“Bakı Caz Festivalı – 2014” keçiriləcək

“Bakı Caz Festivalı – 2014” keçiriləcək


Oktyabrın 19-dan noyabrın 1-dək ənənəvi "Bakı Caz Festivalı – 2014” keçiriləcək.
Ədəbiyyat.Biz xəbər verir ki, dünyanın müxtəlif yerlərindən məşhur musiqiçilər şəhərimizin qonağı olacaqlar.

Festivalda Amerikadan Kreyq Tabornun triosu, Terri Lin Karrinqtonun kvarteti, Terens Blankardın kvinteti, İsrailin Anat Koenin kvarteti, Dominikan Respublikasından Mişel Kamilo, Hindistandan Trilok Qurtu, Amerikadan Stenli Klark, Braziliyadan Bebel Jilbertu kimi tanınmış musiqiçilər çıxış edəcəklər.

Ədəbiyyat.Biz