Bakıda məşhur karikaturaçının işləri sərgilənəcək

Bakıda məşhur karikaturaçının işləri sərgilənəcək

Bu gün – dekabrın 21-də Bakının tarixi mərkəzi olan İçəri Şəhərdə Azərbaycanın görkəmli karikaturaçısı, xalq rəssamı Əzim Əzimzadənin işlərindən ibarət sərgi keçiriləcək. Tədbirin keçiriləcəyi “Art Garden” qalereyasından verilən məlumata görə, sərgidə rəssamın 30 işi təqdim ediləcək.

Tədbir karikaturaçının işlədiyi Azərbaycanın ilk satirik jurnalı olan “Molla Nəsrəddin” jurnalının işıq üzü görməsinin 105 illiyi ilə əlaqədar təşkil olunur.

Azərbaycanın görkəmli yazıçısı Cəlil Məmmədquluzadənin müəllifi və redaktoru olduğu satirik jurnalın ilk nömrəsi 1906-cı il aprelin 7-də işıq üzü görüb. Bu bütün müsəlman dünyasında 25 il ərzində çap edilən ilk ixtisaslaşmış satirik jurnal olub.

Sərgi yanvarın 13-nə qədər davam edəcək.

interfax.az