Azərbaycanlı ifaçı beynəlxalq müsabiqəsdə birinci oldu

Azərbaycanlı ifaçı beynəlxalq müsabiqəsdə birinci oldu

Serbiyanın Belqrad şəhərində "Davorin Jenko” adına gənc pianoçuların beynəlxalq müsabiqəsi keçirilib.

Müsabiqədə Azərbaycanı G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin fortepiano ixtisası üzrə IX sinif şagirdi Həşim Həşimov təmsil edib.

Musiqi məktəbindən AzərTAc-a bildirilib ki, Həşim Həşimov 13-16 yaş qrupunda yarışıb. Münsiflər heyəti H.Həşimovun ifasını bəyənərək onu I dərəcəli diploma layiq görüblər.

H.Həşimov 18 ölkədən gənc pianoçuların qatıldığı müsabiqədə L.V.Bethovenin və F.Listin əsərlərini səsləndirib. Onun müəllimi əməkdar müəllim Kamilla Əmirovadır.

Münsiflərdən Konstantin Krasnitski (Belarus) H.Həşimovun ifasını yüksək qiymətləndirərək onu bu ilin martında Çernoqoriyada keçiriləcək beynəlxalq müsabiqəyə və "Ustad dərsi”nə dəvət edib.

Edebiyyat.biz