Bir əsrlik mübahisə sona çatdı: Molyer pyeslərini özü yazıb.

Bir əsrlik mübahisə sona çatdı: Molyer pyeslərini özü yazıb.

Şekspirin adı ətrafında dolaşan şayiələr Molyerdən də yan ötməyib. Artıq 100 il idi ki, Molyerin müəllifliyi şübhə altına alınmışdı.

 

Yarpaq.az eksmo.ru saytına istinadən xəbər verir ki, Paris universitetinin linqvistləri, pyesləri Molyerin özünün yazdığını sübuta yetirib. Alimlər bir neçə il Molyerin əsərlərini, əsərlərin dilini, yazı tərzini araşdırandan sonra bu qərara gəliblər ki, Molyerin poetikası və tərzi özünəməxsusdur, Molyerin heç bir müasiri bu tərzdə yazmayıb.

 

Bu iddianı birinci dəfə 1919-cu ildə şair Pyer Luis ortaya atmışdı. Onun fikrincə bu pyesləri başqa müəllif, daha dəqiq desək, şair və dramaturq, Fransa faciəsinin atası Pyer Kornel yazmışdı. Luis fikrini belə əsaslandırırdı ki, Molyer kasıb ailənin övladı idi, yaxşı təhsil ala bilməzdi və buna görə də dünya dramaturgiyasının şedevrlərini yarada bilməzdi.

 

Amma Paris universitetinin alimləri bu iddianın sadəcə əsassız fərziyyə olduğunu sübut edə bildi.