Azərbaycan teatrında yenilik

Azərbaycan teatrında yenilik

Azərbaycanda teatr tamaşaları haqqında tamaşaçılar SMS vasitəsi ilə məlumatlandırılacaq.

Azərbaycan Dövlət Musiqili Teatrı (ADMT) və "BIMTEK Mobile Solutions And Marketing" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə imzalanıb.

Müqaviləyə əsasən, "BIMTEK” göstərdiyi toplu SMS xidməti vasitəsilə tamaşaçıları mütəmadi olaraq ADMT-nın həftəlik repertuarı haqda məlumatlandıracaq.

Adıçəkilən teatrdan bildirilib ki, bu xidmətdən bəhrələnməkdə məqsəd, insanları Musiqili Teatra cəlb etmək, onları teatr sənətinin gündəmində olan yeniliklərlə daim bilgiləndirməkdir.

Kult.Az