Bin Laden haqda komediyada Nicholas Cage də çəkiləcək

Bin Laden haqda komediyada Nicholas Cage də çəkiləcək


Son illərin ən çox baxılan komediyalarından olan "Borat"ı çəkmiş rejissor Larry Charles yeni layihə ilə gəlir.

Bu dəfə onun hədəfi "Əl-Qaidə" terror təşkilatının keçmiş lideri Osama bin Laden olacaq.

Filmdə baş rolu məşhur aktyor Nicholas Cage oynayacaq. 

Amma bu, Bin Laden rolu deyil. "Bir nömrəli terrorçu"nu axtarıb tapmağa çalışan amerikalı fəhlədir.

Onun real həyatdakı prototipi Gary Faulkner-dir. Koloradoda tikinti işlərində çalışan və Pakistanda dağlarda gizləndiyi deyilən Bin Ladeni axtarıb tapmaq üçün oraya bir neçə dəfə səfər etmiş Faulkner haqda "GQ" qəzetində dərc edilmiş məqaləyə əsaslanır ssenari.

Filmin çəkilişlərinə bu ilin martında başlanacaq.

Charles həmçinin "Diktator" və "Bruno" filmlərinin də yaradıcısıdır. (Baş rolda qalmaqallı Sacha Baron Cohen çəkilib)

Bin Ladeni 2011-ci il mayın 2-də Pakistanın Abbottabad şəhərində keçirdikləri məxfi əməliyyat zamanı ABŞ xüsusi təyinatlıları məhv edib.

"Telegraph"a istinadla OxuZalı