Bakıda İran istehsalı olan filmlər göstəriləcək

Bakıda İran istehsalı olan filmlər göstəriləcək

Fevralın ilk iki həftəsi ərzində "YARAT” Müasir İncəsənət Mərkəzində son bir neçə il ərzində ən böyük kinofestivalların tamaşaçı və tənqidçilərinin diqqətini cəlb edən İran istehsalı olan filmlər nümayiş olunacaq.

"YARAT”dan bildirilib ki, tamaşaçılar İranın tanınmış ən məşhur rejissorlarının filmlərini izləmək imkanı qazanacaqlar.

Belə ki, fevralın 4-də "Persepolis” (2007), 5-də "Təsdiqlənmiş surət” (2010), 11-də "İran” (1977), 12-də isə "Bəhcad Sədr: Dayandırılmış zaman” (2013) filmləri göstəriləcək.

Qeyd edək ki, hər kəsin filmləri izləmək imkanı var.