Azərbaycanda iki yeni telekanal yaradılır

Azərbaycanda iki yeni telekanal yaradılır


Azərbaycanda iki yeni telekanalın yaradılması planlaşdırılır.

Kult.az xəbər verir ki, bu barədə Qaynar.info-ya daxil olan məlumatda bildirilir.

Məlumata görə telekanalın biri təhsil məsələləri, digəri isə uşaq dünyası və yaradıcılığı ilə bağlı ola bilər.

Hər iki telekanalın Aztv nəzdində, həmçinin Arif Alışanovun nəzarətində olacağı iddia edilir. Yeni layihələrə isə Arif Alışanova yaxınlığı ilə seçilən şəxslərdən biri rəhbərlik edəcək.

Kult.az