Azərbaycanlı gəncin kinolayihəsi beynəlxalq mükafatın qalibi oldu

Azərbaycanlı gəncin kinolayihəsi beynəlxalq mükafatın qalibi oldu

Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən Gənc Sinemaçılar Klubunun üzvü Rüfət Kərimzadənin "Qurd” kinolayihəsi 8-ci Malatya Beynəlxalq Film Festivalı çərçivəsində keçirilmiş film platformasının beynəlxalq ssenarilərin inkişafına dəstək mükafatını qazanıb.

Kinostudiyadan AZƏRTAC-a bildirilib ki, film platforması Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və "Azərbaycanfilm” kinostudiyasının əməkdaşlığı ilə baş tutub.