Azərbaycanlı heykəltəraş beynəlxalq mükafat aldı

Azərbaycanlı heykəltəraş beynəlxalq mükafat aldı

İtaliya paytaxtındakı Covanni Paola kilsəsində heykəltəraşlıq üzrə Beynəlxalq Simpoziumun mükafatlarının təqdimat mərasimi keçirilib.

Azərbaycanın əməkdar heykəltəraşı Zeynalabdin İsgəndərov da mükafat alanlar sırasında olub. Mərasimdə Vatikanın nümayəndəsi, Roma Heykəltəraşlıq Akademiyasının prezidenti Alfio Monqelli, İtaliya Rəssamlar İttifaqının prezidenti Fonte-Nova Antonio Muri, İtaliya Mədəniyyət Nazirliyi və incəsənət üzrə Dövlət Komissiyasının təmsilçiləri iştirak edib.

APA