına dəvət edib.
Bu barədə Misirin Azərbaycandakı səfiri Adel İbrahim məlumat verib.
Səfir həmçinin 2015-ci ildən Şarm əş-Şeyx və Qəbələ şəhərlərinin qardaşlaşmış səhərlər olduğunu, noyabrın 8-dən etibarən Şarm əş-Şeyx və Bakı arasında birbaşa uçuşların təşkil ediləcəyini, habelə Misir və Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrin nəzərəçarpan dərəcədə inkişafından məmnunluq duyduğunu vurğulayıb.