Azərbaycanda yeni cizgi filmləri istehsal olunacaq

Azərbaycanda yeni cizgi filmləri istehsal olunacaq

Mədəniyyət və Turizm Nazirliyinin "Azanfilm" cizgi filmləri studiyası "Gəlin birgə öyrənək” adlı animasiya filmləri layihəsini həyata keçirəcək.

Nazirlikdən ANN.Az-a verilən məlumata görə, 2014-cü ildə "Ən güclü kimdir” və "Köhnə mismar” adlı 2 yeni cizgi filmi istehsal olunub.
 
Kiçikyaşlı tamaşaçılar üçün nəzərdə tutulan "Gəlin birgə öyrənək” layihəsinə "Rənglər” və iki seriyadan ibarət "Mən saymağı öyrənirəm” adlı animasiya filmlərinin istehsalı daxildir.
 
Nazirlikdən bildiriblər ki, filmlərdən "Rənglər” musiqili animasiya filmi artıq istehsal olunaraq kiçikyaşlı tamaşaçıların ixtiyarına verilib.
 
Layihənin digər filmi olan "Mən saymağı öyrənirəm”in çəkilişləri davam etdirilir. 

Edebiyyat.biz