Azərbaycan musiqiçiləri Yunanıstanda konsert verdilər - FOTOLAR

Azərbaycan musiqiçiləri Yunanıstanda konsert verdilər - FOTOLAR

Yunanıstanın paytaxtı Afina şəhərinin Teatr Kollecinin konsert salonunda Azərbaycan Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin xeyriyyə konserti keçirilib.

Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Kult.Az-a verilən məlumata görə, nazirliyin nümayəndə heyətinin Yunanıstana səfəri çərçivəsində baş tutan konsertdə gənclərimizin ifasında Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Səid Rüstəmov, Tofiq Quliyev, Aqşin Əlizadə, Vasif Adıgözəlov, Fərhad Bədəlbəyli və digər görkəmli Azərbaycan bəstəkarları ilə yanaşi, dünya klassiklərinin də əsərləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Konsertdə Yunanıstanın bir çox ziyalıları ilə yanaşı, YUNESKO-nun xoşməramlı səfiri xanım Marianna Vardinoyannis də iştirak edib.
Qeyd edək ki, konsertdən yığılan vəsait əlil uşaqların müalicəsinə xərclənəcək.