Britanyanın azərbaycanlı pop musiqi ulduzu

Britanyanın azərbaycanlı pop musiqi ulduzu

Əsil tam adı Elyar Əfşari olan Britanyanın 2014-cü ildə parlayan pop ulduzu Elyar Fox atası azərbaycanlı, anası britanyalı olan müğənnidir. 2014-cü ilin əvvəlində "Do it all over again" və "A billion grils" hitləriylə müsiqi gündəmində partlayış yarada bilmişdi.

Hətta MTV-nın "Brand new for 2014" siyahısına da girə bildi. Onu Jastin Bieber-lə müqayisə olunmasına münasiət bildirən Elyar bildirmişdi ki: "Özümü kiminləsə müqayisə etmək istəməzdim, Çünki sevdiyim işi görürəm və gələcəyə ümüdlüyəm. Əlbətdə ki, kiminləsə müqayisə olunacam, 18 yaşındayam. Pop musiqi gündəmində çox gənclər var və müqayisələr də normaldır. Mən uğurlu sənətçilərlə rəqabət mühitindəyəm və öz yolumu getməkdə israrlıyam".

Elyar Fox həmçinin tanınmış menecerlər olan Vayne Hektor və Karen Poli ilə iş birliyindədir. Yaxın zamanlarda yeni hit musiqisi ilə gündəmə gələcəyi də gözlənilir.