Azərbaycanlı karikaturaçının beynəlxalq uğuru

Azərbaycanlı karikaturaçının beynəlxalq uğuru

Karikatura ustası Seyran Cəfərli Azərbaycanı Serbiyada keçirilən XVI Beynəlxalq “Kragujevac – 2011” karikatura müsabiqəsində təmsil edib.

Bu barədə məlumat verən S.Cəfərli bildirib ki, müsabiqəyə dünyanın 46 ölkəsindən 186 müəllifin 403 əsəri təqdim olunmuşdu.

Müsabiqədə Avstriya, Ukrayna, Almaniya, Rusiya və Macarıstanın tanınmış karikaturaçılarının daxil olduğu münsiflər heyəti S.Cəfərlinin əsərini xüsusi diploma layiq görüblər.