AzTV-nin lisenziya müddəti bitir

AzTV-nin lisenziya müddəti bitir

Nuşirəvan Məhərrəmli: “20-dək teleradio şirkətinin lisenziyasının uzadılması məsələsinə baxılacaq”
2011-ci il ərzində Milli Televiziya və Radio Şurası (MTRŞ) lisenziya müddəti başa çatan 20-dək şirkətin lisenziyasının uzadılması məsələsinə baxacaq.

Bu barədə MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, bunların arasında ölkə üzrə yayımlanan televiziya və radio yayımçıları, kabel və regional televiziyalar var.

Artıq bir neçə şirkət lisenziyanın uzadılması ilə bağlı sənədlərini MTRŞ-ya təqdim edib. Bunlar “Neptun”, “CATV”, “Faraon 1” kabel televiziyaları, “AzTV” QSC, “Kəpəz” televiziyası və “Burc FM” radiosudur: “İyul ayının sonundan sentyabra qədər onların lisenziya müddətinin uzadılması məsələsinə baxılacaq. Qabaqcadan hazırlıq iclasları və həmin kanallara baxışlar da keçiriləcək. Bundan sonra qərar veriləcək”.

N. Məhərrəmli bildirib ki, hazırlıq iclaslarında MTRŞ-nın teleradio yayımı üçün hazırladığı yeni lisenziya qaydaları da müzakirə olunacaq.

APA