Azərbaycanlı yazarların ingiliscə kitabı təqdim olundu

Azərbaycanlı yazarların ingiliscə kitabı təqdim olundu

Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Jurnalist Ekspert Mərkəzinin (JEM) "Azərbaycanın istedadlı yazarlarını dünyaya tanıdaq” adlı 4 aylıq layihə çərçivəsində hazırladığı ingilis dilində kitab nəşr olunub. 

Azərbaycanın tanınmış 18 yazarının hekayəsi toplanan kitabın tərcüməçiləri - Sevil Gültən, Kamran Nəzirli, Xəqani Əliyev, Esmira Serova, Səadət İbrahimova, Cavanşir Yusifli, Günya Rəhimova olub. Mətinləri amerikalı mütəxəssis Phobe Lavri redaktə edib.

Tədbirdə daha sonra millər vəkili Adil Əliyev, "Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, APA Holdingin prezidenti Vüsalə Mahirqızı, Lent.az İnformasiya Agentliyinin baş direktoru Qabil Abbasoğlu, BDU-nun jurnalistika kafedrasının müdiri Cahangir Məmmədli, "Qafqazinfo”nun rəhbəri Elbrus Ərud, AYB mətbuat katibi Xəyal Rza, müəlliflərdən Kamran Nəzirli, Əjdər Ol, Vüsalə Məmmədova, Fəxri Uğurlu, İlqar Rəsul, Azər Abdulla, Afaq Şıxlı, tərcüməçilərdən Sevil Gültən, Kamran Nəzirli və digərləri danışaraq, işıq üzü görən "Bizim hekayələrimiz sizin dildə” kitabından, oradakı müəlliflər və mətnlərdən, eyni zamanda, layihənin ədəbiyyatımız üçün əhəmiyyətindən danışdılar.            

 QHT əməkdaşları tərəfindən əcnəbi həmkarlarımıza pulsuz paylanacaq kitabda aşağdakı müəlliflərin hekayələri əksini tapıb:

1.Musa Quliyev ( Urud) - "Uruda iki səfər” 
2. Əgdər Ol - "Kamança” 
3. Rəşad Məcid - "10 sentyabr” 
4. Səlim Babullaoğlu - "Yağışlı axşamların birində”. 
5. Məqsəd Nur - "Ud” 
6. Afaq Şıxlı - "Bir insan ömrünün son gecəsi” 
7. Şahnaz Kamalova - "Savalan” 
8. Kamran Nəzirli - "Ağ ev” 
9. Xalid Kazımlı - ""Pəncşir aslanı”nın bənzəri” 
10. Kənan Hacı - "Boz ilan” 
11. Şərif Ağayar - "Anaxanım” 
12. Natiq Məmmədli - "Xəlbr”. 
13. İlqar Rəsul - "Xərçəng və qırmızı tramvay” 
14. Azər Abdulla - "Bazarlıq” 
15. Qan Turalı - "Gənc qadının və Şaxta babanın qətli” 
16. Fəxri Uğurlu - "Leylinin məcnunluğu” 
17. Vüsalə Məmmədova - "Rəngləyən” 
18. Nicat Qafuroğlu - "O”
JEM bəyan edir ki, dünyanın diqqətini Azərbaycan ədəbiyyatına cəlb etməyin yolu geniş arealı olan dildə təqdim olunmaqdı. Layihənin məqsədi odur ki, xarici oxucu Azərbaycanda ədəbi mühit olduğunu bilsin və bizim yazarların dünyanın tanınmış yazarlarından yaradıcılıq baxımından geri qalmadıqlarını görsünlər.