Azərbaycan türmələri haqqında yeni kitab - FOTO

Azərbaycan türmələri haqqında yeni kitab - FOTO

18 oktyabr saat 16.00-da "Kitabevim.az”-da təqdimat olacaq

Həbsxana həyatından yazdığı roman və povestləri ilə tanınan yazıçı Rövşən Yerfinin bu günlərdə "Qazamat sanitarları” adlı yeni romanı çapdan çıxıb.
"Zero" nəşriyyatında işıq üzü görən kitabda cəza yerlərinin müasir həqiqətlərindən danışılır. Təsvir edilən əhvalatlar oxucuya həbsxanadakı bir-biri ilə sərt təzadları olan təbəqələr arası münasibətlərlə yanaşı, fiziki və mənəvi üzdəniraqlığı şərtləndirən əlamətləri də aydınlaşdırmağa kömək edir. 
Kitaba "Residivist” povesti də əlavə olunmuşdur.
Rövşən Yerfi  məhbəs mövzusuna aid olan "Üzdəniraq ada”, "Qadın düşərgəsi” və "Penitensiar lövhələr”  adlı kitabların da müəllifidir.
Yeni kitabın təqdimatı 18 oktyabr  tarixində saat 16.00-da "Kitabevim.az” kitab mağazasında (28 May metrosu, Dəmiryol xəstəxanasının yanı) keçiriləcək.