Azərbaycanlı rəssam məşhur mükafata layiq görüldü
Rəssam
- 25.02.2015
- 0 Şərh
- 1383 Baxış
Tanınmış azərbaycanlı rəssam Mehriban Əfəndinin "Gecənin mistikası” adlı əsəri "Effetto Arte” jurnalının 2015- ci ilin yanvar nüsxəsində "Sandro Botiçelli” adına mükafatın laureatı kimi onun haqqında informasiya ilə nəşr edilib.
Rəssam AzərTAc-a bildirib ki, bu mükafata onu 2014- cü ildə İtaliya incəsənət kuratoru Dt.Salvatore Russo tərəfindən beynəlxalq fəaliyyətinin və rəssamlıqda orijinal üslubun yaradıcısı kimi layiq görüb.
Mükafat rəssama martın 1-də İtaliyanın Florensiya şəhərində Dante adlı muzeydə təqdim olunacaq.
Ədəbiyyat.biz