Bakıda Polşa filmləri festivalı keçiriləcək

Bakıda Polşa filmləri festivalı keçiriləcək

Bakıda noyabrın 22-dən 28-dək 3-cü "Visla” Polşa filmləri festivalı keçiriləcək.

Yarpaq.Az xəbər verir ki, festival çərçivəsində tamaşaçılar polşalı rejissorların "Varşava döyüşü. 1920”, "Gecə danışıqları”, "Ədalətli”, "Şəhər 44”, "Sevgi vergisi” və digər filmləri izləyə biləcəklər.

"Landmark”da hər gün saat 19-da başlanacaq seanslarda ekran əsərləri ingilis və rus altyazıları ilə göstəriləcək.

Giriş sərbəstdir.