Azərbaycan qadını istedad qatilidir - Müsahibə

Azərbaycan qadını istedad qatilidir - Müsahibə

1.Sənə oxucuların nə cür xitab etsə xoşuna gələr?

Sadəcə Nicat demələri yetərlidir. Rəsmi danışığı, ümumiyyətlə rəsmi münasibətləri sevmirəm.

 

2. Səni yazmağa sövq edən amil nə oldu?

Bəlkə də pafoslu səslənə bilər. Amma bu, həqiqətdir ki, yazanda özümü yaxşı hiss edirəm. Babamın 74 yaşı var. Hələ də çalışır. Hətta əmək haqqı almayanda da işindən imtina edə bilmir. Çünki özünü faydasız hiss etməkdən qorxur. Hər bir insan özünü ifadə etməlidir. İnsanlar özlərini yaradıcılıqla ifadə edə bilməyəndə başqa üsullara əl atırlar və bu üsullar doğru olmaya bilər.

3. Nə vaxt hiss etdin ki, yaza bilərsən?

Hisslərə çox da inanmaq olmaz. Çünki daim dəyişir. Düşünürəm ki, hər kəs yaza bilər. Mən hər zaman fitri istedad anlayışını inkar etmişəm və etməkdəyəm. Bütün uğurlar zəhmətlə əldə olunur.

4. Əvvəl şeir yazdın yoxsa hekayə?

Şeirlər yazırdım, çox uğursuz alınırdı, elə indi də uğursuz alınır. İstədiklərimi, beynimdə olanları hələ kağıza köçürməmişəm. Beynimdə ideyalar çoxdur. Lakin çeynənmiş, çürüdülmüş mövzulara müraciət etmək istəmirəm.

5. Hansı əsərini bəyənirsən?

Tam səmimi deyirəm, heç birini bəyənmirəm. Görüləsi çox işlər var. Yol uzun və çətindir.

6. İlk dəfə əsərini saytlara göndərəndə nə cavabı aldın?

Heç kimin vecinə deyildim. Heç kəs əhəmiyyət vermirdi. Amma bu biganəlik məndə ümidsizlik yaratmadı. Mübarizəmi davam etdirdim.

7. Oxuduğun kitabların sayı nə qədərdir?

3 mindən çox kitab oxumuşam. Amma onlardan 1000- ni oxumasaydım, heç nə itirməzdim. Oxunması vacib kitabları oxumaq lazımdır.

8. Dosteyevskinin "Raskolinkov” obrazı, ideologiyasına əsaslanıb, qoca qadını öldürməklə bəşəriyyəti xilas etmək istədi. Bəs, sən necə? Bu ideologiyanı doğru hesab edirsənmi?

Mən günahsız insanı öldürmərəm, amma düşünürəm ki, sağlam nəsil yaratmaq üçün yüzlərlə avaranı öldürmək olar.

9. Kitabın bu yaxınlarda çapdan çıxdı. Oxucuların kitabına olan münasibəti səni qane etdi?

Kitabı mən yox, oxucularım çap etdirdi, lazım olan pulu onlar topladı. Narazılıq etməyə haqqım çatmır.

10. Niyə qadınlarla yola getmirsən?

Çünki Azərbaycan qadını istedad yetişdirə bilmir. Əksinə istedad qatilidir. Azərbaycan qadınları üçün pul qazanan kişilər yaxşıdır, pul qazanmayan kişilərsə kişi deyil.

11. Səni nə üçün tənqid etməklərini istəyirsən? Adətən, bəzi yazarlar , onu oxumaq üçün deyirlər ki, " məni tənqid et”.

Belə niyyətim yoxdur. Heç vaxt oxucu davası etməmişəm. 1 oxucum olsa belə yenə də yazacam. Ciddi oxucuların, səmimi kitabsevərlərin tənqidindən sağlam nəticələr çıxarmaq olur.

12. Səncə hansı şəxslər səmimidir? Tərifləyənlərmi yoxsa tənqid edənlər?

Əgər yoxsul adamsansa hamsı səmimi olacaq. Amma azacıq istedadın varsa sənə paxıllıq bəslədiklərini hiss edirsən.

13. Gənc yazarlara paxılığınız varmı?

Qətiyyən. Mən başqaları haqqında yox, daha çox özüm, öz yaradıcığım haqqında düşünürəm.

14. Gənc yazarlardan kimi bəyənirsiz?

Nicat Həşimzadəni (gülür) Hamını oxuyuram. Amma ad çəkməyəcəm


Hazırladı: Ramiq Əsgərli