Azərbaycan yazıçısı Avropa Akademiyasının üzvü seçilib

Azərbaycan yazıçısı Avropa Akademiyasının üzvü seçilib

Fransa Senatının sərəncamıyla 1980-ci ildə Parisdə yaradılmış Avropa Elm, İncəsənət və Ədəbiyyat Akademiyasının növbəti yubiley sessiyasında Azərbaycanın Xalq yazıçısı Afaq Məsud qurumun həqiqi üzvü seçilib.

 A.Məsud akademiyanın baş direktoru, tanınmış ictimai xadim, rəssam Nikol Lemer dAqacionu, sessiya iştirakçılarını salamlayaraq əsas məramı dünya elmi və ədəbiyyatı üzrə əməkdaşlığın inkişafına dəstək vermək olan bu mötəbər qurumun ümumbəşəri dəyərlərə verdiyi töhfələrdən söz açıb: "Əsrlərboyu Şərq və Qərb mədəniyyətlərinin qovşağında formalaşan, Şərqin ruhunu və ağrısını, Qərbin müasirliyini özündə birləşdirən Azərbaycan bu gün də dünya ədəbiyyatına yeni nəfəs, fərqli düşüncə sahibi olan yeni imzalar təqdim etmək iqtidarındadır”.