Azərbaycanlı aktrisadan rəsm sərgisi

Azərbaycanlı aktrisadan rəsm sərgisi

Fevralın 13-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda aktrisa və rəssam Suğra Bağırzadənin fərdi sərgisi açılacaq.

İttifaqın mətbuat xidmərindən verilən məlumata görə, “Azərbaycanfilm” kinostudiyasında “Ulduz”, “Yollar və küçələrlə”, “Dünyaya insan gəlib”, “Alma almaya bənzər”, “Şir evdən getdi”, “Tələ”, “Güllələnmə təxirə salınıb” və s. filmlərdə çəkilmiş aktrisa həm də həvəskar rəssam kimi tanınıb.

Fevralın 17-dək davam edəcək sərgidə rəssamın canlı güllərdən yaratdığı orijinal kompozisiyalar da nümayiş etdiriləcək.