Cavanşir Muradov - Vəkil romanı haqqında

Cavanşir Muradov - Vəkil romanı haqqında

Öncəliklə belə başlayım.Kitab oxumağı çox sevirəm.Yəni hər gün azı 30-40 səhifə oxumasam özümdə bir boşluq bir narahatçılıq hiss edirəm.Aytən Cavanşiri ən çox " Ayaqlarım Üşüyürdü” kitabı ilə tanıyrdım.Elə o kitabı oxumaq məqsədi ilə mağazaya girdim.Kitab qalmamışdı.Satılıb qurtarmışdı.Satıcı mənə Aytən Cavanşirin "Vəkil” romanını oxumağı məsləhət gördü.Kitabı aldım və oxudum.İndi isə kitabın qısa icmalını və öz fikirlərimi yazmaq istəyirəm...

"Vəkil” romanı 2012-ci ildə işıq üzü görmüşdür .Əsər sadə savadlı və sanballı bir vəkildən gedir.Bu vəkil hüquq fakultəsini öz savadı ilə bitirmiş bir gəncdir.Bacısının Universitetə qəbul olaraq Bakıya gəlməsi ilə onunda həyatı dəyişir.Bakıya gəlib iş axtarır və yaxın dostu Sabirin vasiyəsiylə özünə iş tapır.Tanınmış bir iş adamının vəkili işləyir.Və əsərin əsas hissəsi məhz bundan sonra başlayır.Oxucu əsəri oxuduqca 1 suala cavab tapmağa çalışır; İndi onu bataqlıqdan kim xilas edəcək.Ümumiyyətlə qurtula biləcəkmi? Bu hadisələrin günahkarı kimdir? Həyat yoxsa həyatın qanunları?İndiyə qədər bütün məhkəmələri qanun ilə həll edən vəkil həyat qanunu qarşısında acizmi qaldi? Həyat məhkəməsi Vəkili ömürlük məhkumama çevirdi?

Əsərdə qətiyyən sevgi üzərində qurulmamışdır.Düzdür əsərdə bəzi sevgiyə aid fikirlər var. "Sevgi nifrət deyildir və onu heç kəsdən gizlətməyə ehtiyac yoxdur”, "Bəzi insanlar xoşbəxt olmamağa məhkumdur” və s kimi fikirlər əsərdə səslənir.Amma buna görə əsəri sevgi romanı adlandırmaq olmaz.Yazıçı əsərdə Həm sevgi,həm dedektiv həmdə, fəlsəfi məqamları birləşdirərək maraqlı bir roman ərsəyə gətirmişdir.Əsərdə işlənən musiqi adları,canlı danışıq dili,və mükəmməl təsvirlər romanı daha da maraqlı və oxunaqlı edir.Əsəri daha yaxşı anlamaq üçün oxumaq lazımdır… P.S. Əziz oxucu səni əmin edirəmki kitabı oxuyandan sonra təssüflənməyəcək əksinə bu vaxta qədər oxumadığın üçün üzüləcəksən.