Azərbaycanın qocaman fotoqrafı vəfat etdi

Azərbaycanın qocaman fotoqrafı vəfat etdi

Azərbaycanın qocaman fotoqraflarından olan Ənvər Qaragözov bu gün vəfat edib. 

Yarpaq.Az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Fotoqrafları Birliyinin idarə heyətinin sədri Mirnaib Həsənoğlu yayıb. O bildirib ki, mərhumla vida mərasimi bu gün Təzə Pir Məscidində keçiriləcək. 

Qeyd edək ki, Ənvər Qaragözov 1936-cı ildə Gəncə şəhərində anadan olub. 1964-cü ildən peşəkar foto ilə məşğul olmağa başlayıb. Bir çox müsabiqələrin laureatıdır. Fotoqrafın bəzi fotolarnı təqdim edirik: