Booker mükafatı alan roman Azərbaycan dilində!

Booker mükafatı alan roman Azərbaycan dilində!

Kanadalı yazıçı, Booker Mükafatı almış Margaret Atwood’un "Kor qatil” romanı Azərbaycan dilində, "Alatoran" yayınlarında çapdan çıxıb.

Nəşriyyatın direktoru, şair Rasim Qaraca deyib ki, M.Atwoodun əsərləri feminist düşüncənin nəbzini tutan bir barometr olaraq dəyərləndirilməkdədir. 

""Kor qatil” romanı iki bacının həyat hekayəsidir, əsərin elə ilk fəslindəcə onlardan birinin, Lauranın avtomobildə körpüdən aşaraq ölməsi hadisəsi təsvir olunur.

Sağ qalan bacı Iris Chase Griffen-in ilk baxışdan ailəsində baş vermiş bu ölüm hadisəsinə soyuqqanlı yanaşdığı görünür.

Lakin hadisələr inkişaf etdikcə oxucu ailədaxili münasibətlərin nə qədər mürəkkəb olduğunu anlayır, üstəlik roman içərisində roman ideyası bu ailə gizlə-qaç oyununun nə qədər dərinlərdə olduğunu sərgiləyir..." 

M.Atwood 1939-cu ildə Kanadada anadan olub.

İlk şeir kitabıyla (Double Persephone-1961) E.J.Pratt mükafatını qazanıb.

İlk romanı "The Edible Woman”ın (1969) yayınlanması və film hüquqlarının satılmasıyla yazmağa daha çox zaman ayırmağa başlayıb.

Məhsuldar bir yazar olan Atwood eyni zamanda PEN təşkilatının aktiv üzvüdür.

"The Handmaids Tale” və "Cats Eye” (Pişik Gözü) adlı romanları Booker mükafatına namizəd göstərilib.

M.Atwoodun əsərləri otuz üç dilə çevrilib.

Onuncu romanı "The Blind Assassin" (Kor qatil) 2000-ci ildə Booker mükafatına layiq görülüb. 

Oxu Zalı