Bakıya nəhəng ördək gəlir - FOTOLAR

Bakıya nəhəng ördək gəlir - FOTOLAR


Ördək təxminən 1 ay Azərbaycanın paytaxtında qalacaq

Sentyabrın 5-də danimarkalı rəssam Florentin Hofmanın məşhur əsəri Bakıda sərgilənəcək.

"Rezin ördək” Bakıya YARAT Müasir İncəsənət Mərkəzi tərəfindən gətirilir.

Muzeyə, sərgi salonuna yerləşməyən əsərləri haqda Hofman bunları deyir:

"İncəsənət əsəri nə qədər böyük olsa, o qədər cəlbedicidir...Vərdiş etdiyimiz ölçülər yaxşıdır, lakin incəsənət əsəri çox böyük olduqda daha əyləncəli görünür”.

"Rezin ördək” təmxinən 1 aya Bakı Bulvarında "üzəcək”.

Adətən küçələrdə, meydanlarda, dəniz və okean sularında görünən Florentin Hofmanın əsərləri daha çox heyvanlara həsr edilib.

Onun əsərləri arasında nəhəng dovşana, ayına, itə, pinqivinə də rast gəlmək olar.