Bakıda “Yaponiya döyüş sənəti” sərgisi

Bakıda “Yaponiya döyüş sənəti” sərgisi

Fevralın 3-də Mədəniyyət və Turizm Nazirliyi, Yaponiyanın ölkəmizdəki səfirliyi, Yaponiya Fondu və Azərbaycan Milli İncəsənət Muzeyinin təşəbbüsü ilə Bakıda “Yaponiya döyüş sənətinin tarixi” adlı səyyar sərgi açılacaq.

Azərbaycan Milli İncəsənət Muzeyindən verilən məlumata görə, iki hissədən ibarət sərgi Azərbaycan ilə Yaponiya arasında diplomatik əlaqələrin 20 illiyi münasibətilə təşkil ediləcəkdir. Sərgidə ox, yay, zirehli paltar, dəbilqə kimi döyüş əşyalarının əsli və ya reproduksiyaları nümayiş olunacaq.

Səyyar sərgi bir ay davam edəcək.